12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İham Əliyev öz mövqeyini açıqca ortaya qoydu





Ermənistan və Rusiya isə Azərbaycandan fərqli olaraq sülh danşıqları məsələsində imitasiya ilə məşğuldular. Onlar istəyirlər ki, Azərbaycanla sülh sazişini imzalanmasın. Ya da bacardıqları qədər uzatsınlar ki, bölgədəki konflikt öz həllini tapmasın. Hələlik yekun sənədin imzalanması inandırıcı görünmür. Azərbaycanın şərtləri bəllidir və bu, sülh müqaviləsində də qeyd olunub. Üstəlik də Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsindəki 5 baza prinsipi bütün beynəlxalq standartlara tam şəkildə uyğundur. Ermənistan cəmiyyətindəki maksimalist əhval ruhiyyəsi dövlətin gücünə adekvat deyil. Bu gün Ermənistan Azərbaycanla heç bir sahədə rəqabət apara bilməz, xarici dəstək olmasa uzun illər geriləməni durdura bilməyəcək. Belə olan halda Azərbaycanla zor dilində danışmağa cəhd bu ölkənin sonunu gətirə bilər. Azərbaycan Ermənistana bir daha son şans verib və ermənilər bundan yararlanmasalar, artıq bizim edəcəyimiz heç nə yoxdur. Soçi görüşündən əvvəl Ermənistan cəmiyyətində baş verənlər, dediyimiz kimi, məhz destruktiv əməllərdir. Xankəndində etiraz aksiyası, sülhməramlıların qanunsuzluqlara göz yumması, Qarabağda yaşamayan şəxslərin mitinqlərə planlı şəkildə gətirilməsi, separatçıların aktivləşməsi, Azərbaycan əlehinə şuarların səsləndirilməsi və yenə də bütün bunlara sülhməramlıların seyrçi münasibəti bütövlükdə danışıqların gedişatına təsir məqsədi daşıyır. Amma Azərbaycanın mövqeyi dəyişməzdir, Azərbaycanın ərazi bütovlüyü, suverenliyi bu günə qədər danışıqlar predmeti olmayıb və bundan sonra da olmayacaq.
Paşinyan ümid etdiyi heç nəyə nail ola bilmədi, hətta humanitar blokda müzakirələr zamanı ən azı bir neçə hərbi cinayətkarı geri almağa belə nail olmadı. Ancaq ermənilər hesab edirdilər ki, Soçi görüşü postmüharibə dövrü diplomatiyasında dönüş nöqtəsi ola bilər. Necəki 12-14 sentyabr təxribatı zamanı döyüş meydanında dönüş yarada biləcəklərinə inanmışdılar. Ancaq Soçi fiaskosu 12-14 sentyabr fiaskosunun diplomatik variantı kimi yadda qaldı.  Azərbaycan Prezidenti əvvəlcədən məsələni birdəfəlik və konkret qoydu. Qarabağ problemi tarixə qovuşub, o iki il bundan əvvəl həll edilib. Əslində bu Azərbaycanın ikinci nidası idi. Birinci nidadan sonra nələrin baş verdiyini ermənilər heç vaxt unutmayacaqlar. İkinci nidadan sonra isə yenə bənzər hadisələr bir qədər başqa formada ola bilər.
Mikayıl Məmmədov - Maştağa bələdiyyəsinin sədri


Tarix: 2-11-2022, 11:46 Oxunub: 60


Bölməyə aid digər xəbərlər