11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
Rusiyayönlü ermənilər Paşinyanı hədəfə alıb... - Onu xəyanətdə İTTİHAM EDİRLƏR...



Bərdə-Ağdam-Xankəndi marşrutunun işə salınması Brüsselin danışıqlar gündəliyinə təsadüfi daxil edilməyib.

Caliber.az xəbər verir ki, bu sözlərin müəllifi erməni politoloq Vladimir Martirosyandır.

“Bu, sübut edir ki, söhbət rəsmi İrəvanın təqdim etdiyi kimi Qarabağda erməni maraqlarının və prioritetlərinin irəli sürülməsindən deyil, Qarabağın Azərbaycan tərəfindən tam mənimsənilməsi və reinteqrasiyasının texniki, cari və ümumi sxemləri ilə bağlı detallardan gedir.

Dəhşətlisi (Ermənistan üçün-red.) odur ki, bu prosesdə Brüssel platforması Ermənistanın tam inklüzivliyini və iştirakını artıq təmin edib. Əslində isə bütün proses Azərbaycanın Qarabağı daha asan və sakit şəkildə udmasına doğru gedir”,-deyə Martirosyan bildirib.

Tarix: 17-07-2023, 16:00 Oxunub: 34


Bölməyə aid digər xəbərlər