16:00 / 21-11-2024
Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
Zəngəzur yolu “divlərə” qaldı? - NƏ BAŞ VERİR?
Zəngəzur dəhlizi ilə bağlı maddənin sülh sazişi layihəsindən çıxarılması bölgədə yeni proseslərə yol açıb. Vətən Müharibəsindən sonrakı müddət ərzində bu məsələ həm iki ölkə arasında, həm də regionda marağı olan dövlətlər üçün mühüm əhəmiyyətə malik olub. Moskva dəhlizə Rusiyanın nəzarət etməsini tələb etsə də, Ermənistan bunun əleyhinədir və nəqliyyat xətlərinin təhlükəsizliyini özü təmin etmək istəyir. İran da məsələyə həmişə öz maraqları baxımından yanaşıb. Ayətullah Xameneyi də son bəyanatında demişdi ki, Zəngəzur marşrutu Ermənistanın ziyanına hesab edilir və bunun əleyhinədirlər. Qərbin, konkret olaraq, ABŞ-nin mövqeyini isə avqustun əvvəlində bölgəyə hərbi texnika, sursat və az sayda da olsa, hərbi kontingent yerləşdirməsi bir daha ortaya qoydu.
Bu qərarın bölgədəki əlaqələrin inkişafına necə təsir edəcəyi, regional sabitlik və təhlükəsizlik baxımından hansı nəticələrə gətirib çıxaracağı sual doğurur. Hələlik ortada olan izahatlardan ikisi daha məntiqli görünür. Birincisi odur ki, bu məsələ sülh müqaviləsinin imzalanmasını ləngitdiyi üçün şərtlər arasından çıxarılıb və daha sonra müzakirə ediləcək. İkinci izahata görə, qlobal güclərin maraqları kommunikasiyalar kimi mühüm məsələni iki bölgə dövlətinin həll etməsində maraqlı deyillər, bu məsələnin onların, necə deyərlər, “divlər masası”nda həll olunmasına çalışırlar.
Zəngəzur dəhlizinin sülh gündəliyindən çıxarılması danışıqlar prosesinə həqiqətən müsbət təsir edə bilərmi? Regional və qlobal maraqlar baxımından bu qərarın hansı nəticələri ola bilər?
Mövzu ilə bağlı Pressklub.az-a danışan hərbi-siyasi ekspert Azad İsazadə deyir ki, sülh danışıqları son zamanlar sanki donmuşdu. Prosesi hansısa formada irəlilətmək üçün Azərbaycan razılaşdı ki, kommunikasiya məsələsi şərtlər arasından çıxarılsın. Bizim üçün kommunikasiya, əsasən də Zəngəzur dəhlizi vacib amillərdəndir, amma həlledici deyil. Çünki Azərbaycan üçün alternativ variant var. Bu, İran ərazisindən Araz boyunca yolun qurulması, dəmiryolunun keçməsi, Azərbaycan-Naxçıvan əlaqəsinin quru yol ilə bərpasıdır. Ermənistan üçün isə alternativ bir variant yoxdur. Kommunikasiyaların açılması Ermənistan-Naxçıvan sərhədinin, Zəngəzur dəhlizinin, İcevan-Qazax dəmiryolunun bərpa edilməsinə gətirib çıxaracaq, Ermənistanın dəmiryolu istər Rusiya, istər Türkiyə, istərsə də İranla bərpa olunacaqdı.
“Rusiya və İranı birləşdirən dəmiryolu Azərbaycandan keçir. Ermənistanın bu gün hansısa ölkə ilə dəmiryolu əlaqəsi yoxdur. Yalnız Gürcüstanla kiçik dəmiryolu xətti var, o da Abxaziya ərazisindən keçdiyinə görə qapalıdır. Bircə qalır avtomobil yolu, o da İran və Gürcüstan ilədir. Azərbaycan və Türkiyə sərhədi isə yenə qapalı qalacaq. Beynəlxalq kommunikasiyalara gəldikdə isə Mərkəzi Asiyadan, Çindən gələn malların Avropaya keçirilməsi üçün Azərbaycan Bakı-Tiflis-Qars yolundan istifadə edə bilər ki, bu da gələcəkdə həmin yolu genişləndirib, daha geniş kommunikasiyanı formalaşdıra bilər. Ona görə də bu addımın Azərbaycan üçün hansısa ziyanı yoxdur. Sadəcə, hansısa çərçivə sazişinin yaranması, gələcəkdə sülh müqaviləsinin imzalanması üçün atılan addımdır” – ekspert deyir.
