08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
Prezidentdən Yusif Səmədoğlu ilə bağlı - Sərəncam

Prezidentdən Yusif Səmədoğlu ilə bağlı - Sərəncam


Azərbaycan Prezidenti İlham Əliyev Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

 Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardan olan Yusif Səmədoğlu məşhur “Qətl günü” romanı ilə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazanıb.

Qeyd edək ki, Yusif Səmədoğlu 1998-ci ildə 62 yaşında vəfat edib.

Tarix: 4-09-2025, 12:46 Oxunub: 33


Bölməyə aid digər xəbərlər
14-03-2022, 14:43 Prezident sərəncam imzaladı
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı