12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
AFFA dörd komandanın məşqlərə başlamasına icazə verildiyini təsdiqlədi

AFFA dörd klubun avrokuboklarda iştirak üçün məşq etməsinə icazə verildiyini təsdiqləyib.Bu barədə Oxu.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib:
“Avrokuboklarda Azərbaycanı təmsil edəcək “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” məşqlərə icazə verilməsi üçün AFFA-ya müraciət etmişdi. Biz də müvafiq olaraq Gənclər və İdman Nazirliyinə bu barədə bildirmişdik.
Artıq Nazir Azad Rəhimov bu dörd komandanın məşq keçməsi üçün bizə razılıq verildiyini bildirib. Nazir həmin klubların sərt karantin rejiminin tətbiq olunmadığı rayonlarda məşq keçməsi üçün heç bir problemin olmadığını deyib. Həmin rayonun hansı olacağını mən deyə bilmərəm. Bu, klubların öz seçimindən asılıdır”.
Qeyd edək ki, klublara məşqlərə başlanılması üçün icazə verildiyi xəbərini ilk olaraq Oxu.Az saytı yazıb


Tarix: 7-07-2020, 14:17 Oxunub: 177


Bölməyə aid digər xəbərlər