11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
Almaniya mediası Zəngəzur dəhlizindən yazdı: "Bakı və İrəvan sülh üçün irəliləyir..."

Almaniyanın “berliner-zeitung.de” saytı Əbu-Dabidə Ermənistan və Azərbaycan rəhbərləri arasında keçirilmiş görüşlə bağlı “Ohne Russland: Aserbaidschan und Armenien bekräftigen Friedensvertrag” (Rusiyasız: Azərbaycan və Ermənistan sülh sazişini gücləndirir) adlı məqalə dərc edib.
musavat xəbər verir ki, müəllif Alexander Schmalz yazır ki, Qarabağ müharibəsindən sonra ilk dəfə İlham Əliyev və Paşinyan rəsmi görüş keçirir və sülh sazişini təsdiqləyirlər. Vasitəçilərsiz, Rusiyasız. Qalıcı həllə doğru daha bir addım atılır.
Vurğulanır ki, hər iki ölkənin Xarici İşlər Nazirliyi Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüşdən sonra belə bir məlumat yayıb ki, Azərbaycan və Ermənistan onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün müqavilə layihəsi üzrə razılıqlarını təsdiqləyib və ikitərəfli sülh danışıqlarını vasitəçilərsiz davam etdirmək niyyətindədirlər.
Almaniya nəşri bildirir ki, bu, 2023-cü ilin payızında Qarabağ müharibəsindən sonra iki dövlət başçısı arasında ilk rəsmi görüş idi. 2025-ci ilin martında sülh sazişinin mətni üzərində razılığa gəldikdən sonra ilk dəfə idi ki, onlar bir araya gəlirdilər. Bu görüşdə layihə artıq təsdiqləndi və imzalanması istiqamətində növbəti addımlar müzakirə edildi.
Əbu-Dabidəki danışıqların konstruktiv keçdiyi qeyd olunur. Hər iki tərəf sazişi rəsmi imzalamağa hazır olduqlarını vurğulayıb və gələcəkdə həyata keçirilməsi vacib olan əsas məqamları razılaşdırıblar.
Sayt razılaşdırılan məqamları belə sıralayır:
- Sülh müqaviləsi – əvvəllər razılaşdırılmış layihə təsdiqləndi; indi diqqət rəsmi imzaya yönəlib.
- Zəngəzur dəhlizi – Əliyev və Paşinyan Ermənistan ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirəcək quru yolunun açılmasını müzakirə ediblər.
- Sərhəd məsələləri – sərhədin dəqiqləşdirilməsi üzrə ikitərəfli sərhəd komissiyalarının işi davam edəcək.
- Birbaşa dialoq – vasitəçilər istisna ediləcək, tərəflər birbaşa təmasları və etimad qurucu tədbirləri davam etdirmək niyyətindədirlər.
Xüsusilə əvvəllər vasitəçi kimi çıxış edən Rusiya budəfəki danışıqlarda heç bir rol oynamayıb. Birləşmiş Ərəb Əmirlikləri də vasitəçi kimi çıxış etməyib, sadəcə görüş üçün platforma təqdim edib.
Onilliklərdir davam edən münaqişə 1980-ci illərin sonunda Ermənistanın dəstəyi ilə Azərbaycandan ayrılmış Qarabağ bölgəsi ətrafında baş verirdi. 2023-cü ilin sentyabrında Bakı region üzərində tam hərbi nəzarəti bərpa etdi ki, bu da mövcud sülh prosesini mümkün edən həlledici dönüş nöqtəsi oldu.
Əbu-Dabidəki görüşə beynəlxalq reaksiyalar əsasən müsbət olub. Rusiya danışıqların davam etməsini alqışlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Paşinyanı qəbul etməsindən sonra Ankara da, ABŞ da prosesə dəstək verdiklərini bildiriblər.
Sayt qeyd edir ki, tərəflər arasında sülh sazişinin imzalanacağı konkret tarix hələ müəyyən edilməyib.
Gördüyünüz kimi, Almaniya mətbuatı da Əbu-Dabidə keçirilən görüşdə Zəngəzur dəhlizi mövzusunun müzakirə olunduğunu yazır.
Xatırladım ki, Əbu-Dabidə keçirilmiş görüşlə bağlı Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlikləri demək olar ki, eyni mətni bəyanat şəklində yayıblar. Rəsmi bəyanatlarda belə bir ifadə var:
“it was agreed to continue such result-oriented dialogue.” Yəni tərəflər razılaşıb ki, bu cür nəticəyə yönəlmiş dialoqu davam etdirmək lazımdır.
Şübhəsiz ki, bu ifadə görüşdə ciddi nəticələrin əldə olunduğuna açıq işarədir. Həmçinin məlum olur ki, hər iki tərəf əldə olunmuş nəticələrdən məmnundur.
“Trend” agentliyi isə daha konkret məqamları qabardıb: “the opening and development of the Zangazur Corridor, and the initialing of a peace agreement” (Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması barədə anlaşma əldə olunub).
Ermənistan tərəfi Zəngəzur dəhlizi məsələsinə toxunmur, Azərbaycan da mövzunu dərindən açmır. Ümumiyyətlə, Ermənistan kommunikasiyaların açılması məsələsindən sükutla keçir. Səbəb bəllidir: Rusiya yönümlü Ermənistan müxalifəti məhz Zəngəzur dəhlizi mövzusundan istifadə edərək Paşinyana təzyiq göstərir.
Rəsmi Bakı və Ankara da bu məqamı nəzərə almaq məcburiyyətindədir. Ən vacibi isə odur ki, proseslər arzu olunan istiqamətdə irəliləyir və konkret nəticələr əldə olunur.
Bölməyə aid digər xəbərlər

Tarix: 12-07-2025, 09:14 Oxunub: 73
Bölməyə aid digər xəbərlər
21-07-2025, 09:00
Dünya mətbuatının diqqəti Azərbaycan Prezidentinin Şuşa forumundakı çıxışına yönəlib
10-07-2025, 13:16
İlham Əliyevlə Nikol Paşinyan arasında görüş bitib
28-05-2025, 22:25
Laçında bayram ab-havası... - Video + Fotolar
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
26-04-2025, 13:36
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
6-08-2024, 15:30
Ermənilər Roma papasına qarşı - BÖYÜK YALAN ORTAYA ÇIXDI
9-01-2024, 13:34
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - FOTO -YENİLƏNİB
29-12-2023, 16:00
Paşinyan sülh müqviləsi BAĞLASA BELƏ... - eyni uğurla poza da bilər...
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
16-01-2023, 12:18
İlham Əliyev Əbu-Dabi Davamlılıq Həftəsinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
6-10-2022, 10:19
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
16-07-2021, 09:00
Amerikalı mütəxəssislər Şuşa uğrunda döyüşlərdən yazdı
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO