12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Paşinyan: Bakı ilə sülh bu 3 prinsip əsasında olacaq

Paşinyan: Bakı ilə sülh bu 3 prinsip əsasında olacaq


Azərbaycanla sülhün bərqərar olmasına və münasibətlərin nizamlanmasına töhfə verə biləcək üç əsas prinsip razılaşdırılıb.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, tərəflər bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması reallaşacaq. 

“Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. İkinci prinsip ondan ibarətdir ki, Alma-Ata Bəyannaməsi, plana görə, dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas olmalıdır. Üçüncü prinsip bütün regional kommunikasiyaların açılmasıdır”, - o qeyd edib.
Paşinyanın fikrincə, bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir.

Tarix: 30-10-2023, 10:42 Oxunub: 27


Bölməyə aid digər xəbərlər