Müsahibimizin fikrincə, kommunikasiya məsələsinin gündəlikdən çıxarılması sülh prosesini daha da sürətləndirəcək. Sadəcə, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiları qalır. O da hansısa formada həll olunacaq ki, sülh müqaviləsi imzalansın. Proseslərin bu mərhələsində istər Fransa, istər Hindistan, istər İran, istərsə də ABŞ tərəfindən Ermənistanın silahlandırılması Azərbaycanı narahat edir. Ermənistan ordusunun hansısa vəziyyətə müqavimət göstərmək və ya hücum etmək vəziyyətinə çatması üçün 5-10 il müddət lazımdır. 5-10 il ərzində isə Azərbaycan da silahlanmağa davam edəcək. Bu isə regionda gərginliyi çoxaldacaq, amma bu, bizim problemimiz deyil. Çünki bu problemi Ermənistan yaradır:
“Belə başa düşürəm ki, ABŞ-nin Ermənistandakı hərbi aktivliyi ilk növbədə Rusiyaya qarşıdır. Çünki ABŞ istəyir ki, hərbi baxımdan Rusiyanın bölgəyə təsirini azaltsın. Bu proses ilk növbədə ona yönəlib. Digər tərəfdən isə bu aktivlik hansısa formada İrana qarşıdır. Bu baxımdan, Ermənistan qəribə vəziyyətə düşüb. O, hərbi əməkdaşlığı həm İran, həm Rusiya, həm də ABŞ ilə davam etdirə bilər, amma gələcəkdə seçim etməlidir. Ya İrandan, ya da Rusiyadan üz döndərib, ABŞ ilə əməkdaşlıq etməlidir. Nəzərə alınmalıdır ki, İranın və Rusiyanın regionda Ermənistana təsiri həddindən artıq çoxdur. O baxımdan, bütün bunların gələcəkdə nə ilə nəticələnəcəyini demək çətindir. ABŞ-də administrasiya dəyişə bilər. Bilmirik ki, respublikaçılar gəlsə, onların Cənubi Qafqazdakı mövqeyi necə olacaq”- İsazadə sonda bildirdi.
Politoloq Şahin Cəfərli isə saytımıza açıqlamasında qeyd edir ki, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələ tərəflər arasında mübahisəli məsələlərdən biri idi. Bu faktor sülh müqaviləsinin razılaşdırılmasını və imzalanmasını ləngidirdi. Dəhliz məsələnin gündəlikdən çıxarılması sülh müqaviləsi ilə bağlı müzakirələri sürətləndirə və tərəfləri sülh müqaviləsinə yaxınlaşdıra bilər. Amma bu mərhələdə qəti və birmənalı qiymətləndirmələrdən uzaq durmalıyıq. Çünki bu mövzunun sülh müqaviləsi kontekstində müzakirə olunmaması, o demək deyil ki, bu məsələ sülh müstəvisindən kənarda gündəmə gətirilməyəcək. Tamamilə mümkündür ki, bir müddət sonra sülh müqaviləsindən kənar müstəvidə bu mövzu Azərbaycan tərəfindən gündəmə gətirilsin. Çünki bilirik ki, Azərbaycan hakimiyyəti dəyişən qlobal və regional vəziyyətə uyğun olaraq öz siyasətində çevik və dinamik dəyişikliklər edir. Bu mərhələdə Azərbaycan hakimiyyəti Zəngəzur nəqliyyat kommunikasiyasının məhz dəhliz statusunda fəaliyyətini tələb etməyin nəticə verməyəcəyi qənaətinə gəldi. Bu səbəbdən də dəhliz məsələni sülh müqaviləsi ilə bağlı bənddən çıxarmaq qərarına gəldi: “Bir müddət sonra rəsmi Bakı bu mövzunu gündəmə gətirə və nəticə əldə bilər. Amma mən Azərbaycan tərəfinin Zəngəzur dəhlizi ideyasından tamamilə imtina etdiyini söyləyə bilmərəm. Bir müddət gözləmək və müşahidə etmək lazımdır. Beynəlxalq güclərin bu məsələyə münasibətinə gəldikdə isə düşünürəm ki, Bakının öz mövqeyinə korrektə etməsinə təsir göstərən əsas faktor beynəlxalq güclərin bu məsələyə münasibəti oldu. Bilirik ki, ABŞ, Avropa İttifaqı və Böyük Britaniya bu dəhlizin Ermənistanın suverenliyindən çıxarılmış bir ərazidə fəaliyyət göstərməsinə qarşı çıxırdı. Digər tərəfdən, bölgəmizin önəmli oyunçusu İranın da bu məsələyə baxışı bəllidir. İran dövləti də Zəngəzur kommunikasiyasının dəhliz kimi fəaliyyət göstərməsinin əleyhinədir”.
