09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
MOSSAD-ın “susqunluğu”, dünyanın dizaynında böyük əməliyyatın başlanğıcı – SENSASİYA

Qərb və Şərqin ən böyük dövlətlərinin maraqlarının üst-üstə düşdüyü və toqquşduğu Yaxın Şərq son yüz ilin “qaynar nöqtəsi” kimi qeyri-sabit bölgə olaraq qalmaqdadır. Davamlı olaraq bölgədə ən müxtəlif formalarda münaqişələr yaranır səngiyir, yenisi yaranır və ya səngiyən konfiliktlər yeni formada təzahür edir.
İsrail-Ərəb və yaxud İsrail-Fələstin münaqişəsi də 70 ildən artıq müddətdir bitmək bilmir ki, bilmir. İsrail-Fələstin münaqişəsi həllini tapa bilməməsi, Fələstin dövlətinin yaradılması uğrunda mübarizə radikal müsəlman təşkilatlarının sayının artmasına səbəb olub. Bunlardan biri də HƏMAS-dır.
Burada bir haşiyə çıxaraq qeyd etmək istərdim ki, 1993-cü ildə ABŞ-də İsrail və Fələstin Azadlıq Təşkilatı (FƏT) liderləri İordan çayının qərb sahilində və Qəzza zolağında müvəqqəti Fələstin özünüidarəsinin yaradılması haqqında saziş imzalayıblar. İsrail və Fələstin bir-birini tanıdıqlarını elan ediblər. Lakin buna baxmayaraq Fələstindəki qüvvələr heç də bu anlaşma ilə razılaşmadı. Nəticədə Fələstin faktiki olaraq iki hissəyə bölündü. Yasir Ərəfatın liderlik etdiyi FƏT İordan çayının qərb sahilindəki əraziyə, HƏMAS isə İsarilin qərbindəki Qəzza zolağına nəzarət etməyə başladı. O baxımdan da Qəzza zolağında HƏMAS güclü mövqeyə malikdir. Onu da qeyd edək ki, HƏMAS siyasi və hərbi qola bölünür. Bu təşkilatın təkcə ərəb ölkələri tərəfindən deyil, eyni zamanda İran və bəzi Qərb ölkələrinin xüsusi xidmət orqanları tərəfindən maliyyələşməsi barədə məlumatlar var.
Oktyabrın 7-də isə HƏMAS-ın İsrailə qarşı genişmiqyaslı hücum əməliyyatı ilə münaqişə yeni bir aktiv fazaya qədəm qoymuş oldu. Düzdür, HƏMAS-ın belə bir plandan MOSSAD-ın, yaxud digər kəşfiyyat orqanlarının xəbəri olmaması barədə məlumatlar yayılır və çoxları bunu İsrailin xüsusi xidmət orqanlarının imicinə ciddi zərbə kimi dəyərləndirirlər. Amma onu da unutmayaq ki, tarixdə hansısa müharibənin, əməliyyatın başlamasına zəmin yaratmaq üçün “belə ciddi əməliyyatların, təxribatların hazırlanması planından məlumatın olmaması” faktları çox olub. Bəzən ölkələr özləri belə hallara şərait yaradır ki, qarşısındakı məqsədlərə nail olsunlar. O baxımdan da MOSSAD-ın, yaxud da İsrail hərbi kəşfiyyatının HƏMAS-ın uzunmüddətli hazırlıq planından xəbərsiz olması, sadəcə, diqqəti əsas hədəfdən yayındırmağa xidmət edir. Əgər baş verən proseslərə diqqət yetirsək görərik ki, HƏMAS-ın qətliam xarakterli hücumu İsrailin, bu oyunu quranların və qarşılarına hansı hədəfləri güdənlərin marağında olub.
Bir qismi İsrailin zəifliyini dünyaya nümayiş etdirib onun imicinə zərbə vurmaq, digər qismi isə bu yolla HƏMAS-ın cəllad, qaniçən, dinc, günahsız insan qatili kimi dünyaya təqdim edib məqsədlərinə nail olmaq üçün zəmin yaradıblar.
İsrail və onun qərbli müttəfiqləri prosesdə İsrailə bütün formada dəstək verəcəklərini açıq şəkildə bəyan ediblər. Başda ABŞ olmaqla Böyük Britaniya, Almaniya, İtaliya və Fransa bu yöndə birgə bəyanatla çıxış edərək İsrailə dəstəklərini nümayiş etdirib HƏMAS-ın hərəkətlərini pisləyiblər. Bu ölkələr Fələstin xalqının hüquqlarını tanıdıqlarını bəyan etsələr də, HƏMAS-ın Fələstin xalqının istəklərini təmsil etmədiyini xüsusi qeyd ediblər. “Qarşıdakı günlərdə biz İsrailin özünü müdafiə edə bilməsini və nəticədə sülhsevər və inteqrasiya olunmuş Yaxın Şərq regionu üçün şərait yarada bilməsini təmin etmək üçün müttəfiqlər İsrailin ortaq dostları kimi vahid və koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyik”, - beş ölkəin imzaladığı bəyanatda deyilir.
