PAŞA Bank Azərbaycanda iri investisiya holdinqi olan, o cümlədən sığorta, tikinti, turizm və biznesin digər istiqamətlərində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir




2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Bank investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edir. PAŞA Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.
PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır, həmçinin aktivlərinin həcminə görə TOP-3 özəl bankları siyahısına daxildir. PAŞA Bankın baş ofisi Bakıda yerləşir, paytaxtda və ölkənin bölgələrində ümumilikdə 6 biznes-mərkəzi, 3 filial və 2 mübadilə şobəsi fəaliyyət göstərir. 2013-cü ildən etibarən Bank Gürcüstanda, 2014-cü ildən – Türkiyədə təmsil olunur. Törəmə bankları vasitəsilə regional şəbəkə yaradaraq PAŞA Bank beynəlxalq və regional əməkdaşlıq üçün bir sıra yeni imkanlar yaratmışdır. Bununla Bank bölgənin üç ölkəsində işgüzar prosesləri birləşdirəcək "Bakı-Tbilisi-İstanbul" fəal ticarət üçbucağı yaratmağı planlaşdırır.
“PAŞA Yatırım Bankası” A.Ş. (Türkiyə törəmə şirkəti) öz fəaliyyətini sağlam maliyyə bazası olan, qətiyyətlə inkişafa doğru irəliləyən və həm müştərilərinin, həm də çalışanlarının gələcəyinə dəyər qatan beynəlxalq bir bank olmaq istiqamətində qurub. Bank Korporativ və Kommersiya Bankçılığı, İnvestisiya Bankçılığı, regionlararası əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, konsultasiya xidmətləri, yerli valyuta mübadilə əməliyyatları, lizinq xidmətləri və digər bank xidmətləri göstərməklə fəaliyyətini sürətlə genişləndirməkdədir.
“PASHA Bank Georgia” SC (Gürcüstan törəmə şirkəti) korporativ və investisiya bankçılığı sahəsində iri, orta və kiçik müəssisələrə xidmət göstərir. Bank müştərilərin maraqlarını korporativ strategiyanın əsas elementi müəyyən etməklə davamlı yüksəlişə hədəflənən fəaliyyət istiqaməti seçib. Bank kredit, depozit, ticarətin maliyyələşdirilməsi, xəzinədarlıq əməliyyatları (qiymətli kağızlar, valyuta mübadiləsi, forvard, svap, opsion) internet bankçılığı və digər məhsullar təklif edir.

PAŞA Bank dəfələrlə beynəlxalq maliyyə KİV tərəfindən müxtəlif istiqamətlər, o cümlədən investisiya, özəl-bankçılıq xidmətlərinin təklifi və s. üzrə Azərbaycan bazarının lideri kimi tanınmışdır. 2011, 2012 və 2013-cü illərdə PAŞA Bank "EMEA Finance" tərəfindən "Azərbaycanın ən yaxşı investisiya bankı" elan olunub. Həmçinin PAŞA Bank 2013-cü ildə "World Finance"ın versiyası üzrə "Best Private Bank in Azerbaijan" mükafatına və "Europe Banking Awards 2012" çərçivəsində özünün Korporativ Sosial Məsuliyyət Proqramına görə Avropada ən yaxşı bank adına layiq görülüb. Həmçinin dünyanın aparıcı maliyyə institutlarından biri olan Commerzbank AG tərəfindən təsis olunmuş xüsusi mükafat - «Trade Award» - 2014-cü ilin yekunlarına görə ticarətin maliyyələşdirilməsi sahəsində Azərbaycanın ən fəal bankı kimi PAŞA Banka təqdim olunmuşdur. 2014-2015-ci illərdə "EMEA Finance" tərəfindən "Azərbaycanın Ən Yaxşı Bankı" nominasiyasında qalib kimi PAŞA Bank seçilib. 2016-ci ildə Bank "World Finance" jurnalı tərəfindən "Ən Yaxşı Bank Qrupu" və "Ən yaxşı Kommersiya Bankı", Global Finance jurnalı tərəfindən isə "Ən yaxşı bank" mükafatları ilə təltif olunub. 2017-ci ildə PAŞA Bank EMEA Finance tərəfindən “Azərbaycanın ən yaxsı bankı” mükafatına, “Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik” mükafatına və “Azərbaycanın ən yaxşı investisiya Bankı” mükafatlarına, Global Finance tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adına, Euromoney tərəfindən “Azərbaycanın ən yaxsı bankı” adına layiq görülmüsdür. 2018-ci ildə PAŞA Bank Mərkəzi Bank və ABA ilə birgə təşkil olunan müsabiqə çərçivəsində “Təmassız POS terminal infrastrukturu üzrə lider bank”, Global Finance tərəfindən “Azərbaycanın ən yaxşı Bankı” və “Ən yaxşı Private bank”, The Banker tərəfindən “İlin Bankı” adlarına, “Sap Value Award” mükafatına layiq görülüb. Bununla yanaşı, “World Finance” jurnalı PAŞA Bankı 2018-ci il üçün “Azərbaycanın ən yaxşı Kommersiya Bankı” mükafatı ilə təltif etmişdir.
PAŞA Bankın Baş İcraçı direktor və İdarə heyətinin sədri cənab Taleh Kazımovdur. O, ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malikdir. O, 1 iyul 2015-ci il tarixində PAŞA Bankın Baş icraçı direktoru və İdarə heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.

Öncəki dövrdə Taleh Kazımov PAŞA Bankın Baş investisiya inzibatçısı və İdarə heyətinin üzvü qismində çalışmışdır və tabelçiliyində biznesin inkişafı, institusional və investisiya bankçılığı, korporativ və KOS-bankçılıq, və risklərin idarə olunması sahələri olmuşdur. Cənab Kazımov PAŞA Banka 2007-ci ildə Risklərin idarə edilməsi departamentinin meneceri olaraq qoşulmuş, 2009-ci ildə isə Bankın Xəzinədarlıq departamentinin direktoru vəzifəsinə yüksəlmişdir.

Cənab Kazımov maliyyə sektorunda peşəkar karyerasına 2004-cü ildə Bank Standard-da Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi qismində başlamış, daha sonra isə Uçotun idarə olunması və büdcə planlaşdırılması seqmentinin rəhbəri, Korporativ kreditləşmə seqmentinin direktor müavini vəzifələrində çalışmışdır. Eyni zamanda, Cənab Kazımov 2006-cı ildə "Ernst and Young" şirkətində auditor vəzifəsində də işləmişdir.
Ali təhsilini 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və hesablama texnikası" fakültəsində almışdır. Həmçinin, o, Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə və ABŞ-ın Georgia State Univercity-ində maliyyə sahəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Bundan başqa, T.Kazımov 2010-cu ildə London Biznes Məktəbinin (Böyük Britaniya) və 2012-ci ildə Harvard Biznes Məktəbinin (ABŞ) yüksək ixtisas proqramlarını (“Senior Executive Programme”) müvəffəqiyyətlə bitirmişdir.
Taleh Kazımov 2015 – 2018-ci illərdə “PAŞA Bank Gürcüstan” ASC-nin Müşahidə şurasının üzvü, 2015-2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar şurasının üzvü və Vitse-Prezidenti olmuşdur.

Cənab Taleh Kazımov 2019-cu ilin aprel ayında Avropanın nüfuzlu “EMEA Finance” jurnalı tərəfindən “European Banking Awards” mükafatı çərçivəsində Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə 2018-ci ilin yekunlarına görə “İlin ən yaxşı Baş icraçı direktoru” adlı mükafata layiq görülmüşdür.
Fəaliyyət göstərdiyimiz müddət ərzində Bank ekspert cəmiyyətinin yüksək qiymətlərinə nail olmuşdur. 2020-ci ildə PAŞA Bankın kredit reytinqi Standard & Poor's tərəfindən uzunmüddətli 'B+' və qısamüddətli 'B' səviyyəsində təsdiq edilmişdir.

PAŞA Bank bu gün 900 nəfərdən çox ixtisaslı əməkdaşın daxil olduğu beynəlmiləl komandadır. Bank Azərbaycanda iri investisiya holdinqi olan, o cümlədən sığorta, tikinti, turizm və biznesin digər istiqamətlərində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. 
Azərbaycanın ən gənc, eyni zamanda ən iri banklarından biri olaraq, PAŞA Bank bazarın müasir tendensiyaları ilə ayaqlaşmaqla, müştərilərimizin üstünlük verdikləri məsələlərdə məmnuniyyəti daha da artırmaq üçün beynəlxalq təcrübəni və ən yeni texnologiyaları inamla mənimsəyir.


Tarix: 16-07-2021, 11:58 Oxunub: 364


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı