12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
XİN başçıları arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb - YENİLƏNİB



Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Berlində Borsiq villasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb.

Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.



Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Berlində davam etdiriləcək.

Danışıqlar fevralın 28-də başlayıb.

Dünən əvvəlcə nazirlər arasında ikitərəfli görüş keçirilib. Görüş daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam etdirilib.
Bundan başqa, almaniyalı nazir azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirib.

Tarix: 29-02-2024, 13:00 Oxunub: 16


Bölməyə aid digər xəbərlər