R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA



İnqilab Məmmədov - Trend


Məlum olduğu kimi, son illər ərzində özü barədə “filantrop” təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma “Artsax Respublikası” adlı qanunsuz silahlı terrorçu birləşmədə, ardınca isə Ermənistanda hakimiyyətə yiyələnmək niyyətində olmuş şəxs kimi tanıdığı, hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında həbsdə olan Ruben Vardanyanın çirkli pulları hesabına ona bağlı bir qrup tərəfindən Nobel namizədliyinin irəli sürülməsi istiqamətində iş aparıldığı haqda məlumat yayılıb.

Məlum olur ki, hələ 2019-cu ildə OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) R.Vardanyan barədə “The Troika Landromat” kimi təqdim edilən araşdırma hesabatını təqdim edib.

Hesabatda Ruben Vardanyanın Rusiyanın ən böyük investisiya bankı olmuş, sahiblik etdiyi “Troika Dialoq” və heç nədən xəbəri olmayan erməni fəhlələrin adlarına yaratdığı nəhəng “offshore” şirkətlər vasitəsi ilə milyardlarla məbləğdə çirkli pulların yuyulmasına, qeyd edilən qanunsuz əməliyyatlardan nəhəng gəlirlər əldə etməsinə dair üzə çıxan çoxsaylı faktlar təqdim edilir.

OCCRP-nin qeyd edilən yayımının tam mətnini təqdim edirik:

“Nəhəng ofşor şəbəkəsi milyardlarla pul vəsaitlərinin dövriyyəsini Rusiya Federasiyasına məxsus banklar vasitəsi ilə həyata keçirib

Digər məqamlara keçid etməzdən öncə qeyd etmək lazımdır ki, Ruben Vardanyanla Armen Ustyanın hər ikisinin erməni mənşəli olmalarından başqa hər hansı ortaq cəhətləri yoxdur.

Belə ki, Vardanyan bir vaxtlar ölkənin ən böyük özəl investisiya bankı olan “Troika Dialoq”a rəhbərlik edən zəngin rusiyalı bankirdir. Onun barəsində Davosda keçirilən Dünya İqtisadi Forumunda danışılmış, vətəni Ermənistan üçün xeyriyyəçilik layihələrinə on milyonlarla dollar xərcləmişdir.

Vardanyandan fərqli olaraq Ustyan isə Moskvada mənzillərin təmir edilməsi biznesinə başlamazdan əvvəl öz vətənində həyat yoldaşı və valideynləri ilə eyni mənzildə yaşayan mövsümi inşaat işçisi idi. Lakin Ustyanın əvvəllər heç vaxt görmədiyini dediyi üzərində imzası olan sənədlər “Troika”ya - əksər hissəsi Rusiya elitası olan bank müştərilərinə münasibətdə milyonlarla vəsaitin ofşor şirkətlər vasitəsi ilə köçürülməsini nəzərdə tutan “Troika Laundromatı”na (çirkli pul yuma maşını) tərəf düz xətt çəkir. Bank sisteminin özü elə təşkil edilmişdir ki, müştərilər müəyyən olunmuş məhdudiyyətləri yan keçmək, xarici aktivlərini və “yuyulmuş pullar”ı gizlətmək imkanına malik olmuşdurlar. Belə qayda nüfuz sahibi olan oliqarxların nağd pullarla təmin edilməsinə və cinayətkarlara qanunsuz əldə etdikləri nağd pullarının həqiqi mənbəyini pərdələməyə şərait yaratmışdır.

Lakin Ustyanın adı və pasportunun surəti Troikanın sistemində mühüm rol oynamış ofşor şirkətlərdən birinə aid bank sənədlərində aşkar edilmişdir. Qeyd olunan şirkət 2006-cı ildən 2013-cü ilin əvvəlinə kimi fəaliyyət göstərərək mürəkkəb maliyyə şəbəkəsi yaradan azı 75 şirkətdən biri idi. Bu müddət ərzində “Troika” 4,6 milyard ABŞ dolları vəsaitin sistemə daxil olmasına, həm də 4,8 milyard dollar vəsaitin sistem vasitəsi ilə müəyyən istiqamətlərə yönəldilməsinə şərait yaratmışdır. Bu əməliyyatlar üzrə qarşı tərəflər arasında böyük Qərb bankları olan Citigroup Inc., Raiffeisen və Deutsche Bank da çıxış etmişdir. Bunlardan başqa da həmin sistemə olan onlarla şirkət nağd pulun mənbəyini gizlətmək məqsədilə 8,8 milyard dollar dəyəində daxili əməliyyatlar həyata keçirmişdir. (Citigroup bu məsələ ilə bağlı şərh sorğusuna hər hansı münasibət bildirməmişdir. Həmçinin, Raiffeisen müştəri məxfiliyinə istinad edərək şərh verməkdən imtina etmiş, əlavə olaraq Deutsche Bank “Troika” müştəri əməliyyatları haqqında məlumatlara "məhdud giriş" olduğunu əsas gətirərək hüquqi tələblərə görə konkret bizneslər haqqında şərh verə bilmədiyini qeyd etmişdir)
Həmin ərəfələrdə Vardanyan “Troika”-nın prezidenti, baş icraçı direktoru və əsas partnyoru idi. O, Moskva İdarəetmə Məktəbi Skolkovo-nun həmtəsisçisi, ölkənin biznes mühitinin inkişafına çalışan şəxs kimi tanınaraq, Rusiya kapitalizminin Qərb dostu nümayəndəsi kimi qazandığı nüfuzu ilə fərəhlənirdi. Bu vaxt, “Troika”-nın işçiləri qeyri-şəffaf maliyyə sistemi qururdular - OCCRP tərəfindən aşkar edilmiş əvvəlki çirkli pulların yuyulması sxemlərinə bənzədiyinə görə bu sistem “Troika” pul yuma maşını adlandırıldı.

Əvvəlki çirkli pulların yuyulması sistemlərində olduğu kimi, burada da böyük əməliyyatların çoxu uydurma ticarət sövdələşmələri əsasında həyata keçirilirdi. Saxta invoyslar “mallar”, “ərzaq malları”, “metal mallar”, “fakturalar” və “avtomobil hissələri” kimi müxtəlif adlarla rəsmiləşdirilirdi. Sızmış məlumatlara daxil olan invoyslar proksilər (həqiqi sahibin gizlədilməsi məqsədilə müvəkkil edilmiş digər şəxslər) tərəfindən təsdiq edilərək Troika.ru elektron poçt ünvanlarından göndərilmişdir.

Ruben Vardanyan

Bu əməliyyat portreti OCCRP və Litvanın 15min.lt xəbər saytı tərəfindən əldə edilən və 21 media partnyoru ilə paylaşılan sızmış bank əməliyyatları və digər sənədlər toplusundan aşkarlanmışdır.

Bütövlükdə qeyd olunan məlumatlar 238.000 şirkət və insan tərəfindən aparılan 1,3 milyondan çox bank əməliyyatlarından, eləcə də minlərlə elektron məktub, müqavilələr və şirkət qeydiyyatı formalarından əldə edilmişdir.

“Troika” -nın mövcud şəbəkəsinin təhlili məlumatların detallı araşdırılmasına əsaslanır.

