Ayı və canavarları qəfəsdə saxlayan restoran sahibi cəzalandırıldı

Ağstafa rayonu “Yaşıl Göl” restoranında vəhşi heyvanların qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazırliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Nazirliyin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, “Yaşıl Göl” ailəvi istirahət mərkəzində iki ayı, iki canavar və iki meymunun qəfəsdə saxlanıldığına görə akt tərtib olunub. Vəhşi heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına, meymunlar isə zooparka təhvil veriləcək. Hazırda restoran sahibi Zöhrab Rəsulov barəsində qanunamüvafiq tədbirlər görülür.  
“Nazirlik vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasını pisləyir və vəhşi təbiətin mühafizəsinə öz töhfəsini verərək, bu faktı ictimailəşdirən hər kəsə təşəkkürünü bildirir”, - deyə İ.İbrahimova qeyd edib.


Tarix: 20-07-2020, 18:16 Oxunub: 99


Bölməyə aid digər xəbərlər