12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Fuad Nəcəfli barədə qərar verildi

Fuad Nəcəfli barədə qərar verildi


Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı genişlənib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi VIP siyahısına əlavə edilib.

Xatırladaq ki, Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflidir.

Tarix: 18-07-2023, 09:31 Oxunub: 13


Bölməyə aid digər xəbərlər
31-01-2023, 17:20 Prezident fərman imzaladı
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı