10:20 / 23-11-2024
COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
10:14 / 23-11-2024
Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
09:46 / 23-11-2024
"Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
09:18 / 23-11-2024
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
09:04 / 23-11-2024
Paşinyan Poqosyana yüksək vəzifə verdi
09:00 / 23-11-2024
Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
08:57 / 23-11-2024
Bakıda COP zolaqları ləğv olunur
08:52 / 23-11-2024
Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
08:39 / 23-11-2024
Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
08:21 / 23-11-2024
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
16:00 / 22-11-2024
Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
15:30 / 22-11-2024
Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
14:22 / 22-11-2024
Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
14:00 / 22-11-2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
11:28 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
11:23 / 22-11-2024
Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11:09 / 22-11-2024
Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
11:03 / 22-11-2024
"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
10:58 / 22-11-2024
III dünya müharibəsi başlasa Rusiya ilk bu ölkəni vuracaq - Zaxarova
10:53 / 22-11-2024
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
10:43 / 22-11-2024
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
10:14 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
10:07 / 22-11-2024
Zalujnı: Üçüncü Dünya müharibəsi başladı
09:05 / 22-11-2024
Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
Qarabağda sülhmərmalıları əvəz etmək üçün PLAN - Putin razılığa gəlir?
Rusiya-Ukrayna müharibəsi bütün diqqəti regiondan Şərqi Avropaya yönəltsə də Azərbaycan və Türkiyə öz qazanc və çıxarlarını müəyyən etmək üçün yaranan fürsəti doğru dəyərləndirməkdən imtina edə bilməzdilər.
Milli.Az məlumatına görə, Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfəri bu cəhətdən hər iki qardaş, müttəfiq ölkə üçün olduqca böyük önəm daşıyırdı. Son günlər dünyada və regionda baş verən hadisələr fonunda bu görüşün əhəmiyyəti birə-beş artmışdı.
Əvvəlcədən iki qardaş ölkə liderlərinin hansı mövzular ətrafında məsləhətləşmələr aparacağı təxminən bəlli idi. 4 saatdan artıq davam edən görüşün gündəliyində mövzu kasadlığından söhbət gedə bilməz. Prezidentlər görüş zamanı bir çox məsələ ətrafında fikir mübadiləsi aparacaqları gözlənilirdi. Gündəlikdəki hər iki ölkə üçün ən önəmli mövzuları ehtimal etmək çətin deyil:
I. İlham Əliyevlə R.T. Ərdoğanın müzakirə etdiyi mövzulardan biri şübhəsiz ki, hazırda davam edən Ukrayna-Rusiya müharibəsi məsələsidir. Qərbin, ABŞ-ın müharibənin davam etməsində maraqlı göründüyü bir vaxtda Azərbaycan və Türkiyə bu savaşın tez bir zamanda ədalətli şəkildə sona çatması istiqamətində çalışmalarını davam etdirirlər. Lakin təəssüf ki, müharibənin artıq 16-cı günü olmasına baxmayaraq sülhün bərqərar olmasına yönəlmiş çağırış və səylər nəticəsiz qalır. Türkiyə və Azərbaycan liderilərinin bu təşəbbüsü daha çox günahsız, sivil insanların ölümünə son qoymaq baxımından Ukrayna üçün önəmlidirsə, eyni zamanda Rusiyanın da maraqlarına xidmət edir. Rusiya müharibənin təxmin etdiyi müddətdən 5, 10 dəfə çox çəkməsi nəticəsində daha çox "yıpranmaq" istəmir. Elə bu səbəbdən də Ərdoğan və Əliyev dünyanı bölmək sevdasına düşən, yeni qütblər yaratmaq istəyən, yer kürəsinin təzə coğrafi xəritəsini çizmək istəyən super güclərin bu cəhdlərinə əngəl olmağa çalışırlar.
Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş zamanı da ikitərəfli gündəliyin aktual məsələləri üzrə müzakirələr aparılarkən tərəflərin Ukraynada mövcud olan vəziyyət, Rusiya və Ukrayna arasında aparılan danışıqlar, məsələnin həlli yolları ətrafındakı söhbətləri ən azı Kiyev qədər Moskvanın da rəsmi Bakının vasitəçiliyi ilə müharibənin dayandırılmasında maraqlı olduğunu göstərdi.
II. Azərbaycan və Türkiyə liderinin görüşü zamanı 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarından irəli gələn, lakin hələ də Ermənistan tərəfindən üzərinə götürdüyü bir çox məsələlərin həlli üçün yaranan zəruri şəraitə uyğun şəkildə addımların atılması məsələsinin də əsas mövzulardan biri olduğu şübhəsizdir. Bu gün Rusiyanın bütün diqqətinin Ukrayna ilə müharibədən qalib ayrılmaq məsələsinə yönəldiyi üçün Bakı və Ankara Qarabağda bəzi məsələlərin nizama salınması yolları barədə geniş müzakirə apardığı ehtimalları böyükdür.
Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində günlərdir yaranan istilik probelminin həlli üçün qaz kəmərində təmir işləri aparmaq barədə Azərbaycanla danışıqların heç bir nəticə vermədiyini açıqlayan separatçı rejim nümayəndələri, şaxatlı qış günündə bu azmış kimi ikinci "xəbərdarlığı" alıblar. Belə ki, istilik problemi həllini tapmamış ermənilərin məskunlaşdığı Azərbaycan əraziləri işığa da həsrət qalıb. Elektrik verilişində yaranan problem isə ermənilər üçün Qarabağın dağlıq hissəsində yaşayışı dözülməz həddə çatdırıb. Artıq Azərbaycan sivil yolla separatçı rejim silahlılarını ərazini tərk etməyə, həmin ərazilərdəki dinc erməniləri isə Azərbaycanın şərtləri daxilində yaşayışı qəbul edib, qanunlarımız çərçivəsində orada qalıb həyatlarına davam edə biləcəkləri mesajlarını verirlər.
Nəzərə alsaq ki, bu gün Ukrayna ilə müharibədə yaxın günlərdə ciddi canlı qüvvə çatışmazlığı ilə qarşı-qarşıya qalacağı iddiaları dolaşan Rusiyanın artıq Suriya və digər ölkələrdən könüllü dəstələrin tərəflərindən döyüşməsi məsələsinin gündəmdədir, eyni zamanda Rostovda məhbusların müharibədə iştirak edəcəkləri təqdirdə əfv ediləcəyi məsələlərinin ruslara məxsus sosial media seqmentində sürətlə yayılır, o zaman Moskvanın bütün diqqətini Qarabağdan qopub, Şərqi Avropada başlatdığı savaşı "məntiqi sonluqla" yekunlaşdırmaq məsələsinə yönəldəcəyini aktuallaşdırır. Beləcə sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ərazilərin sahibi kimi Azərbaycanın bu yerlərə nəzarəti ilə bağlı önəmli, tarixi şansın ələ düşdüyünü yaxşı anlayan İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, məsələni kökündən həll etmək yolları barədə müxtəlif versiyaları gözdən keçiriblər. Çünki bu məsələdə Qərbin Bakını sanksiyalarla təhdidi riski də olduğu üçün Türkiyə və Azərbaycan dövlət başçıları sözügedən prosesdən itkisiz çıxmaq üçün bir çox nüansları ciddi götür-qoy etdikləri də şübhəsizdir.
Ukrayna-Rusiya müharibəsi fonunda dünya neft və qaz bazarında qiymətlərin sürətlə artmasına ciddi təsir etdi ki, bu, xüsusilə də Avropanın enerji təminatı məsələsində alternativ ölkələrin əhəmiyyətini artırmış oldu. Belə görünür ki, rəsmi Ankara fürsətdən maksimum yararlanmaq istəyir və hazırda regionda enerji daşıyıcısı olmaq niyyətindədir. O da ehtimal edilir ki, Ərdoğanla Əliyevin götrüşündə məhz bu məsələ prearitet təşkil edə bilər. Çünki Türkiyə bu mövzuda da ən etibarlı tərəf müqavili, tərəfdaşı, işortağı qismində məhz ən yaxın dostu, müttəfiqi Azərbaycana güvənir, onunla əməkdaşlığa çox maraqlıdır.
İsrail Prezidenti İshaq Hersoq ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşün (Martın 9-da) gündəliyində enerji məsələlərinin olduğunu nəzərə alsaq, bu görüşdən bir gün sonra Azərbaycan Prezidentinin Türkiyə səfəri çərçivəsində Ərdoğanla Azərbaycan, Türkiyə və İsrailin regionda ortaq enerji layihələri icra edə, bu yolla da Avropanın enerji təminatında söz sahibi ola bilmələri mövzusu ətrafında da ciddi məsləhətləşmələrin gerçəkləşdiyi ehtimalı birə-on artır. Azərbaycan-İsrail, Azərbaycan-Türkiyə münasibətlərinin artan xətlə inkişafı nəticəsində Bakının vasitəçiliyi ilə bu iki ölkə (İsrail və Türkiyə) arasında buzların əriməsi və yeni mərhələyə qədəm qoyması deyilənlərin mümkünlüyünü əhəmiyyətli dərəcədə artırır.
III. Türkiyə və Azərbaycan liderlərinin görüşü zamanı heç şübhəsiz ki, əsas müzakirə ediləcək məsələlər sırasında Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı mərhələsi, mümkün regional təhdidlərə qarşı ortaq hərəkət prinsiplərinin müəyyən edilməsi ön planda olub. Şuşa Bəyannaməsi ilə münasibətlərini onsuz da strateji müttəfiqlikdən də üstün səviyyəyə çatdıran Azərbaycan və Türkiyə 44 günlük müharibədə dünyanı qarşısna alaraq aparılan haqq savaşında göstərdikləri birlik-bərabərliyi bundan sonra necə davam etdirmək məsələsinə də yenidən baxıblar. Çünki Şuşa Bəyannaməsinin imzalanmasından sonra baş verən son hadisələr Azərbaycan-Türkiyə əməkdaşlığının yeni səviyyəyə çatdırılmasını zəruri edir. Bu anlamda Bakı-Ankara təmaslarında həmin məsələlər ətrafında yeni planların cızılması üçün müzakirələrin aparıldığı ən çox ehtimal edilən mövzulardan biri ola bilər.
Bölməyə aid digər xəbərlər

Tarix: 12-03-2022, 11:07 Oxunub: 94
Bölməyə aid digər xəbərlər
31-01-2022, 09:46
Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU