Florence klinikasının baş baş həkimi vəzifəsində çalışan mama-ginekoloq Arzu həkimin bu səhiyyə ocağının uğurlu fəaliyyətində xidmətləri böyükdür. Klinikada nizam–intizama riayət edilməsi, xəstə-həkim münasibətlərinin yüksək səviyyədə olması, xəstələrə göstərilən qayğı, peşəkar həkim kadrlarının çoxluğu, müalicə və müayinələrin yüksək səviyyədə aparılması, insanların bu səhiyyə ocağına daha çox müraciət etməsinə səbəb olub.
Eyni zamanda Mətbuat əməkdaşları olaraq, müşahidə də apardığımız əksər tibb müəssisələrində ümid yerinə çevrilən bacarıqlı həkimlərin və səriştəli tibbi personalların gördükləri miqyası olduqca böyük ürəkaçan işlərə şahidlik edirik. Demək olar ki, onlar da, Vətən Müharibəsinin qəhrəmanlarına çevrilən fədakar hərbçilərimiz kimi, savaş meydanlarına xas həddən ziyadə ağır və mürəkkəb şəraitə uyğun gərgin əmək sərf edərək, sutkalar ərzində gecə-gündüz fasiləsiz çalışırlar -- bu yaxınlarda bir daha olduğumuz Florence Klinikasının kollektivi kimi!
44 günlük müharibənin arxa cəbhəsinin qəhrəmanlarından biri də Azərbaycan həkimləri oldu. Bəzi həkimlər cəbhə bölgəsində, bəziləri isə Bakıda ehtiyacı olan şəhid, qazi ailələrinə və özlərinə yardım etməyə çalışdılar. Ömrünün sonuna qədər səhid, qazi ailələrini təmənnasız müayinə və əməliyyat edəcəyini bildirən həkimlərdən biri də tanınmış həkim Florence Klinikasının baş həkimi, mama-ginekoloq Dr.Arzu Məhərrəmovadır.
Mən bugün rahat yaşayıramsa, evimdə rahat yata bilirəmsə, buna görə sizə borcluyam. İş fəaliyyətim müddətincə şəhid ailələrinə, qazilərimizə daim təmənnasız xidmət edəcəyəm.
Arzu Məhərrəmova vətən uğrunda canından keçənl şəhid ailələrinə və qazilərimizə xidmət etməyin şərəf işi olduğunu bildirdi. Biz bu gün şərəf və qürurla “QARABAĞ AZƏRBAYCANDIR” deyə biliriksə, buna görə hər qarışı qanı ilə yoğrulmuş şəhid və qazilərimizə borcluyuq. Bu mənim üçün şərəf işidir. 44 günlük qələbədə bizim də həkim olaraq faydamızın olması sevindiricidir. Son olaraq QARABAĞ BİZİMDİR,QARABAĞ AZƏRBAYCANDIR”.
Bölməyə aid digər xəbərlər