İran prezidenti Pezeşkian: İsrailə mütləq cavab veriləcək

İran prezidenti Pezeşkian: İsrailə mütləq cavab veriləcək


İran prezidenti Məsud Pezeşkian HƏMAS lideri İsmayıl Haniyənin qətlinə görə İsrailə mütləq  şəkildə cavab veriləcəyini bəyan edib.

Tasnim xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə deyib.

Pezeşkian Şoyqu ilə  görüşündə  İsrailə qarşı cavab tədbirləri və Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı bunları deyib:  "İran regionda müharibə və böhranın miqyasını genişləndirmək niyyətində deyil, lakin İsrailin   cinayətlərinə və həyasızlığına mütləq cavab veriləcək". 

Sergey Şoyqu isə öz növbəsində İranı Rusiyanın əsas strateji müttəfiqlərindən biri adlandırıb. 
Qeyd edək ki, İranın yeni prezidenti  Məsud Pezeşkianla  Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu  arasında görüş avqustun 5-i axşam Tehranda baş tutub. 

İran prezidenti ilə danışıqlardan əvvəl cənab Şoyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüşüb. 

Tarix: 6-08-2024, 11:38 Oxunub: 24


Bölməyə aid digər xəbərlər