-Bakı şəhərində yerləşən “Baku Clinic”-in terapevtik kabinetinin qarşısında xəstələr həddindən artıq çox olur. Çünki bu xəstələr təkcə Bakıdan yox, Azərbaycanın bütün bölgələrindən gələn xəstələrdir. Onların hamısı Nahidə həkimin adını eşidib gəlirlər. Çünki bu insan öz işinin yüksək mütəxəsisi olmaqla, çox mehriban, diqqətcil həkimdir. Onun apardığı müalicə və müayinənin dəqiq olduğu üçün ona müraciət edirlər.
-Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır.
Nahidə həkimin nailiyyətlərində onun yüksək mənəvi dəyərlərə malik əsil bir insan olmasının rolu əvəzsizdir. Çünki xəstəyə müalicədən öncə şəfa verən, ona həyatda nikbinlik bəxş edən həkimin ümidverici münasibətidir. Zəngin mənəviyyatlı həkim Bakı Klinikasının həkim-terapevti, Tibb üzrə fəlsəfə doktoru, dosent Nahidə Ağasiyeva məhz bu təqdirəlayiq xüsusiyyəti ona müraciət edən xəstələrə şəfaət bəxş edir. Pasiyentlərin diqqətinə çatdıraq ki, Respublikanın Əməkdar həkimi Nahidə Ağasiyeva “Baku Clinic”-də ürəyin işemik xəstəliyi, hipertoniya, xroniki ürək çatışmazlığı, qırmızı qurd əşənəyi, revmatoidli artrit, mədə-bağırsaq xoraları, şəkərli diabet, revmatizm , revmokardit və s. xəstəliklərin diaqnostikası və müalicəsini həyata keçirir.
Redaksiyamıza ünvanlanan məktubların içərisində Nahidə Ağasiyevaya edilən minnətdarlıqların sayı-hesabı yoxdur. Onlardan birini oxucu kütləsinin diqqətinə çatdırırıq:
Artıq neçə müddətdir ki, qardaşımın sağlamlığına qovuşması üçün getmədiyim ünvan, döymədiyim xəstəxana qapısı qalmamışdı. Bütün həkimlərin diaqnozu eyni idi, amma xəstəliyin geriləməsi, qardaşımın ailəsinin dağılmasına gətirib çıxarırdı.
Elə bu fikirlərlə artıq qardaşımı qonşu ölkələrdən birinə aparmağa hazırlaşırdım. Lakin son ünvanımızda Bakı Klinikasının həkim-terapevti Nahidə Ağasiyeva ilə qarşılaşdıq. Öz işinin mütəxəssisi olan, işini çox sevən bu həkim sanki bizim ağ xalatlı xilaskarımız oldu. Nahidə həkimin biliyi və təcrübəsi sayəsində qardaşım sağlamlığana qovuşdu.
Təmənnasız, qayğıkeş, xəstəsini bir an belə nəzarətsiz qoymayan, Hippokrat andına həmişə sadiq qalan Respublikanın Əməkdar həkimi Nahidə Ağasiyevaya ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm.
Biz də redaksiya heyəti olaraq alicənab insan, savadlı həkim Dr. Nahidə Ağasiyevaya nailiyyətlərlə dolu zəngin həyat arzulayırıq.
Bölməyə aid digər xəbərlər