12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
2 rus sərhədçi öldü? – Rusiya eməni yalanını ifşa etdi

Ermənistanın Qarabağ müharibəsinin miqyasını genişləndirmək üçün girişdiyi böhtandan ibarət təbliğat savaşını bu dəfə Rusiya ifşa edib.
QanunXəbər.com xəbər verir ki, Ermənistan mediasının və ermənilərin təsirində olan bəzi xarici media qurumlarının guya Azərbaycan Ordusunun zərbəsi nəticəsində Ermənistanın sərhədlərini qoruyan iki rusiyalı sərhədçinin ölməsi xəbərini Rusiya təkzib edib.
Rusiyanın Ermənistanın səfirliyi bu kimi məlumatların tamamilə əssasız və cəfəngiyyat olduğunu bəyan edib:
“Medianı bu kimi məlumatları yaymazdan öncə diqqətli və balanslı olmağa çağırırıq”.
Qeyd edək ki, Qarabağda müharibə başlayandan bir neçə gün sonra Ermənistanın Azərbaycanla sərhədləri də Rusiya sərhədçilərinə həvalə edilib. Bundan öncə isə Ermənistanın Türkiyə və İranla sərhədini də Rusiya sərhədçiləri qoruyurdu.


Tarix: 1-11-2020, 19:59 Oxunub: 71


Bölməyə aid digər xəbərlər