Ərəb liderlərinə verilən hədiyyə müstəsna hal kimi Azərbaycan Prezidentinə təqdim edilib

Ərəb liderlərinə verilən hədiyyə müstəsna hal kimi Azərbaycan Prezidentinə təqdim edilib


Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

Bu hədiyyənin ancaq ərəb dövlətlərinin liderlərinə verildiyini vurğulayan Adel bin Əbdulrəhman əl-Asumi deyib ki, müstəsna hal kimi bu hədiyyəni Azərbaycan Prezidentinə təqdim etməkdən şərəf hissi duyur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib.

Tarix: 15-05-2023, 13:03 Oxunub: 61


Bölməyə aid digər xəbərlər