Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı - FOTO

Bakı şəhərində karantini pozan kafe aşkarlanıb.
Oxu.Az-ın məlumatına görə, ötən gün saat 17:15-də Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri reyd nəticəsində Sabunçu bazarının içərisində yerləşən adsız kafedə epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin qaydalarının pozulması aşkar edilərək doqquz nəfər şəxs saxlanılıb.
Belə ki, kafenin icarədarı paytaxt sakini, 1962-ci il təvəllüdlü Məlakə Xəlilova və digərləri saxlanılaraq 12-ci PŞ-nə gətirilib.
Məhəbbət Quliyeva, Nəriman Kərimov və Səddam Əlili İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə barələrində inzibati protokollar tərtib olunaraq, baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilib.
12-ci PŞ-nə gətirilən digər altı nəfər barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimə olunub və ümumilikdə 1 200 manat məbləğin tam şəkildə ödənilməsi təmin edilib.


Tarix: 8-07-2020, 17:26 Oxunub: 118


Bölməyə aid digər xəbərlər