Müsahibimiz hesab edir ki, Çinin də bu məsələyə münasibəti mənfidir. Çinin bu mövzuda hansısa konkret bir açıqlamasına rast gəlməmişik. Amma Ermənistan-Çin, Çin-İran münasibətlərini nəzərə alsaq, belə çıxır ki, Çin hökuməti də dəhliz statusuna isti baxmır. Beləliklə, həm qərb, həm İran, həm də Çinin müsbət baxmadığı bir məsələnin Bakı tərəfindən gerçəkləşdirilməsi çox çətin və qeyri-mümkün görünürdü. Yalnız Rusiya bu ideyanı dəstəkləyirdi. Amma Qərbin, İranın və böyük ehtimal ilə Çinin (bunu ehtiyatla söyləyir, çünki bu, şəxsi qənaətidir – M.U.) razı olmadığı məsələni Bakı nəzərə aldı və bu mövzunun sülh gündəliyi ətrafında müzakirəsindən daşındı: “Amma bu, o demək deyil ki, biz sülh müqaviləsinə yaxınıq, müqavilə bu gün və ya sabah imzalanacaq. Çünki Bakının başqa bir tələbi də var. Bu tələb Ermənistanın konstitusiya dəyişikliyi ilə bağlıdır. Konstitusiya dəyişikliyi isə elə də sadə prosedur deyil, vaxt aparan bir prosesdir. Ona görə də, sülh müqaviləsinin tezliklə imzalanacağını söyləmək çətindir” - Şahin Cəfərli dedi.
“Ermənistan heç bir zaman öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”.
Bu sözləri Pressklub.az-a hərbi ekspert Emin Həsənli bildirib.
Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizi məsələsində İrəvana həm İranın, həm Rusiyanın, həm də ABŞ-nin təzyiqi var. Rusiya istəyir ki, dəhlizə özü nəzarət etsin, ABŞ istəyir ki, orada Amerika hərbçiləri bu və ya digər formada dəhlizə nəzarət etsin, İran isə ümumiyyətlə, dəhlizin açılmasını istəmir: “Ermənistan özündən asılı dövlət deyil ki, müstəqil qərar verə bilsin. Amma onlar anlamalıdırlar ki, bu cür qeyri-müəyyənliyi uzun müddət davam etdirə bilməzlər. Ermənistan sülh müqaviləsini imzalayıb, Azərbaycanın şərtlərini qəbul edib, normal yaşamalı və bütün nəqliyyat dəhlizləri açılmalıdır”.
Digər müsahibimiz hərbi ekspert Elxan Şıxalıyev saytımıza açıqlamasında deyir ki, Zəngəzur dəhlizi məsələsinin sülh gündəliyindən çıxarılması, tərəflərin bu məsələni istədikləri kimi həll edə bilməməsindəndir. Burada region dövlətlərin maraqları çərçivəsində olan məsələlər, birdə qlobal güclərin bu dəhlizi necə görmək istədikləri ilə bağlı məsələlər var. Onlar istəyir ki, Zəngəzur dəhlizi Ermənistanın və Ermənistanı dəstəkləyən qlobal güclərin nəzarətində olsun. ABŞ daha çox bu narrativləri səsləndirir.
“Zəngəzur dəhlizi sülh gündəliyindən çıxarıldıqdan sonra müqavilənin imzalanması tezləşə bilər. Təbii ki, Ermənistan konstitusiyanı dəyişməyə qərara verə bilsə... Azərbaycan üçün Zəngəzur dəhlizi yeganə variant deyil, alternativ variant olan Araz dəhlizi var. Ermənistanın isə belə bir alternativi yoxdur. Bu səbəbdən də itirən Ermənistandır” – ekspert bildirir.
Bölməyə aid digər xəbərlər

Tarix: 14-08-2024, 15:30 Oxunub: 27
Bölməyə aid digər xəbərlər
7-08-2024, 16:00
Azərbaycan dəhlizə nəzarətin hər hansı bir beynəlxalq quruma verilməsi ilə yalnız o halda razılaşa bilər ki... - AKTUAL
18-07-2024, 09:00
Zəngəzur dəhlizi ətrafındakı problemlər: istəklər, əngəllər, reallıqlar - NƏ ETMƏLİ?
31-01-2024, 16:00
Avropa Birliyi Zəngəzur qərarını açıqladı: Azərbaycana qarşı mövqe dəyişdi - GƏLİŞMƏ
1-12-2023, 15:30
"Zəngəzur oyununun bədəli ağır olacaq" - Ermənistan anlaşmanı pozdu
17-11-2023, 09:34
ABŞ Zəngəzur dəhlizini "qaranlıq tunelə" çevirir: Ağ Ev Ermənistanı Azərbaycanın hesabına "bəsləmək" istəyir
29-09-2023, 10:00
Xunta buraxılır, separatçılar həbs edilir: Bəs Qarabağı kim və necə idarə edəcək? - AKTUAL
25-09-2023, 08:21
Rusiya niyə geri çəkildi, Qarabağda əslində nə baş verdi?
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
1-06-2023, 09:00
Bakı “Zəngəzur düyünü”nü açır: ABŞ və Qərb Türk İttifaqını dəstəkləməyə məcbur qalıb
19-05-2023, 10:00
Zəngəzur dəhlizi uğrunda amansız savaş başlayıb: Bakı Fransanı, Qərb Rusiyanı bloklayır
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
2-11-2022, 15:30
Soçidə daha çox Rusiyanın taleyi həll olundu... - NƏ BAŞ VERİR?
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO