12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Azərbaycanda silah zavodunda QƏZA - Araşdırma başlandı



Fevralın 18-i "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunda qəza baş verib.

Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Hadisə zavodun sexlərinin birində baş verib və istehsalat xarakterli olub.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Tarix: 19-02-2026, 09:52 Oxunub: 27


Bölməyə aid digər xəbərlər