Dr. Könül Məmmədova -Heç kimin üz cizgilərinə sınaq meydanı kimi yanaşmaq olmaz

Estetik-kosmetoloq Könül Məmmədovanın  ilk növbədə təbiiliyə üstünlük verməsi onu digər mütəxəssilərdən fərqləndirir. Şəxsən mən oxuculara təqdim etdiyim bu elmi publisistik yazı ilə digər məqsəd daşımadan aşağı qeyd edəciyim şərhi bu məqaləyə əlavə etməyi özümə borc bilirəm. Çünki bu bizim bir jurnalist olaraq vəzifə öhdəliyimizdir. Sanki hər kəsin qəlbini duyan daxilən könül dünyasınmı görən mütəxəssis xanım Könül həkim hər bir xanıma özünə məxsus bir gözəllik bəxş edir.
Bir məqamı da oxuculara çatdırmağı özümüzə borc bilirik. Bizə məlum olduğuna görə Dr.Könül Məmmədova ona müraciət edənlərə yardım edərkən, prosedurları yerinə yetirərkən məbləğ haqqında deyil, müsbət nəticə haqqında düşünür. Bu barədə verdiyimiz sualı Könül xanım belə cavablandırdı: – Bilirsinizmi, mən Uca Tanrının Varlığını bizi gördüyümüzü və hətta fikirlərimizi belə duyduğunu qəlbən qəbul edirəm və buna əminliklə inamım vardır. Azərbaycanın peşəkar-kosmetoloqu öz işini ustalıqla yerinə yetirmək üçün təcrübəsindən bilik və bacarığından gənc kosmetoloqlara ürəklə ərmağan edən gözəl insan Könül xanım ! Sizə ailənizdə əzizlərinizlə, doğmalarınızla bərabər səadət dolu həyat, çalışdığınız kollektivlə bərabər nailiyyətlərlə zəngin fəaliyyət yolu arzulayırıq.

Qəlbin kimi təmizdir haqqdır işin amalın
Nura qərq olsun hər an zirvəyə gedən yolun
Fəth etdiyin yüksəliş elminin bar bəhəri
Çiçək səpir yoluna səni sevən ellərin

Könül xanım o güllər ən gözəl arzulardır
Yazar xanımında sizə diləyi vardır.
Deyirəm:adınızı daim ucada görək
Yaşasın belə gözəl xanımlarımız deyək


İnsanlara daim sağlamlıq bəxş edən, bəm – bəyaz geyimli Könül xanıma bizimdə arzularımız bitməz, tükənməzdir. Mənim olduqca müdrik, məğrur və polad iradəli həkimim  Könül  xanıma həyatda nəvəli – nəticəli xoşbəxt, bəm – bəyaz, hər zamankı kimi ləkəsiz həyat arzulayıram. Könül xanım, siz buna əməllərinizlə, yüksək mənəvi əxlaqi dəyərlərinizlə layiqsiniz. 


Tarix: 23-01-2021, 09:43 Oxunub: 244


Bölməyə aid digər xəbərlər