Türkiyədə koronavirusdan daha 23 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 23 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 
Nazir bildirib ki, son 24 saatda 48 787 şübhəli koronavirus testindən keçib, onlardan 1003-nün cavabı pozitiv çıxıb. Bu gün daha 1493 xəstə sağalıb.
Türkiyədə indiyədək 210 963 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5323 nəfər ölüb, 191 883 nəfər müalicə olunaraq evə buraxılıb.


Tarix: 10-07-2020, 23:44 Oxunub: 81


Bölməyə aid digər xəbərlər