10:25 / 03-02-2025
Məktəb direktoru həbs olundu
Həkimlərə və klinikalara qadağa qoyulsun – Milli Məclis

Həkimlərə və klinikalara qadağa qoyulsun – Milli Məclis


Milli Məclisin komitə sədri “Reklam haqqında” qanuna dəyişiklik edilib tibbi müəssisələrin və həkimlərin şou proqramlara sponsorluğunun qadağan edilməsini təklif edib.

Belə bir təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

Komitə sədrinin sözlərinə görə, bu gün şou-proqramların klinikalar və həkimlər tərəfindən sponsorluq edilməsinin şahidi olmaqdayıq. “Bu da sonda ortaya mənfi nəticələrə gətirib çıxarır. Xüsusən də qeyd etmək istərdim ki, plastik, bədənin şəkilləndirilməsi zamanı ölüm halları da bu cür reklamların nəticəsidir”, - deputat qeyd edib.

Komitə sədri əlavə edib ki, dünyada klinikaların və həkimlərin hər hansı şou proqrama sponsorluq etməsi, həmçinin klinika və həkimin reklam praktikası yoxdur. “Ona görə də reklam zamanı tibbi etik qaydalara riayət olunmalıdır.  Bir daha qeyd edirəm ki, bu sponsorluq fəaliyyətinin tibb sahəsində mənfi təsirləri olduğundan “Reklam haqqında” qanuna dəyişikliyi zəruri edir. Qanuna dəyişiklik edilməklə həkimlərin, klinikaların həm sponsorluq etməsi, həm də reklamı qadağan olunmalıdır.  Çünki dünyada nə həkimin, nə klinikanın reklamı, nə də ki “bir nömrəli həkim”, “bir nömrəli klinika”, “dünyaca məşhur həkim” reklam praktikası yoxdur”, - deputat bildirib.

Tarix: Bu gün, 12:38 Oxunub: 1


Bölməyə aid digər xəbərlər