09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Buğda ucuzlaşır, çörəyin qiymətinə necə təsir edəcək?

Azərbaycana idxal edilən buğdanın qiyməti son bir neçə ayda enməkdədir. Ötən ildən başlayaraq ölkəyə gətirilmiş buğdanın bahalaşması fonunda unun və çörəyin qiymətinin artdığını nəzərə alanda ucuzlaşma da əks proses haqda fikir yürütməyi zəruri edir.
Bəs real vəziyyət necədir, bu səbəb unun və çörəyin ucuzlaşmasına gətirib çıxara bilərmi?
“Qafqazinfo”nun məlumatına görə, Dövlət Gömrük Komitəsinin açıqladığı aylıq statistik göstəricilər əsasında aparılan hesablamalara əsasən, iyul ayından başlayaraq ölkəyə idxal olunan buğdanın qiyməti enməkdədir. Belə ki, ötən ildən başlayaraq artan qiymət bu ilin iyun ayında ən yüksək həddə - bir tonu orta hesabla 419,24 ABŞ dollarına yüksəlsə də, sonrakı aylarda enməyə başlayıb. Sentyabr ayında ölkəyə idxal edilmiş bir ton buğdanın orta qiyməti iyun ayı ilə müqayisədə 20,1 faiz azalaraq 334,79 ABŞ dolları olub. Sentyabr ayındakı orta qiymət mart ayından sonra ən aşağı göstəricidir.
“Taxıl dəhlizi” sazişinin qiymətə təsiri nəticəsində buğdanın ucuzlaşmaqda davam edəcəyi gözlənilə bilər, amma... Söhbət ondan gedir ki, Rusiyanın Ukraynaya raket zərbələrinin “Taxıl dəhlizi” sazişini təhdid etməsi fonunda Çikaqo əmtəə birjasında buğdanın son üç ayın ən yüksək həddinə yüksəlməsi ucuzlaşmanın davam edəcəyi gözləntisini risk altına alır.
.jpg)
Ancaq burada başqa nüanslar da var. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı onu müşayiət edən türkiyəli jurnalistlərə müsahibəsində deyib ki, “Taxıl dəhlizi”nin uzadılması üçün heç bir maneə yoxdur. O, belə qənaətə Ukrayna və Rusiya Prezidentləri ilə danışıqlardan sonra gəldiyini bəyan edib. Türkiyə Prezidenti hesab edir ki, bu istiqamətdə yarana biləcək hər hansı bir maneə aradan qaldırıla bilər.
Hərçənd ki, Ukrayna Rusiyanı razılaşmanın tam icrasına qəsdən mane olmaqda ittiham edib. “Reuters” agentliyinin məlumatına görə, Ukraynanın İnfrastruktur Nazirliyinin “Telegram” kanalında yaydığı bəyanatda deyilib ki, ölkənin limanlarının potensialının yalnız 25-30 faizindən istifadə etmək olur. Agentlik, həmçinin “Agrotrade” taxıl ticarət firmasının rəhbərinin fikirlərindən sitat gətirərək “Taxıl dəhlizi”nin az da olsa işləsə də “qeyri-sabit” olduğunu yazıb. Yazıda qeyd edilib ki, Rusiyanın “taxıl dəhlizi” ilə bağlı sazişin müddətinin noyabr ayının 19-dan sonra uzadılmasına razı olub-olmayacağı ilə bağlı narahatlıqlar artmaqdadır.
Lakin buğdanın ucuzlaşmasının qarşısını alacaq tək səbəb “taxıl dəhlizi” sazişini Rusiya-Ukrayna müharibəsinin təhdid etməsi deyil. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, sentyabr ayında dünya bazarlarında buğdanın qiyməti 2,2 faiz artıb. Ümumilikdə isə qlobal ərzaq qiymətləri 6 aydır ki, enməkdə davam edir. FAO-nun sentyabr ayı üzrə açıqladığı məlumata görə, taxıl istisna olmaqla digər ərzaq məhsulları qrupları üzrə (ət, bitki yağı, süd və şəkər) qiymət indeksləri azalıb. FAO-nun Taxıl qiymətləri indeksi sentyabr ayında orta hesabla 147,8 bənd təşkil edib ki, bu da avqust ayına nisbətən 2,2 bənd (1,5 faiz) və 2021-ci ilin sentyabr ayı ilə müqayisədə isə 14,9 bənd (11,2 faiz) çoxdur. Qurum sentyabr ayında buğdanın bahalaşmasını “Taxıl dəhlizi” sazişinin noyabr ayından sonra davam etdirilməsi ilə bağlı artan qeyri-müəyyənliklə bərabər, Argentina və ABŞ-da hava şəraitinin yaratdığı narahatlıqlar, eləcə də Avropa İttifaqında tələbatın artması ilə izah edib. Hərçənd ki, “Taxıl dəhlizi” razılaşmasının noyabrdan sonrakı “taleyi” ilə şübhələrin kökündə Ukraynadan çıxan taxıl məhsullarının əsasən Avropa ölkələrinə göndərilməsi dayanır.
.jpg)
İstənilən halda Azərbaycanın buğda idxalının son üç aylıq, o cümlədən sentyabr ayının göstəriciləri onu deməyə əsas verir ki, sözügedən hadisələr yerli təchizata əngəl törətməyib. 9 ayda idxalın az qala yarısı - 47,5 faizi son üç ayın payına düşüb. Təkcə sentyabr ayında buğda idxalının həcmi ümumi idxalın 27,5 faizini təşkil edib. Başqa sözlə, mövsümdən əlavə, qiymətin əlverişli olması idxalın əsas hissəsinin bu müddətdə reallaşmasına imkan verib. Bu baxımdan buğda idxalında sonrakı dövrdə baş verəcəkləri təxmin etmək üçün Azərbaycanın əsas tədarükçüsü olan Rusiyaya fokuslanmaq daha məqsədəuyğundur.
Əvvəlcə ondan başlayaq ki, Rusiyanın buğda ixracında çətinliklər yaranıb. Nəticədə cari ilin iyul-avqust aylarında buğda satışı əvvəlki ilin eyni dövrünə nisbətən 22 faiz azalıb. Rusiya mediasının məlumatına görə, təkcə dünyanın 35-dən çox ölkəsinə məhsul satan Rusiyanın “Rusagro Group” şirkətinin buğda satışı bu ilin üçüncü rübündə 56 faiz azalıb. “Bloomberg” agentliyi vurğulayır ki, qida məhsulları sanksiyalara məruz qalmasa da, bəzi banklar və gəmiçilik şirkətlərinin Rusiya ilə iş görməkdən yayınırlar.
Ancaq ixraca çətinlik yaradan təkcə banklar və gəmiçilik şirkətləri deyil. TASS-ın kənd təsərrüfatı bazarlarının öyrənilməsi üzrə ixtisaslaşan “Sovecon” şirkətinə istinadən yaydığı məlumata görə, səbəb cənub bölgəsi üzrə ixrac rüsumlarının artması və rublun möhkəmlənməsi, digər regionlarda isə tələbin nisbətən aşağı olması fonunda təklifin yüksək olmasıdır.
.jpg)
2022-ci il Rusiyada rekord miqdarda taxıl məhsulu gözlənilir. Bu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, taxıl yığımının 150 milyon tona çatacağı gözlənilir ki, bunun da təxminən 100 milyon tonu buğdadır. Buğda ilə bağlı proqnoz reallaşarsa, bu, son 5 ildə ən yüksək göstərici olacaq. Ötən il 76,1 milyon ton buğda yığılmışdı. Nəticədə şimal qonşumuz hazırda gələn il üçün buğda ixracı kvotasını artırmağı nəzərdən keçirir.
Ekspertlər bu amilləri nəzərə alaraq Rusiya buğdasının qiymətinin enəcəyini proqnozlaşdırılır. Vurğulanır ki, tərkibində 12,5 faiz zülal olan buğdanın ixrac qiyməti orta hesabla bir tonu FOB şərti ilə 328 dollardan 322,5 dollara düşüb.
Yaxın müddətdə Rusiyanın Azərbaycanın buğda idxalındakı mövqeyində ciddi dəyişikliyin olmayacağını nəzərə alanda, qiymətlə bağlı sonrakı gedişatı müəyyən etmək çox da çətin deyil. Digər tərəfdən birjalarda buğdanın qiyməti arta biləcəyi qədər yüksəlib və hazırda azalma istiqamətində dəyişməkdədir. İstehsalın artması və qlobal iqtisadi artımla bağlı narahatlıqlar digər ərzaq məhsulları kimi buğdadan da yan keçmir. “Taxıl dəhlizi” sazişinin müddəti uzadılarsa, bu prosesin daha da sürətlənəcəyi istisna deyil.
Bütün bunlara baxmayaraq, son üç ayda buğdanın idxal qiymətinin azalması özünü ölkədə unun topdansatış qiymətində əhəmiyyətli dərəcədə göstərməyib. Belə ki, avqust ayında iri un və çörək istehsalçılarının birgə məlumatında 50 kiloqramlıq bir kisə unun Bakı şəhərində ən yüksək topdansatış qiymət həddinin 40,70 manat müəyyənləşdirildiyi qeyd edilmişdi. Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin açıqladığı son məlumata görə, 50 kiloqramlıq bir kisə unun Bakı şəhərində qiyməti 40 manatdır. Beləliklə, ölkəyə idxal olunan buğdanın orta qiyməti iyunda qeydə alınmış ən yüksəklə müqayisədə sentyabrda 20,1 faiz azalsa da, 50 kiloqramlıq bir kisə unun qiyməti 1,7 faiz enib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, çörək və çörək məmulatlarının qiyməti sentyabr ayında əvvəlki ayla müqayisədə 4,8 faiz artıb. Bu dövrdə pərakəndə satılan ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşanların sırasında un ilk yerdədir.
Bölməyə aid digər xəbərlər

Tarix: 31-10-2022, 10:06 Oxunub: 179
Bölməyə aid digər xəbərlər
29-08-2022, 15:00
Taxıl qıtlığı və bahalaşma nə qədər davam edəcək? - AÇIQLAMA
19-08-2022, 09:22
Azərbaycanda un və çörək qiymətlərinin yuxarı hədləri müəyyən edilib
4-05-2022, 14:11
Gömrükdə inhisarçılığı yaradan generallar - Kimlər hansı sahələrə nəzarət edir? - ARAŞDIRMA
19-04-2022, 08:21
Azərbaycanda çörək bahalaşacaqmı? - Deputat açıqladı
4-03-2022, 15:30
Azərbaycanda bu məhsullar ucuzlaşacaq
11-02-2022, 13:54
Prezident açılışda - YENİLƏNİB + FOTO
11-02-2022, 12:15
Prezident AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
16-07-2021, 09:59
"Cavabdeh qurumlar tədbir görməlidir, belə yardımın faydası olmur"
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-10-2020, 18:09
Azərbaycanda neft-qaz hasilatı ilə bağlı operativ məlumatlar
22-09-2020, 19:10
Azərbaycanda qaz hasilatı artıb
18-09-2020, 16:08
Mərkəzi Bank faiz qərarını açıqladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI