09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
10:26 / 27-07-2026
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
10:21 / 27-07-2026
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
İrəvan Bakının sülh şərtlərini niyə "artırdı": ABŞ Qafqazda NATO-nu Rusiyanın önünə çıxarır

ABŞ və Qərb Ermənistanı ciddi şəkildə sıxışdırır, indi rəsmi İrəvan Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun beş şərti əsasında yekun sülh sazişini imzalamağa məcburdur... Ağ Evin rəsmi İrəvandan Rusiya bazasını NATO təlim bölmələri ilə əvəzləmək tələbi isə Ermənistana yaxın gələcəkdə Rusiya ilə qorxunc qarşıdurma dövrü vəd edir...
Cənubi Qafqazda ABŞ və Qərbin Rusiya ilə geopolitik savaşı artıq son həddə qədər intensivləşib. Hətta hesab etmək olar ki, bu geopolitik savaş indi son mərhələyə qədəm qoyub. Ona görə də, yaxın vaxtlarda bu regionda yeni dövrün başlanma ehtimalı kifayət qədər yüksəkdir.
Nə qədər qəribə də olsa, dünya nəhənglərinin regional savaşı hazırda məhz Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi üzərində indeksləşib. Rusiya regional sülh prosesini pozulmasına, gərginliyin artırılmasına, silahlı toqquşmaların törədilməsinə çalışır. Kremlin Cənubi Qafqazda mövqelərini qorumaq üçün başqa alternativ mexanizmləri mövcud deyil.
ABŞ və Qərb isə Rusiyadan fərqli olaraq, Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasına cəhd göstərir. Çünki məhz Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması Rusiyanın regiondan çıxarılmasını təmin edə biləcək əsas faktor hesab olunur. Və bu baxımdan, xüsusilə də, ABŞ sülh danışıqlarının intensiv xarakter alması üçün vasitəçilik missiyasını öz üzərinə götürüb.
Son vaxtlar ardıcıl olaraq, baş verən hadisələr dünya nəhənglərinin regional savaşında mövcud situasiyanı ortaya çıxarır. Belə ki, ABŞ-ın İrəvandakı səfiri Kristina Kvinin Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərini bəyan etməsi Paşinyan hakimiyyətini ciddi şəkildə narahat etmişdi. Ona görə də baş nazir Nikol Paşinyan dərhal prezident Vladimir Putinə telefonla zəng edərək, Rusiyanın Ermənistana verə biləcəyi dəstək təminatının əhatə dairəsini dəqiqləşdirməyə çalışdı. Və böyük ehtimalla Kreml sahibindən müəyyən cəlbedici vədlər də almağa nail oldu.
3d107a676f63b4b95b2c610cfc9a996f.jpg (196 KB)
Ancaq sonra məlum oldu ki, ABŞ və Qərb Ermənistana növbəti dəfə manipulyativ manevrlər etmək imkanı tanımaq niyyətində deyil. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a çağırıldı. Ona müəyyən xəbərdarlıqlar olundu. Rəsmi İrəvanın davranışlarının Ermənistan üçün doğura biləcəyi hərbi-siyasi nəticələr izah edildi. Və Armen Qriqoryan ABŞ-dan qayıtdıqdan sonra dərhal Rusiya əleyhinə açıqlamalar verməli oldu.
İndi rəsmi İrəvan ABŞ və Qərbin vasitəçiliyi ilə sülh danışıqlarının növbəti mərhələsinə hazırlaşmaq məcburiyyətində qalıb. Ermənistan baş naziri Nikol Paşinyan artıq bəyan edib ki, iyulun 15-də Brüsseldə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Və bu, o deməkdir ki, rəsmi İrəvanın sülh danışıqlarından yayınmaq cəhdləri indi daha qətiyyətlə bloklanır.
ABŞ Dövlət Departamentindən verilən açıqlamada isə vurğulanır ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi çox yaxındır, razılaşma əldə oluna bilər. ABŞ rəsmi dairələri belə açıqlama verirsə, deməli, sülh prosesi artıq taleyüklü mərhələyə yaxınlaşır. Çünki Ağ Ev ABŞ-ın beynəlxalq imicini riskə atacaq situasiyanın yaranmasına heç bir halda, imkan verməz. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyətinin ABŞ-ın vasitəçilik missiyasına zərbə vuracaq hər hansı təxribata cəsarət etməz.
Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu ilin sonuna qədər yekun sülh sazişinin imzalana biləcəyini istisna etməyib: “Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər".
Belə anlaşılır ki, rəsmi Bakı ABŞ və Qərbin sülh prosesindəki vasitəçilik missiyasından məmnundur. Yəni hələlik bu platformada baş verənlər Azərbaycanı ümumi şəkildə qane edir. Çünki rəsmi Bakı da ABŞ və Qərb kimi, sülh prosesinin ən qısa zamanda müsbət nəticələr ilə sona çatdırılmasında maraqlıdır. Və buna əngəl törətməyə çalışanlara sərt xəbərdarlıq mesajları verməkdən də qətiyyən çəkinmir.
c4590da1c5ba5cc40b26310c692772ef.jpeg (106 KB)
Məsələ ondadır ki, Prezident İlham Əliyevin açıqlamasında bəzi beynəlxalq ünvanlara xitabən xəbərdarlıq məqamı da yer alır. Dövlət başçısı vurğulayıb ki, heç kim Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə danışa bilməz: "Hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq".
Bu xəbərdarlıq mesajlarının ilk növbədə Rusiya, Fransa və rəsmi Parisin nəzarəti altında olan Avropa Parlamentiinə ünvanlandığı qətiyyən şübhə doğurmur. Çünki Rusiyada bəzi siyasi dairələr son vaxtlar Azərbaycana yönəlik ittihamlar irəli sürməyə başlayıblar. Fransa isə Rusiya ilə ortaq şəkildə Cənubi Qafqazda sülh prosesini pozmağa çalışır. Avropa Parlamentinin ermənipərəst mövqe tutduğu da heç kəsə sirr deyil. Və indi rəsmi Bakı Azərbaycanı hədəfə almağa çalışırlara "həddinizi bilin" mesajı verir.
Bütün bunları nəzərə aldıqda, 15 iyulda keçiriləcək Brüssel görüşünün regional sülh prosesində bir çox qaranlıq məqamlara aydınlıq gətirə biləcəyi qətiyyən istisna deyil. Ermənistan mətbuatı isə Brüssel görüşü ərəfəsində Azərbaycanın rəsmi İrəvana qarşı 7 şərt irəli sürdüyünü iddia edir. Həmin şərtlərin sırasında sülh müqaviləsinin ilin sonuna qədər və yalnız Vaşinqtonda imzalanmasının tələb edildiyi bildirilir.
Halbuki, rəsmi Bakı sülh sazişinin mümkün qədər tez bir zamanda imzalanmasında maraqlı olsa da, onun harada reallıqdasa biləcəyi Azərbaycan üçün prinsipial önəm daşımır. Yəni, sülh sazişi Vaşinqtonda və ya Brüsseldə imzalana bilər. Və rəsmi Bakı belə məsələləri problemə çevirmək niyyətindən uzaqdır.
Anklavlar məsələsinə gəldikdəsə, Ermənistan istənilən halda, həmin əraziləri Azərbaycana qaytarmağa məcburdur. Ermənistanın Qarabağla bağlı bütün uydurma iddialarından imtina etməsi isə qaçılmazdır. Rəsmi İrəvanın Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməsi də vacibdir. Bu dəhlizin məhz Beynəlxalq Gömrük Təşkilatının nəzarəti altında fəaliyyət göstərməsi də tamamilə məntiqlidir. Çünki beynəlxalq xarakter daşıyan bir dəhlizinin hər hansı dövlətin, o cümlədən, Rusiyanın nəzarətində fəaliyyəti yolverilməzdir.
814e4a1f24910383014a04866e883c48.jpg (256 KB)Rəsmi İrəvana yönəlik iddia olunan şərtlərin sırasında Ermənistanın üzərinə 2026-cı ilə qədər Rusiya bazasını çıxarılması öhdəliyinin qoyulması müəyyən maraqlı məqamlardan xəbər verir. Çünki Ermənistandan Rusiya bazasının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölmələri ilə əvəz olunması tələb olunur. Və bunun rəsmi Bakı tərəfindən irəli sürülmüş tələb olduğuna yalnız sadəlövhlər inanar.
Məsələ ondadır ki, Rusiya bazası Ermənistanda rəsmi İrəvan və Kreml arasında anlaşma ilə yerləşdirilib. Bu mövzu Rusiya və Ermənistana aid məsələdir. Rəsmi Bakı vaxtını özünə aid olmayan mövzulara sərf etməyə həvəs göstərməz. NATO təlim bölmələri ilə bağlı iddia isə bu mövzunun rəsmi İrəvan tərəfindən uydurulduğundan şübhələnməyə əsas verir. Çünki Azərbaycan NATO-nun üzvü deyil və bu hərbi-siyasi alyansın hərbi kontingentinin Ermənistanda yerləşdirilməsi ilə bağlı hər hansı mövzunu öz strateji hədəfləri sırasına daxil etməz.
Böyük ehtimalla bu, ya rəsmi İrəvan tərəfindən Rusiyanın qıcıqlandırılması üçün uydurularaq, ortaya atılıb. Ya da ola bilər ki, bu tələb ABŞ və Qərb tərəfindən Ermənistanın qarşısına çıxarılıb. Rəsmi İrəvan isə bunu elə indidən Azərbaycanın şərti kimi gündəmə gətirməklə, ictimailəşdirməyə çalışır. Və böyük ehtimalla Rusiyanın mümkün qəzəbini özündən uzaqlaşdırmağa çalışır.
Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb Ermənistanı ciddi şəkildə sıxışdırmağa başlayıb. İndi rəsmi İrəvan həm Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun beş şərti əsasında yekun sülh sazişini imzalamağa məcburdur. Həm də sonrakı mərhələdə ABŞ və Qərbin tələbi ilə Rusiya bazasını NATO təlim bölmələri ilə əvəzləməyin mümkün variantlarını axtarıb, tapmalıdır. Və bu, Ermənistanı yaxın gələcəkdə Rusiya ilə ciddi qarşıdurma dövrünün gözlədiyi anlamına gəlir.(musavat.com)
Bölməyə aid digər xəbərlər

Tarix: 14-07-2023, 08:43 Oxunub: 108
Bölməyə aid digər xəbərlər
7-07-2023, 09:00
Erməni terrorçular tezliklə tərksilah olunacaq: Rusiya acizdir, ABŞ-ın İrəvana təzyiqləri isə güclənir
23-05-2023, 10:00
İrəvan Bakının sülh şərtlərini qəbul edib: Paşinyan əsas sirləri açdı, erməni toplumunda şok effekti yaratdı
10-05-2023, 09:18
Rusiya Polşanı da vuracaq, BMT demontaj ediləcək: Dəhşətli kiberhücum dünyada hər şeyi dəyişəcək
3-05-2023, 09:00
Ağ Evdə sülh, Kremldə savaş planları qurulur: Rusiya Qarabağda təxribat törədəcəyini anons etdi
29-04-2023, 09:00
ABŞ İrəvandan kapitulyasiya tələb edir: Ağ Ev Paşinyana vaxt qoyub, təzyiq göstərir
21-04-2023, 10:00
ABŞ-dan niyə Azərbaycana barmaq tuşladılar: "Ermənistan düşməni ilə müttəfiq olmalıdır"
15-04-2023, 09:30
Paşinyanın Putinlə "gizli və kirli sövdələşmə"si pozulur: Ermənistan üçün iki fəlakət ssenarisi eyni vaxtda işə düşür
24-03-2023, 11:25
ABŞ Qafqazda sülh sazişinin vaxtını elan etdi: Rusiya isə skandal sənədlə yeni savaş törədir
2-03-2023, 09:00
ABŞ Rusiyanın cənub sərhədlərini qapadır: Qafqazın ardından Orta Asiya da Kremlin əlindən alınır
21-02-2023, 09:02
Əliyev iki “geopolitik bomba”nın fitilini çəkdi: Biri İrəvanın, digəri Kremlin qucağında partlayacaq
31-01-2023, 09:00
Ukrayna savaşı Cənubi Qafqaza keçirilir: "İkinci cəbhə" açılır
25-10-2022, 06:00
Kreml "erməni faktoru"ndan daha bərk yapışır: "Marqomedia" Azərbaycanı niyə hədəfə alıb
4-05-2022, 09:00
ABŞ Paşinyanı Rusiyanın əlindən alır: Ağ Ev sülhü dəstəkləyib, Kremlin planlarını pozur
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO