16:00 / 21-11-2024
Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
İrəvan Bakının şərtlərini qəbul edir: Paşinyan “sülh istəyiriksə, Qarabağı unudun” dedi
Erməni baş nazir Ermənistandan qat-qat güclü Azərbaycanla düşmənçilik etməyin təhlükəli olduğuna, bu savaşda qalib gəlmək şansının artıq qalmadığına eyham vurdu... Nikol Paşinyan revanşist erməni toplumuna Cənubi Qafqazda enerji və logistik qovşağa çevrilib, bütün dünya üçün əhəmiyyətini artırmış Azərbaycanla sülh sazişini daha sərfəli ola biləcək alternativ variant kimi təklif edir...
Ermənistan cəmiyyətində olduqca ciddi narahatlıq hökm sürür. Erməni toplumunun qarşıya qoyduğu hədəflərdən uzaq düşməsi Ermənistanda pessimist əhval-ruhiyyəni hər ötən gün daha da gücləndirir. Üstəlik, zaman keçdikcə, Ermənistanın hərbi məğlubiyyətlərinə siyasi-diplomatik çöküş də əlavə olunmaqdadır. Və bu, erməni toplumu üçün çıxılmaz situasiya olaraq, qəbul edilir.
Əslində, Ermənistanın çıxılmaz vəziyyətdə olması inkaredilməz reallıqdır. Erməni toplumunun bütün “uydurma xəyallar”ın artıq əlçatmaz olmasından çaşqınlıq keçirtməsi mövcud situasiyanın ümumi məzmununu ifadə edir. Ermənilər həmişə “Böyük Ermənistan” xəyalları qurublar. Ancaq indi anlayırlar ki, bu, heş vaxt baş tutmayacaq. Uzun illər Azərbaycanın Qarabağ bölgəsini Ermənistana birləşdirmək planları ilə hərəkət ediblər. 44 günlük savaşdan sonra bunun heç vaxt mümkün olmayacaqğını etiraf etmək məcburiyyətində qalıblar. Və indi Ermənistanın mövcudluğunu qorumaq erməni toplumu üçün əsas hədəfə çevrilməyə başlayıb.
Ancaq hələlik erməni siyasi elitasında olan kəskin qarşıdurma və parçalanma Ermənistanın gələcək taleyini xilas edə biləcək doğru yolu tapmaq imkanlarını da bloklayır. Belə ki, son vaxtlar Ermənistanda revanşizm meylləri yenidən güclənməyə başlayıb. Halbuki, erməni revanşizmi hədəfləri Ermənistan ordusunun indiki durumuna qətiyyən adekvat deyil. Və bu, Ermənistanın dövlət kimi xəritədən silinmə ehtimalını artırır.
Maraqlıdır ki, hələlik yalnız baş nazir Nikol Paşinyan və onun yaxın ətrafı Ermənistanı gözləyən real təhlükələri gündəmə gətirməyə çalışır. Ermənistan çəmiyyətində mövcud olan radikal-revanşizm meyllər isə Paşinyan hakimiyyətinə Ermənistanı yaxınlaşan təhlükələrdən yayındıracaq qərarların qəbuluna imkan vermir. Nəticədə Ermənistanın siyasi elitası qorxunc reallığı anladığı halda, ölkənin fəlakətə sürüklənməsi prosesini davam etdirir.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan növbəti dəfə Ermənistan cəmiyyətinə bəzi önəmli reallıqları etiraf edib. Onun fikrincə, Ermənistan cəmiyyəti hər kəsə aydın olan həqiqətləri qəbul edib, mövcud şərtlərlə barışmayacağı təqdirdə, erməni toplumunun davamlı sülhə ümid bəsləməsi tamamilə yersizdir. Erməni baş nazir hesab edir ki, “Dağlıq Qarabağ”ın “özünütəyinetmə hüquqları”nın təmin oluna biləcəyinə inanmaq, bu iddiaları davam etdirmək özünü aldatmaqdan başqa bir şey deyil. Və ona görə də, Ermənistanın gələcək taleyi baxımından, bütün bu qeyri-real hədəflərdən imtina edilməsi olduqca vacibdir.
Erməni baş nazir açıq şəkildə vurğulayıb ki, həm “Dağlıq Qarabağ”ın “özünütəyinetmə hüquqları”nı müzakirə etmək, həm də Azərbaycanla yekun sülh sazişi üzərində anlaşmaya nail olmaq mümkün deyil: “Azərbaycanla sülh sazişinə “Dağlıq Qarabağ” mövzusunun daxil edilməsi baş tutmayacaq. Rəsmi Bakının mövqeyi və beynəlxalq hüquq normaları buna imkan vermir. Ancaq Cənubi Qafqaz regionunda dinc yaşamaq üçün Ermənistana sülh sazişinin imzalanması olduqca vacibdir. Bu isə yalnız Azərbaycan və Ermənsitanın qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüklərini tanıyacaqları təqdirdə, mümkün ola bilər”.
Göründüyü kimi, baş nazir Nikol Paşinyan erməni toplumuna əsas həqiqəti hər kəsin anlaya biləcəyi məzmunda çatdırmağa çalışır. Erməni baş nazir demək istəyib ki, Ermənistanın regionda mövcudluğu sülh sazişi imzalamasına bağlıdır. Belə bir saziş isə yalnız Ermənistan tərəfindən “Dağlıq Qarabağ” da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü tanınacağı təqdirdə, mümkündür. Erməni toplumu beynəlxalq hüquq zidd ərazi iddialarını davam etdirdikcə, Ermənistan özündən qat-qat güclü Azərbaycanla müharibə şəraitində xilas ola və inkişaf mərhələsinə keçə bilməyəcək.
Erməni baş nazir Ermənistan cəmiyyətinə mövcud situasiya və geopolitik şərtlərlə barışmaqdan başqa çıxış yolunun qalmadığını da konkret şəkildə izah edib. O, bildirib ki, Azərbaycan regionda enerji və logistika qovşağına çevrilib: “Ona görə də, indi Azərbaycanın həm Rusiya, həm də Qərb ölkələri üçün əhəmiyyəti daha da artıb. Bu, Ermənistan üçün olduqca təhlükəli risklər yaratmaqla yanaşı, müəyyən imkanlar da açır. Çünki Cənubi Qafqaz ümumi olaraq, vahid böyük qovşaqdır. Bu baxımdan, regionda sülh və sabitlik kənar oyunçular arasında geopolitik konsensusa stimul verə bilər”.
Belə anlaşılır ki, erməni baş nazir Ermənistan cəmiyyətinə gələcəyi izah edir. Onun ermənilərə anlatmağa çalışır ki, Ermənistandan qat-qat güclü Azərbaycanla savaşıb, düşmənçilik etmək təhlükəlidir. Bu savaşda Ermənistanın qalib gəlmək şansı mövcud deyil.
Ona görə də, Ermənistan baş naziri Nikol Paşinyan erməni toplumuna daha faydalı ola biləcək alternativ variant təklif edir. Yəni, o, hesab edir ki, Cənubi Qafqazda enerji və logistik qovşağa çevrilib, bütün dünya üçün əhəmiyyətini artırmış Azərbaycanla savaşmaq əvəzinə, sülh sazişi imzalayaraq, münasibətləri normallaşdırmaq daha sərfəlidir. Çünki bu halda, Ermənistan Azərbaycanla iqtisadi-ticari əməkdaşlıqdan faydalanmaq şansı qazana bilər.(musavat.com)
Bölməyə aid digər xəbərlər

Tarix: 19-04-2023, 09:00 Oxunub: 42
Bölməyə aid digər xəbərlər
14-07-2023, 08:43
İrəvan Bakının sülh şərtlərini niyə "artırdı": ABŞ Qafqazda NATO-nu Rusiyanın önünə çıxarır
5-07-2023, 09:00
ABŞ səfiri İrəvanda Ermənistanı “vurdu”: Bakının şərtləri icra edilməsə, dialoq olmayacaq
10-06-2023, 08:08
İrəvanın qorxduğu variant reallığa çevrilir: Bakı Azərbaycanın varisi olduğu dövlətin sərhədlərinə eyham vurur
23-05-2023, 10:00
İrəvan Bakının sülh şərtlərini qəbul edib: Paşinyan əsas sirləri açdı, erməni toplumunda şok effekti yaratdı
29-04-2023, 09:00
ABŞ İrəvandan kapitulyasiya tələb edir: Ağ Ev Paşinyana vaxt qoyub, təzyiq göstərir
28-04-2023, 10:00
Bakı Parisi "erməni girovluğu"ndan çıxarır: İndi Ermənistanda Fransa da xəyanətdə suçlanır
26-04-2023, 09:00
Bakı 8 sülh şərtini rəsmən elan etdi: İrəvan prinsipial tələblər qarşısında aciz duruma düşdü
10-04-2023, 10:00
Paşinyan hərbi çevriliş planından xəbər tutub: İrəvan Qərbdən uzaqlaşıb, yenidən Rusiyaya yaxınlaşır
26-01-2023, 09:30
Paşinyan Vardanyanın "qələmini qırır": Kremlin planı öz başında çatlayır
25-01-2023, 09:23
Bakı Avropa Birliyinin fransız missiyasını tanımadı: Fransa-Rusiya savaşında Ermənistan tək hədəfə çevrilir
6-01-2023, 10:00
Paşinyan Rusiyadan “qaçış” yolunu tapıb: Kremli şantaj edir, Bakını isə savaşa çəkir
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO