12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
"Qarabağ"ın oyununa təyinat alan hakim Ağdam klubunun matçında zədələnib

"Qarabağ"ın oyununa təyinat alan hakim Ağdam klubunun matçında zədələnib


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin Xorvatiyada keçiriləcək "Dinamo" - "Qarabağ" matçını idarə edəcək isveçli Qlenn Nyuberq daha əvvəl də Azərbaycan çempionunun oyununa təyinat alıb.

 35 yaşlı referi 2021/2022 mövsümündə Konfrans Liqasının III təsnifat mərhələsində "köhlən atlar"ın səfərdə Kiprin AEL komandasına qarşı ilk görüşündə iş başında olub.

O, sözügedən qarşılaşmada bəxtsizliklə üzləşib. Qlenn Nyuberq heç-heçə yekunlaşan (1:1) oyunun 80-ci dəqiqəsində zədələnib və matçı davam etdirə bilməyib. Onu həmyerlisi Boyan Panciç əvəzləyib.

FIFA referisi bu il Almaniyada təşkil olunan Avropa çempionatının üç oyununu da idarə edib. AVRO-2024-də Rumıniya - Ukrayna (3:0), Albaniya - İspaniya (0:1) və Fransa - Belçika (1:0) qarşılaşmaları ona həvalə edilib.

Qeyd edək ki, avqustun 20-də "Maksimir" stadionunda reallaşacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də gerçəkləşəcək.

Tarix: 19-08-2024, 12:36 Oxunub: 15


Bölməyə aid digər xəbərlər