Məlum olmuş faktarla bağlı müsahibəsində Vardanyan ona məxsus olan bankın qaydalarından kənar hər hansı əməliyyatın həyata keçirilmədiyini, həmin dövrdə digər investisiya bankları kimi faəliyyət göstərdiyini bildirmişdir. O, həmçinin vurğulamışdır ki, ona məxsus olan bankın öz müştərilərinə göstərdiyi geniş sahələri əhatə edən xidmətlər üzrə hər incə detala nəzarət etmək imkanı ola bilməzdi. Qeyd olunan pozuntularla bağlı Vardanyanın nə vaxtsa hakimiyyət orqanları tərəfindən hər hansı bir təqibə məruz qaldığı və ya ittiham olunduğuna dair də hər hansı bir sübut aşkar edilməmişdir. Şəxsən özünün imzasına həmin bank əməliyyatları üzrə yalnız “Troika” pul yuma maşınına daxil olan şirkətə kreditin ayrılması ilə bağlı sənəddə rast gəlinir. https://www.occrp.org/documents/troikalaundromat/VARDANYAN_SIGNED_CONTRACT.pdf).

Vardanyan qeyd olunan sistemi özəl sərvətlərin idarə olunması xidməti kimi təsvir etmişdir. O, pul yuma maşınını formalaşdıran ofşor şirkətlər şəbəkəsinə istinad edərək bildirmişdir: “qeyd olunan şirkətlər, o cümlədən mənə məxsus olan şirkət “Troika Dialoq” şirkətinin müştərilərinə texniki xidmət göstərməkdədirlər. Bunlar “çox ailəli şirkətlər” də adlandırıla bilər. Oxşar təcrübə hələ də digər banklarda mövcuddur. Həmin bankların müştərilərinin əksər hissəsi beynəlxalq banklar vasitəsi ilə işləyirlər. Bir daha təkrar edirəm ki, biz hər zaman xidmət göstərdiyimiz dövr üçün dünya maliyyə bazarlarında qüvvədə olan qaydalara uyğun fəaliyyət göstərmişik. Görünən odur ki, qaydalar dəyişir, lakin keçmiş maliyyə bazarlarına hazırkı qaydaların tətbiq edilməsi müasir standartların “böyük depressiya” dövrünə tətbiq edilməsi kimi bir şeydir. Məncə, belə tətbiq etmənin real vəziyyəti təhrif edə biləcəyi ilə razılaşacaqsınız ”
Vardanyan uydurma ticarət sövdələşmələri barədə suala cavab olaraq bildirmişdir ki, “Troika Dialoq”un gəliri 2006-2010-cu illər arasında 2 trilyon rublu (valyuta dəyişkənliyindən asılı olaraq 63-85 milyard dollar) keçmişdir və bu həcmdə şirkətin bütün sövdələşmələri haqqında onun məlumatlı olma imkanı ola bilməzdi.

O vaxt Rusiyada bu tipli təcrübələr adi hesab edilsə də, mütəxəssislər “Troika pul yuma maşını” kimi sistemlərin ciddi fəsadlar verə biləcəyini qeyd edirdilər.

Corc Meyson Universitetinin Terrorizm, Transmilli Cinayət və Korrupsiya Mərkəzinin direktoru və təsisçisi, “Qaranlıq Ticarət” kitabının müəllifi Louise Shelley-in dediyinə görə: “hazırda mövcud “səhnə” milli iqtisadi inkişafı ləngidir, insan təhlükəsizliyini pozur və geridə qalan insanların həyat keyfiyyətini aşağı salır. Çirkli pulların yuyulması ilə məşğul olan ölkələr, xüsusən də inkişaf etməkdə olan dünyada infrastrukturun inkişafı, təhsil, səhiyyə, yeni biznes sahələrinin inkişafı, sahibkarlıq üçün lazım olan böyük həcmdə kapitalı itirirlər. Xaricdə yatan bu həcmdə pul vəsaitləri ilə seçki proseslərinə müdaxilə edilməsi, saxta xəbərlərin yayılmasına yardım edilməsi də daxil olmaqla hər cür zərərli fəaliyyət həyata keçirilə bilər.”

Kriminal Xidmətlər

Maliyyə laundromatları sadəcə çirkli pulların yuyulması sistemi deyildir. Bu həm də gizli investisiya vasitəsi, rüşvət ehtiyatı, vergidən yayınma sxemi və daha çoxudur.

“Troika”nın müştəriləri bu sistemdən Böyük Britaniya, İspaniya və Monteneqroda əmlak, yəni lüks yaxtalar və sənət əsərləri, tibbi xidmətlər və dünya çempionatının biletlərini almaq, övladlarının nüfuzlu Qərb məktəblərində oxumaları üçün təhsil haqqını ödəmək, hətta kilsələrə ianə etmək məqsədilə istifadə edirdilər.

Əlavə olaraq, “Troika Laundromat”ı mütəşəkkil cinayətkar qruplara və fırıldaqçılara öz cinayətlərindən əldə edilən gəlirləri yumaq imkanı verirdi. OCCRP və tərəfdaşlar Rusiyada özlərinə məxsus pul vəsaitlərinin mənbəyini gizlətmək məqsədilə maliyyə laundromatı şirkətlərindən istifadə edən bir neçə yüksək səviyyəli fırıldaqları müəyyən etmişdir.

Şeremetyevo Hava Limanında yanacaq fırıldaqçılığı (https://www.reportingproject.net/proxy/en/moscow-airport-used-in-fuel-fraud) kimi tanınan bu mexanizmlərdən biri 2003-2008-ci illər arasında fəaliyyət göstərmiş və Rusiya dövlətini 40 milyon dollardan çox vergi gəlirindən məhrum etməklə aviasiya yanacağının qiymətlərini süni şəkildə şişirtmiş və təyyarə biletlərinin bahalaşmasına səbəb olmuşdur. Həmin dələduzluqda iştirak edən şirkətlər tərəfindən “Troika Laundromat” hesablarına 27 milyon dollardan çox pul vəsaitləri göndərilmişdir. Vardanyanın bu mexanizmə hər hansı aidiyyəti olmamış və o, bununla bağlı məlumatlı olmadığını bildirmişdir. Həmin dələduzluq əməlləri başa çatdıqdan iki il sonra, yəni 2010-cu ildə isə, “Troika Dialoq” “Credit Suisse” ilə birlikdə hava limanı üçün məsləhətləşmələrə başlamışdır.

Laundromat ilə əlaqəli ikinci əhəmiyyətli cinayət araşdırması, bir neçə Rusiya Federasiyasına məxsus sığorta şirkəti tərəfindən həyata keçirildiyi iddia edilən vergidən yayınma mexanizminin əhatə edir, hansı ki, bu vasitə ilə sistemə 17 milyon dollar vəsait yerləşmişdirilmişdir.

Sergey Tixomirov adlı şəxs külli miqdarda pul vəsaitlərinin göndərilməsini pərdələmək məqsədilə sığortaçılarla saxta xidmət müqavilələri bağlamaqda ittiham olunmuş və onun ittihamçılarının gəldiyi nəticəyə görə deyirlər ki, Sergey Tixomirov pul vəsaitlərini xaricə çıxarmazdan və ya nağdlaşdırmazdan əvvəl bir neçə hesaba köçürmüş və həmin vəsaitlərin bir hissəsinin köçürüldüyü yekun hesab laundromat şirkətləri olmuşdur. (qeyd olunanlarla bağlı şərh verməsi üçün əlaqə saxlanılmağa çalışılan Tixomirov telefon zənglərinə cavab verməmişdir.)

Başqa bir iş üzrə, ən azı 69 milyon dollar pul vəsaiti rusiyalı violonçel ifaçısı olan Sergey Rolduginlə əlaqəli şirkətlərə köçürülmüşdür. O, mənbəyi bilinməyən böyük sərvətinin OCCRP, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu və Panama sənədləri layihəsində media nümayəndələri tərəfindən aşkarlanmasından sonra məşhurlaşmışdır. (https://www.occrp.org/en/panamapapers/persons/roldugin/).

Rolduqinin şirkətlərinin laundromatdan aldığı pul vəsaitlərinin bir hissəsi Rusiyanın böyük vergi fırıldaqları nəticəsində yaranmışdır və bu fakt ifşa edildikdən sonra həbsxanada vəfat edən rusiyalı hüquqşünas Sergey Magnitsky tərəfindən aşkar edilmişdir. Rolduqin qeyd olunanlarla bağlı şərh tələb edən məktuba hər hansı cavab verməmişdir. Bu məsələ ilə bağlı Vardanyan bildirmişdir ki, onun violonçel ifaçısı haqqında məlumatı var idi, lakin sonuncunun “Troika” ilə hər hansı biznes əlaqəsinin olduğunu bilmirdi.

Maqnitskinin ifşa etdiyi saxtakarlıq şəbəkəsində iştirak edən şirkətlər “Troika Laundromat” vasitəsilə 130 milyon dollardan çox vəsaitin dövriyyəsini həyat keçirmiş, yüz milyonlarla dollar məbləğində vəsaitlər naməlum məqsədlər üçün laundromata mədaxil və məxaric edilmişdi.

Vardanyan isə bu əməliyyatların heç birindən xəbəri olmadığını qeyd etmişdir.

"Başa düşün, mən mələk deyiləm. Rusiyada yaşamaq üçün sizin üç yolunuz var: inqilabçı olmaq, ölkəni tərk etmək və ya konformist olmaq. Beləliklə, mən konformistəm. Amma mənim öz daxili məhdudiyyətlərim var: mən heç vaxt “loans-for-shares” (1990-cı illərdə Rusiyada yaradılmış özəlləşdirmə mexanizmi) mexanizmində iştirak etməmişəm, cinayətkarlarla işləməmişəm, heç bir siyasi partiyanın üzvü deyiləm. Buna görə, hətta 90-cı illərdə mən ətrafımda heç bir mühafizəçi olmadan gəzirdim. … Mən özümü və prinsiplərimi qorumağa çalışıram” deyə o, bildirmişdir.

Laundromatdan pul əldə edən şəxslər arasında Vardanyan və onu ailəsi də olmuşdur. 3,2 milyon dollardan artıq vəsait onun American Express kartının ödənişlərinə istifadə edilmiş, həyat yoldaşına və ailəsinə məxsus hesablara köçürülmüş, Böyük Britaniyada üç övladının təhsil haqqının ödənilməsinə yönəldilmişdir.

Ətraflı
Bu rəqəmlər barədə sualı cavablandıran Vardanyan demişdir ki, Troikanın yaratdığı ofşor şirkətlər bankın müştəriləri ilə yanaşı, öz şirkətlərinə də xidmət göstərir.

“Troika” Təməl daşı rolunda

“Troika Laundromatı” son illərdə aşkar edilmiş laundromatlar arasında unikaldır çünki o, nüfuzlu maliyyə institutu tərəfindən yaradılmışdır.

1990-cı illərin əvvəllərində yaradılan “Troika Dialoq” Rusiyanın ən böyük özəl investisiya bankına çevrilmişdi. O, 2012-ci ilə qədər ölkənin ən böyük dövlət kreditoru olan Sberbank tərəfindən satın alınana qədər Vardanyanın rəhbərliyi altında fəaliyyət göstərmişdir.

Bütün investisiya bankları kimi, “Troika” da səhm və istiqrazların buraxılması, ilkin ictimai təkliflərlə məşğul olur və sığorta agenti kimi fəaliyyət göstərirdi. O, həmçinin Citibank Inc.-in yerli ofisi ilə güclü əlaqələrə malik idi, belə ki, “Troika” -nın yeni investorlarının 20 faizə qədəri ABŞ-ın nəhəng təşkilatları vasitəsilə gəlirdi. Troikanın həmtəsisçisi Pavel Tepluxinin 2006-cı ildə verdiyi müsahibəyə əsasən bu, Nyu-Yorkda yerləşən Citibankı Troikanın ən böyük xarici maliyyə institutu etmişdir. (Citibank qeyd olunanlara şərh verməsi üçün edilən müraciətləri cavabsız qoymuşdur.)
Credit Suisse və Standard Bank Group daxil olmaqla, digər böyük beynəlxalq banklar da “Troika” ilə əhəmiyyətl işlər görürdülər. 2006-cı ildən başlayaraq Troikanın işçiləri “Troika” Laundromatının hissələrini birləşdirməyə başladılar.
Laundromat qurmaq üçün dörd vacib element tələb olunur: çirkli pulların yuyulmasına qarşı mülayim standartlara malik bank; bankda hesab saxlamaq üçün gizli ofşor şirkətlərin labirinti; həm şirkətlər, həm də hesablar üçün “proksi” (əsas sahibkarı gizlədilməsi üçün səlahiyyətləndirilmiş şəxs) direktorlar və səhmdarlar, eləcə də lazım gəldikdə tez bir zamanda ofşor şirkətləri yarada, saxlaya və ləğv edə bilən qondarma formalaşma agentləri.

Bank pul axınlarını və pul əməliyyatlarını təşkil edən saxta ticarət sövdələşmələrini idarə etməklə yanaşı, “Troika” Laundromatının bütün kiçik komponentlərini təşkil edir.

Burada əsas mexanizm ticarətə əsaslanır: “Shell” (pərdələnmiş) şirkətləri sistemdəki digər şirkətlər tərəfindən alınmalı olan əslində mövcud olmayan mal və xidmətlər üçün saxta hesab-fakturalar yaradırlar. Bu sahədə qazanılmış təcrübə ilə həmin əməliyyatların nəzarət qurumları üçün daha az şübhəli görünməsinə səbəb olan, bu əməliyyatların qanuni iqtisadi fəaliyyət olmasını göstərən saxta görüntülər təqdim edirdilər.

Bununla bağlı “George Mason” şirkətinin korrupsiya üzrə eksperti Shelley bildirmişdir: "Siz qeyri-qanuni ödənişin malların daşınması ilə əlaqəli olduğunu iddia edərək gizlədirsiniz. Bu gün dünyada çirkli pulların yuyulmasında ən mükəmməl sistem ticarət sistemidir. Əl-Qaidənin qurucusu Usama bin Laden Yaxın Şərqdə pul köçürmək üçün oxşar sistemdən istifadə edirdi.

“Troika” nı təşkil edən şirkətlərdən danışdıqda qeyd etmək lazımdır ki, əgər “Troika” laundromatın təməl daşı idisə, onun tamamlayıcı daşları Britaniyanın Virgin Adalarında yerləşən üç pərdələnmiş şirkətləri idi: Brightwell Capital Inc., Gotland Industrial Inc. və Quantus Division Ltd. Brightwell-in ilk məlum əməliyyatı 12 aprel 2005-ci ildə, Gotland 17 fevral 2006-cı ildə, Quantus isə altı ay sonra, yəni avqustun 23-də həyata keçirilmişdir.

Bu şirkətlərin bank sənədlərinin təhlili onların laundromatını necə yaratdıqlarını aşkara çıxarır. Belə ki, 2006-cı ildən başlayaraq, onlar bütöv laundromatını özündə birləşdirən çoxsaylı kiçik şirkətləri yaratmaq üçün IOS Group Inc adlı bir aralıq agentinə çoxsaylı kiçik ödənişlər etmişdir. Bununla bağlı məsələlərə aydınlıq gətirmək məqsədi ilə edilmiş sorğulara IOS Group cavab verməmişdir. Həmin pərdələnmiş üç şirkət bütün şəbəkənin fəaliyyətinin təmin etmək məqsədilə 6 il müddətində İOS Group-a 40 avrodan 5000 avro qədər pul vəsaitlərinin köçürülməsini davam etdirirdilər.

