Azərbaycanda polis tanışını öldürdü - RƏSMİ

Azərbaycanda polis tanışını öldürdü - RƏSMİ


Xəbər verdiyimiz kimi, yulun 22-i saat 13 radələrində Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində üzərində xəsarət izləri olan meyitinin aşkar edilib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, iyulun 22-də Sabirabad rayonu ərazisində Ulacalı kənd sakini Mübarək Ağayevanın meyitinin tapılması ilə əlaqədar keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun münaqişə zəminində tanışı, DİN-in Sabirabad Regional Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı Əliağa Soltanov tərəfindən xidmətdən kənar vaxtı, kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən olunub. Ə.Soltanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.  

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tarix: 23-07-2021, 11:34 Oxunub: 52


Bölməyə aid digər xəbərlər