12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
ABŞ-ın “erməni sevgisi”: Bunun arxasında nə dayanır? - AKTUAL



ABŞ-ın Ermənistana dəstəyi davam edir.

Xüsusilə son zamanlarda Ağ Ev İrəvan hakimiyyətinə verdiyi dəstəyi açıq şəkildə biruzə verməyə başlayıb.

Üstəlik, rəsmi Vaşinqtonun anti-Azərbaycan siyasəti də diqqət çəkir. Görünür, ABŞ-da gələn il keçiriləcək prezident seçkiləri burada mühüm rol oynayır.

Oradakı güclü erməni lobbisinin olduğu hər kəsə məlumdur. Bəlkə də, Co Bayden administrasiyası seçkilərdə erməni lobbisinin səsini qazanmaq üçün Ermənistana dəstəyini nümayiş etdirir.

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Aytən Qurbanova bildirib ki, məhz bu da təsiredici faktorlardan biridir:

“Bilirik ki, erməni lobbisinin ən fəal olduğu ölkələrdən biri də ABŞ-dır və seçkilər ərəfəsində bunu daha çox müşahidə edirik. Həmçinin konqresdə dəfələrlə Azərbaycan əleyhinə əsassız və qərəzli dinləmələrin keçirilməsi də buna bariz nümunədir.

Digər tərəfdən isə Ağ Evin qərəzli bəyanatları sadəcə növbəti seçkilərdə erməni lobbisinin dəstəyini qazanmaq üçün qısamüddətli hədəflər olaraq dəyərləndirilə bilməz. Çünki erməni lobbisinin maraqlarının təminatçısı qismində çıxış edən Amerika Ermənistan üzərindən regiona nüfuz edərək öz maraqlarını təmin etməyə çalışır".

Politoloq qeyd edib ki, fərqli mərhələlərdə ABŞ bu hədəflərinə “tərəfsiz vasitəçi” adı altında çatmağa çalışırdı:

"Lakin ABŞ-ın 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda öz qərəzli mövqeyini gizlətmədən təhdid ritorikasından istifadəyə cəhd etdiyini müşahidə edirik.

Nəticə etibarilə, o da heç bir halda Azərbaycanın qətiyyətli mövqeyinə təsir gücünün olmadığını anlayıb. ABŞ Entoni Blinkenin simasında Prezident İlham Əliyevdən dövlət katibinin köməkçisinin Azərbaycana səfərinə icazə verilməsini xahiş etməklə artıq geri addım atdığını açıq şəkildə nümayiş etdirmiş oldu".

Tarix: 4-12-2023, 10:00 Oxunub: 31


Bölməyə aid digər xəbərlər