Həmin müddət ərzində hesaba köçürülmüş vəsait 143.000 avrodan artıq hesablanmışdır.

Quantus, məsələn, Britaniya Virgin Adalarında yerləşən Kentway SA şirkətinin təşkil edilməsi və saxlanılması üçün müəyyən haqq ödəmişdir. Bu şirkət sonradan violonçel ifaçısı Sergey Rolduqinə bağlılığı olan Sandalwood Continental Ltd.-yə milyonlarla dollar göndərmək məqsədilə istifadə edilmişdir.

Quantus-un Kentway ilə bağlılığı, laundromat şirkətlərinin bir çox yollarla bir-birinə bağlılığını nümayiş etdirir. Bu vəziyyətdə, Kentway-in qurulmasına kömək etdikdən sonra, Quantus onu maliyyələşdirməyə başlamışdır, hansı ki, bu vəsait sonrada Rolduqinin şirkətinə göndərildi.

Bank

Pul vəsaitlərinin Laundromat şirkətləri vasitəsi ilə birbaşa köçürülməsini təmin etmək məqsədilə Troikanın onunla işləməyə cəlb edilmiş şirkətlərin hesablarının saxlanılması üçün kommersiya bankına ehtiyacı var idi. Həmin bank pul vəsaitlərinin bir ofşor şirkətdən digərinə köçürülməsini təsdiqləmək üçün istifadə edilən Laundromat bizneslərinin maliyyə və ticarət sənədlərindəki çatımazlıqlara göz yummağa hazır olmalı idi. “Troika” bu iş üçün Litvanın Ukio Bankını seçmişdi. (Litva kreditoru 2013-cü ildə ölkənin Milli Bankı tərəfindən riskli sövdələşmələrə qoşulduğuna və tənzimləyicilərin əmrlərinə əməl etmədiyinə görə müsadirə edildi.) Ukio-nun “Troika” laundromatında istifadə oluna bilən 35 və daha çox şirkət üçün hesablar açdığı müəyyən edilmişdir.

Litva hələ avrodan istifadə etmədiyi üçün avro ilə aparılan əməliyyatları həyata keçirmək üçün Ukio Bankın Avstriyanın Raiffeisen və ya Almanyanın Commerzbank AG kimi Avropa banklarında müxbir hesablara ehtiyacı vardı. Bu iki kreditor və bir çox digər böyük Avropa və ABŞ maliyyə institutları aparılan bəzi əməliyyatların mahiyyəti barədə ara-sıra araşdırma aparmalarına baxmayaraq “pulların yuyulmasını” həyata keçirməyə razılıq vermişdilər.

Məsələn, müxbir banklardan biri Ukio-nun tələblərin icrasına nəzarət üzrə mütəxəssislərinə kommersiya məqsədi daşımayan “maliyyə yuyulması” əməliyyatlarının mənşəyi ilə bağlış sorğu vermişdir: “Bu əməliyyatın mahiyyəti nədir? Müqaviləmiz var (əlavə olunur), amma düzünü desəm, nə baş verdiyini başa düşmürəm", - deyə mütəxəssis Rolduqin ilə əlaqəli bir şirkətə edilən ödənişlə bağlı bikef bir üz ifadəsi edərək bildirmişdir. Lakin sorğu cavablandırılana qədər artıq pul vəsaitləri Ukionun hesablarını tərk etmişdir.

Troikanın yaratdığı ofşor şirkətləri üçün niyə Ukio Bankının seçildiyi barədə suala Vardanyan cavab olaraq bildirmişdir ki, bu, dünyada istifadə olunan Troikanın 20-yə yaxın bankından sadəcə biridir.

Erməni proksilər

“Pulların yuyulması”nı həyata keçirən çirkətlərdə aparılan bir çox əməliyyatlarda əsas fiqur Armen Ustyan çıxış edirdi.

34 yaşında Moskvada mövsümi inşaat işçisi kimi işləyən Ustyan heç bir zaman investisiya bankiri olmamışdı.

Ustyanın imzası bir neçə başqa erməni ilə birlikdə “Troika Laundromatsı”nda həyata keçirilən müqavilələrdə və bank sənədlərində müəyyən edilmişdir. Köhnə hərbi pencək və papaq geyinərək, yüksək səviyyəli maliyyə ilə bağlı suallara cavab vermək üçün yanvar ayında o, evlərinin soyuq qonaq otağında jurnalistlərin qarşısına çıxmışdır.

Öz müsahibəsində Ustyan bildirmişdir ki, o, imzasından istifadə edilərək Ukio bankında hesabı qeydə alınan Panamada yerləşən pul yuma şirkəti Dino Capital SA şirkətinin mövcudluğu haqqında məlumatsızdır. Bank hesabı sənədlərinə onun pasportunun surəti əlavə edilsə də, Ustyan israr edərək bildirmişdir ki, həmin sənədin oraya necə gəlməsi ilə bağlı hər hansı fikri yoxdur.

Müsahibə zamanı Ustyan anasının xahişi ilə bir kağız parçasına öz imzasını yazaraq belə bir nəticəyə gəldi ki, ona məxsusluğu iddia edilən imza çox güman ki, saxtadır.

İmzasının Dino Capital-ın bank hesabı ilə əlaqəli olması ilə yanaşı, Ustyan şirkət adından müqavilələr imzalamaq səlahiyyətinə malik nümayəndə kimi səahiyyətləndirilmiş və onun imzası ən azı 70 milyon dollar dəyərində müqavilələrdə aşkar olunmuşdur.

Erməni “Troika Dialoq”la incə əlaqəsini xatırlasa da, qeyd olunan faktların heç biri barədə məlumatı olmadığını bildirmişdir. Belə ki, Ustyan Moskvada iş axtararkən qardaşının investisiya bankında işlədiyini dediyi rus ermənisinin yanında qalmış və həmin şəxs ona iş tapmağa kömək etmişdir.

Ustyanın Moskva ünvanı doğrudan da erməni əsilli Rusiya vətəndaşı Nerses Vaqradyanın adına qeydiyyatdadır.

Nersesin qardaşı Samvel Vaqradyan əsas pul yuyulmasını həyata keçirən şirkət olan Brightwell-dən milyonlarla dollar alan Rusiya şirkətinin direktorudur. Vardanyanın saytında Samvel Vaqradyan da bankirin xeyriyyə işlərinin əsas mənbəyi kimi xatırlanmışdır. Lakin Samvelin həqiqətən “Troika” da işləyib-işləmədiyi məlum deyil.

Məsələ ilə bağlı suaların cavablandırılması üçün Vaqradyan qardaşlarının heç biri ilə əlaqə saxlamaq mümkün olmamışdır. Ustyan isə bununla bağlı bildirmişdir ki, Vardanyan qardaşlarının onun müəyyənedici məlumatlarından istifadə etmələrinə inanmır.

Pul yuma ilə bağlı digər erməni fəalı kimi Edik Yeritsyanı qeyd etmək olar. Onun sənədlərindən Kiprdə yerləşən Popat Holdings Ltd üçün Ukio-da bank hesabının qeydiyyatı üçün istifadə edilmişdir. Bu şirkət milyonlarla dollar dəyərində Laundromat əməliyyatlarında iştirak etmişdir.

Yeritsyan OCCRP-yə bildirib ki, üç il əvvəl avtomobil qəzasından sonra yaddaşını itirib və həyatının bəzi hissələrini xatırlamadığını, lakin Ustyanla birlikdə Moskvada işlədikləri zaman eyni mənzildə yaşadıqlarını qeyd etmişdir”.

Tarix: 16-04-2024, 16:00 Oxunub: 54


Bölməyə aid digər xəbərlər