Dr. Aliyə Kudayarova Bakı Dəmir Yol Xəstəxanasının həkim – nevroloqu

Peşəkar,öz ixtisasını dərindən bilən və elmi – bilikləri ilə xalqın sağlamlığı keşiyində dəyanətlə dayanan həkimi sorağında ikən ən təcrübəli həkimlərdən biri olan Aliyə Kudayarova haqqında eşidir və ondan imdad diləyirlər. Həkim Kudayarova Bakı Dəmir Yol Xəstəxanasının həkim – nevroloqu vəzifəsində uğurla çalışır.
Aliyə həkimin nailiyyətlərində onun yüksək mənəvi dəyərlərə malik əsil bir insan olmasının rolu əvəzsizdir. Çünki xəstəyə müalicədən öncə şəfa verən, ona həyatda nikbinlik bəxş edən həkimin ümidverici münasibətidir. Zəngin mənəviyyatlı həkim Aliyə Kudayarovanın məhz bu təqdirəlayiq xüsusiyyəti ona müraciət edən xəstələrə şəfaət bəxş edir.
 Vəliyevlər ailəsi olaraq Bakı Dəmir Yol Xəstəxanasının həkim – nevroloqu Aliyə Kudayarovaya səmimi qəlbdən təşəkkür edirik, can sağlığı işlərində uğurlar arzulayırıq. Qeyd edək ki, övladım Qıcolmadan əziyyət çəkirdi. Biz oğlumu Bakı Dəmir Yol Xəstəxanasına gətirdik. İlk öncə həkim Kudayarova oğlumu EEQ aparatı ilə yoxladı və nəticəyə əsasən müalicə təyin etdi. Aliyə həkimin təyin etdiyi müalicə əsasında oğlumun səhhətində irəliləyiş  əldə olundu.
                                                                                      Vəliyevlər ailəsi adından

  Artıq neçə müddətdir ki, qardaşımın sağlamlığına qovuşması üçün getmədiyim ünvan, döymədiyim xəstəxana qapısı qalmamışdı. Bütün həkimlərin diaqnozu eyni idi, amma xəstəliyin geriləməsi, qardaşımın ailəsinin dağılmasına gətirib çıxarırdı.
Elə bu fikirlərlə artıq qardaşımı  qonşu ölkələrdən birinə aparmağa hazırlaşırdım. Lakin son ünvanımızda Bakı Dəmir Yol Xəstəxanasının həkim-nevroloqu Aliyə Kudayarova ilə qarşılaşdıq. Öz işinin mütəxəssisi olan, işini çox sevən bu həkim sanki bizim ağ xalatlı xilaskarımız oldu. Aliyə həkimin biliyi və təcrübəsi sayəsində qardaşım beyin və periferik sinir sisteminin infeksiyaları xəstəliyindən xilas oldu.
Təmənnasız, qayğıkeş, xəstəsini bir an belə nəzarətsiz qoymayan, Hippokrat andına həmişə sadiq qalan nevroloq
Aliyə Kudayarovaya ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm.
Hörmətli Aliyə həkim! Ölkəmizin sizin kimi profesional həkimlərə ehtiyacı var. Mənim kimi yüzlərlə, bəlkə də minlərlə nevroloji 
xəstəliklərdən əziyyət çəkənlər var. Siz onları şəfalı əllərinizlə həyata qaytarırsınız. Mənim kimi xəstələrin ölkədən kənara müalicəyə getməmələrinə məhz sizin kimi həkimlər səbəb olur. Sağ olun ki, varsınız. O qızıl əlləriniz heç vaxt dərd görməsin. Allah uğurlarınızı, nailiyyətlərinizi davamlı etsin. Sizin kimi həkimlərə səhiyyəmizin ehtiyacı çoxdur.


Tarix: 11-01-2021, 20:33 Oxunub: 380


Bölməyə aid digər xəbərlər