12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Koviddən sağalmış xəstələr bu SƏBƏBDƏN QƏFİL ÖLÜR-SENSASİON AÇIQLAMA

Pulmonoloq, professor, tibb elmləri doktoru, Amerika Həkimlər Kollegiyasının eksperti Əlizamin Sadıqov koronavirusun müalicəsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.
QanunXəbər.com professorun fikirlərini olduğu kimi izləyicilərə təqdim edir:
"Bütün həkimlər yüksək dozada Vitamin C yazırlar ancaq bu düzgün deyil. Onsuz da bu virus qanı laxtalandıraraq ağciyər arter venoz trombozunu, insult, infarktı yaradır. Bu yandan da böyük doza vitamin C qanı qatılaşdırır. Ümumiyyətlə, vitamin C-nin patoqenetik təyini də mənasızdır, çünki o ancaq kollagen yaradır. Bütün Bakı Azitromisin içir, ancaq heç bir təsiri yoxdur".
- "Əgər ailədə bir adam Covidə tutulubsa, sözsüz hamısı tutulub. Kontaktda olanlar analizi neqativ çıxanlar da Covid sayılır. 80% hallarda Covid simptomsuz keçir.
- Covidin tüğyan elədiyi bir vaxtda adi qrip olmur. Ona görə kataral əlamətləri olan, analizi neqativ çıxan hər bir kəsə Covid kimi baxılmalıdır və 14 gün evdə qalmalıdır. Adi qrip Coviddən heç nə ilə fərqlənmir. Tək iybilmə, dadbilmə burada çox pozulur.
- Temperaturun 37,4-ə qədər olması norma sayılır. Asimptomatik Covid xəstələrinə heç bir müalicə lazım deyil.
- Yüngül əlamətləri olan xəstələrə də müalicə lazım deyil,14 gun evdə qalmaları və çox maye qəbul etmələri kifayətdir. Ancaq yaşlı, risk qrupuna aid xəstələrə antiviral ve antikoaqulyant müalicə təyin olunur.
- dərmanlardan arbidolu, erqoferonu, tamiflunu boş yere qəbul etməyin, heç bir təsiri yoxdur. Yalnız favipiravir tam təsdiqini tapmasa da, xəstəliyin erkən fazalarında 8-ci gününə qədər təyin etdikdə effekt verir.
- Təngnəfəsliyi olan ağır xəstələrə respirator distress sindromunda, sitokin qasırgasında favipiravir təsir etmir. Burada Remdesevir öz effektliyini tam təsdiqləyib. Xəstəliyin 8-ci günündən intubasiya olmayanlara 5 gün, intubasiya olanlara 10 gün təyin olunur və çox effekt verir.
- Xəstəliyin əsas ağırlıq göstəricisi d-dimer və limfositlərin sayına baxmaq lazımdır. Limfositləri 0 olan xəstə ölur.
- Arterial trombozda aspirin,venoz trombozda antikoaqulyant təyin olunur. Türklər sağalandan sonra da aspirini 3 həftə içməyi məsləhət görürlər. Ağciyər arteriyalarının venoz trombozu təhlükəsində heparin və ya kleksanı 1 ay təyin etmək lazımdır. Belə olmadığı halda, bəzən Coviddən sağalmış xəstə xəstəliyin 28-ci günündə qəfildən ölür".


Tarix: 23-12-2020, 09:47 Oxunub: 75


Bölməyə aid digər xəbərlər