11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
Rusiya Türkiyə gəmisini vurdu – 10 nəfər öldü, yaralananlar var

Rusiya Türkiyə gəmisini vurdu – 10 nəfər öldü, yaralananlar var


Rusiya ordusu Qara dənizdə taxıl daşıyan mülki yük gəmisinə raket zərbəsi endirib.

Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Qvineya-Bisau bayrağı altında üzən, Türkiyə şirkətinə məxsus "Golden Leo" quru yük gəmisi döyüş zonasını tərk edərkən üç ədəd X-59/X-69 qanadlı raketlə vurulub.

Nəticəsində 10 nəfər ölüb, 7 nəfər isə yaralanıb. olub. Ölənlərədn 9-u xarici ölkə, 1 nəfər isə Ukrayna vətəndaşıdır.

Sağ qalan dənizçilər Odessaya aparılıb.

Ukrayna Hərbi Dəniz Qüvvələri hadisəni Qara dənizdə növbəti terror aktı kimi qiymətləndirib.
Odessa Prokurorluğu hadisə ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi (insan tələfatına səbəb olan müharibə cinayətləri törətmək) ilə cinayət işi açıb.

Qeyd edək ki, gəmidə 18 nəfər olub. Onlar Ukrayna, Suriya və Hindistan vətəndaşlarıdır.

Tarix: 20-07-2026, 11:07 Oxunub: 4


Bölməyə aid digər xəbərlər