12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycanda 15 bankın faiz xərcləri artıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun bu ilin I rübündəki faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Bunlar “Rabitəbank”, “Azər-Türk Bank”, “AFB Bank”, “Bank of Baku”, “Xalq Bank”, “Bank Avrasiya”, “Yelo Bank” və “Express Bank” ASC-lər, eləcə də “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lərdir.
Ən çox azalma “Yapı Kredi Bank Azərbaycan”da (37,6%), ən az azalma isə “Access Bank”da (3%) qeydə alınıb.
1 bankın – Pakistan Milli Bankının Bakı filialının bu ilin yanvar-mart aylarında faiz xərcləri olsa da, ötən ilin eyni dövründə olmayıb. Odur ki, bu bankın faiz xərclərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 15 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (50,5%), ən aşağı dinamika isə “Bank Respublika” ASC-də (5,2%) qeydə alınıb.
4 bankın faiz xərcləri 10 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin I rübündəki faiz xərcləri 10 milyon manatdan çox olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (26,711 milyon manat), “Kapital Bank” (15,239 milyon manat), “PAŞA Bank” (12,928 milyon manat) ASC-lər, eləcə də “Access Bank” QSC-dir (10,404 milyon manat).
Qalan 22 bankdan 16-da faiz xərcləri 1-10 milyon manat arasında, 6 bankda isə 1 milyon manatdan azdır.


Tarix: 31-05-2021, 10:24 Oxunub: 131


Bölməyə aid digər xəbərlər