Bu onu deməyə əsas verir ki, İsrailin əks-hücumu nəticəsində Qəzza zolağında HƏMAS-ın tərk-silah edilib zərərsizləşdirilməsi, bölgənin ciddi nəzarətə götürülməsi yox, həm də bunun daha geniş arealı əhatə etməsi planı ortadadır. Belə demək mümkünsə, İsrailin əks-hücum əməliyyatı bölgənin digər ölkələri olan Livan və Suriyanı əhatə etməsi istisna deyil. Daha dəqiqliklə ifadə etsək, İranın Yaxın Şərqdəki hərbi dayaqlarından olan “Hizbullah”a və Suriyadakı İran güclərinə qarşı əməliyyatlar gözləniləndir.
“Hizbullah” bəyan edib ki, Qəzzada HƏMAS-a qarşı əməliyyat uzanarsa, o zaman İsrailin şimalından Livan və Suriya istiqamətdən ikinci cəbhə açacaqlar. İsrail də öz növbəsində “Hizbullah”ı belə addım atacağı təqdirdə, hətta Bəşər Əsədi məhv edəcəkləri ilə hədələyib. Bu isə o deməkdir ki, İsrailin başlatdığı əks-hücum əməliyyatı uzun sürəcək. İlkin mərhələdə İranın bölgədəki hərbi-siyasi dayaqlarını zərrəsizləşdirmək olacaq. Çünki kimin qəbul edib-etməməsindən asılı olmayaraq İranın Yaxın Şərqdəki dominant rola malikdir və onun bu dominantlığı həm İsrailin, həm Qərbin, həm də ki, bəzi ərəb ölkələrinin planlarını həyata keçirməyə ciddi əngəl törədir. Odur ki, ilk növbədə bu dominantlıq ya yox edilməli, ya da minimuma endirilib zərərsiz hala gətirilməlidir. Buna nail olunarsa, növbəti mərəhələdə İranın özü hədəf seçilə bilər. Tehran da bunu bilir və bacardıqca öz sərhədindən uzaqda rəqiblərinə qarşı ciddi müqavimətini ortaya qoymağa, vaxt qazanmağa çalışacaq.
İsrail-Fələstin savaşının yenidən alovlanması, son vaxtlarda Qərbin Yaxın Şərqdə mövqelərinin zəifləməsi fonunda yenidən öz mövqelərini gücləndirməyə xidmət edir. Qərb həm bölgədə zəifləyən mövqeyini yenidən gücləndirməyə, həm də Rusiyanın diqqətini Ukraynada yayındırıb daha da zəiflətməyə çalışır. Bu yolla Ukraynanın əks-hücum əməliyyatının sürətlənməsinə şərait yaratmağı planlaşdırır. Qərb həm də bu yolla Türkiyənin son vaxtlarda Suriya və İraqın şimalında başlatdığı antiterror əməliyyatını səngitməyə çalışır.
Rusiya da öz növbəsində hesab edir ki, Yaxın Şərqdə münaqişəni alovlandırmaqla Qərbin diqqətini Ukraynadan yayındırır.
Bu assimetrik savaş eyni zamanda birqütblü və çoxqütblü dünya arasındakı güclərin, həmçinin dünyanın yenidən dizayn edilməsi istiqamətində mübarizə aparan güclər arasındakı savaşın tərkib hissəsidir. Burada əsasən iki cəbhə mövcuddur. Bir cəbhədə əsasən Qərb ölkələri, qarşı cəbhədə isə Rusiya, Çin, İran, Türkiyə yer alır. Ancaq burada eyni cəbhədə olub bir-biri ilə maraqları toqquşan güclər də mövcuddur. Ərəb ölkələrinin məsələyə baxışları fərqlidir. Ərəb ölkələri İranın bölgədəki dominant rolunun azaldılmasında Qərblə eyni mövqdən çıxış etsə də, başqa məsələlərdə fərqli yanaşmaları mövcuddur. Eyni sözü Qərb cəbhəsi haqqında da demək olar. Fransa və Almaniya İsraili dəstəkləsə də, çoxqütblü dünya məsələsində mövqeləri daha çox əks cəbhədə yer alanlarla üst-üstə düşür. Yəni Fransa və Almaniya anqlosaks güclərin tam nəzarətində olmaq istəmirlər.
Təbii ki, bu assimetrik savaş həm də Yaxın Şərqdəki mövqelər və gələcək logistik yollar uğrunda savaşın tərkib hissəsidir.
Başlanan bu müharibə çoxgedişli geosiyasi oyunlara xidmət etdiyindən Yaxın Şərqdə yaxın gələcəkdə hər hansı sabitlikdən danışmaq mümkün olmayacaq. Çünki Yaxın Şərq “Qordi düyünü”nü xatırladır. Kim o düyünü açacaqsa, bölgəyə və belə demək mümkünsə, dünyaya da o güc hakim olacaq.
Bölməyə aid digər xəbərlər

Tarix: 11-10-2023, 10:00 Oxunub: 92
Bölməyə aid digər xəbərlər
10-10-2023, 09:16
İsrail-HƏMAS müharibəsində ölənlərin sayı açıqlandı - Son rəqəmlər
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
29-09-2023, 10:00
Xunta buraxılır, separatçılar həbs edilir: Bəs Qarabağı kim və necə idarə edəcək? - AKTUAL
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
5-05-2023, 16:00
Bakı və İrəvanı yaxınlaşdıran “sirli əl”: İsraillə Misiri də o barışdırmışdı - Ekspert danışır
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
20-04-2022, 12:33
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB + FOTO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI