10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Paşinyan Putini qınadı, Makronun “ətəyindən” tutdu: Əliyevin “dəmir yumruğu”ndan da qaça biləcəkmi…

Rəsmi İrəvanın yenidən ermənilərin beynəlxalq himayədarlarına, o cümlədən də, Fransaya ümid bəsləməsi qətiyyən heç nəyi dəyişmir... Prezident Emmanuel Makron fərqli düşünürsə, onda Ermənistan silahlı birləşmələrini Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxarıb, Fransa ərazisində, lap elə ermənilərin kompakt yaşadığı Marsel bölgəsində yerləşdirə bilər..
Musavat.com bildirir ki, Azərbaycan dövləti son atdığı qətiyyətli addımları ilə bütün dünyaya konkret mesajlar verdi. Bu mesajlardan hər kəs – Ermənistan, erməni separatçı-terrorçular, onların beynəlxalq himayədarları, Cənubi Qafqaz region üzərində öz maraqlarını quran supergüclər və s. mütləq nəticə çıxartmalıdır. Və birmənalı şəkildə anlamalıdırlar ki, bu regionda yalnız Azərbaycanın geopolitik iradəsi keçərlidir.
Təbii ki, həm Rusiya siyasi dairələri, həm də Ermənistan rəhbərliyi Azərbaycan ordusunun “Qısas” antiterror əməliyyatından ciddi şəkildə narahatdır. Çünki rəsmi Bakı heç kimin mövqeyini nəzərə almadan Azərbaycanın maraqları çərçivəsində ən radikal addımlar atmaq qətiyyətini və potensialını birmənalı şəkildə nümayiş etdirdi. Kremldə anladılar ki, rus sülhməramlıların bölgədə mövcudluğu Azərbaycan ordusunu dayandıracaq faktor deyil.
İndi Rusiya 10 noyabr üçtərəfli anlaşmasının icrasında hamıdan çox maraqlı olmalıdır. Hər halda, rus sülhməramlıların Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçularla ortaq fəaliyyətinə rəsmi Bakının bundan sonra tolerant yanaşmayacağı birmənalı olaraq, təsdiqləndi. Və üçtərəfli anlaşmalar icra edilməzsə, Azərbaycan ordusunun hərbi əməliyyatları bərpa oluna, rus sülhməramlıların bölgədə qalması öz əhəmiyyətini itirə bilər.

Təbii ki, Rusiya da bu reallığı artıq nəzərə almaq məcburiyyətindədir. Əslində, prezident Vladimir Putinin tez-tələsik Ermənistan baş naziri Nikol Paşinyana telefonla zəng edərək, üçtərəfli anlaşmaların icrası istiqamətində atılmalı olan addımları müzakirə etməsi də bunun əlaməti sayıla bilər. Yəni, Kreml rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə qalan Ermənistan ordusunun tör-töküntülərini ən qısa zamanda oradan çıxartmalıdır. Əks halda, Azərbaycan ordusunun növbəti antiterror əməliyyatı qaçılmaz xarakter daşıyır.
Rəsmi İrəvan isə Azərbaycan ordusunun son sarsıdıcı zərbəsindən sonra anladı ki, ermənilərin güvəndiyi Rusiya faktoru Xankəndi və ətraf bölgədəki separatçılar üçün etibarlı müdafiə və təhlükəsizlik mexanizmi deyil. Azərbaycan ordusu rus sülhməramlılara əhəmiyyət vermədən, istənilən vaxt hərəkətə kələrək, erməni separatçı-terrorçuları bölgədən “süpürüb”, təmizləyə bilər. Və bu, rəsmi İrəvan üçün çanqınlıq yaradan yeni situasiyadır, Ermənistan buna hələ hazır deyil.
Ona görə də, rəsmi İrəvan hazırda əsasən Rusiyanı qınayır, rus sülhməramlıları öz işinin öhdəsindən gələ bilməməkdə ittiham edir. Baş nazir Nikol Paşinyanın “Rusiya sülhməramlıların Azərbaycanın aqressiv davranışlarına seyirçi qalması təəccüb doğurur” deməsi də rəsmi İrəvanın Kremlə olan ümidlərinin boşa çıxdığını göstərir. Ona görə də, erməni baş nazir rus sülhməramlıların mandatı ilə bağlı ciddi problemlərin olduğunu qabartmaqla, bu məsələnin beynəlxalq səviyyədə həll olunmasının vacibliyini vurğulayır.
Erməni baş nazirin bu açıqlaması Kremldə qıcıq doğurub. Kreml üçün 44 günlük savaşda ordusu darmadağın edilmiş Ermənistanın hər hansı qınağı və ya ittihamı qəbuledilməzdir. Çünki, məhz Rusiya Ermənistanı Azərbaycanın əlindən alaraq, tamamilə süqut etməkdən və regionun geopolitik xəritəsindən silinməkdən xilas etmişdi. Və bu səbəbdən də, rəsmi İrəvan narazılıq edib, yeni beynəlxalq vasitəçilər axtarmalı deyil, əksinə Rusiyaya yalnız minnətdar olmalıdır.

Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni baş nazirin qınaqlarına və ittihamlarına dərhal reaksiya verib. O, bildirib ki, Rusiya siyasi dairələrinə Ermənistan baş naziri Nikol Paşinyanın rus sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyəti ilə bağlı hər hansı konkret təklifləri məlum deyil. S.Lavrovun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı üçtərəfli razılaşma ilə bağlı istənilən tərəfin əlavə təklif vermək hüququ var.
Rusiya xarici işlər naziri bu açıqlama elə rəsmi İrəvana üstüörtülü şəkildə xatırladır ki, son vaxtlara qədər Ermənistan rus sülhməramlıların Xankəndi və ətraf bölgədəki “fəaliyyət”indən həmişə məmnun olub. Çünki rus sülhməramlılar öz “fəaliyyət”lərini birmənalı şəkildə erməni separatçı-terrorçuların himayə edilməsi üzərində qurublar. Və belə anlaşılır ki, indi baş nazir Nikol Paşinyanın ittihamları Kremldə nankorluq kimi dəyərləndirilir.
Nə qədər qəribə də olsa, Ermənistanın üç əsas beynəlxalq himayədarından biri olan Fransanın prezidenti Emmanuel Makron da Cənubi Qafqazda baş verənlərə biganə qalmayıb. Azərbaycan qarşısında təklənməkdə olan Ermənistanla Rusiya arasında narazılığın müşahidə edildiyi bir məqam da dərhal rəsmi İrəvanın yardımına tələsib. Əvvəlcə baş nazir N.Paşinyana zəng edərək, Ermənistanın düşdüyü vəziyyətin detalları ilə maraqlanıb. Sonrasa, rəsmi Bakını sərt və qətiyyətli mövqeyindən daşındırmağın mümkün olmadığını da nəzərə alaraq, erməni baş nazirə üçtərəfli anlaşmalar çərçivəsində davranmağı məsləhət görüb.
Təbii ki, prezident E.Makron erməni baş nazirə üçtərəfli anlaşmaları xatırlatması doğru addımdır. Çünki hazırda Ermənistanı ABŞ, Rusiya və Fransa xilas edə bilməz. Ermənistanın yeganə çıxış yolu, rəsmi Bakının da israrla tələb etdiyi kimi, üçtərəfli anlaşmaların bütün maddələrinin tam şəkildə icra olunmasıdır. Və rəsmi Bakının mövqeyinin bu məsələdə dəyişməz qalacağı artıq qətiyyən şübhə doğurmur.

Prezident İlham Əliyev və Emmanuel Makron arasında telefon danışığının açıqlanan məzmunu da bunu təsdiqləyir. Belə ki, Azərbaycan lideri Laçın dəhlizinə alternativ yeni yolun inşası başa çatmaq üzrə olduğunu vurğulayıb. Üçtərəfli anlaşmaya görə, Rusiya sülhməramlı qüvvələrinin həmin yeni yola dislokasiya olunması nəzərdə tutulur. Yəni, rəsmi İrəvan istəsə də, istəməsə də Laçın dəhlizini unutmalı olacaq.
Digər tərəfdən, Azərbaycan və Fransa prezidentləri arasındakı müzakirələrdən bir daha aydın olur ki, rəsmi Bakı Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsürlərinin suveren ərazilərimizdən çıxarılmasında qətiyyətli mövqe tutur. Bu məsələdə rəsmi İrəvanın ermənilərin beynəlxalq himayədarlarına, o cümlədən də Fransaya ümid bəsləməsi heç nəyi dəyişmir. Çünki, əgər, prezident E.Makron fərqli düşünürsə, onda Ermənistan silahlı birləşmələrini Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxarıb, Fransa ərazisində, lap elə ermənilərin kompakt yaşadığı Marsel bölgəsində yerləşdirə bilər.
Göründüyü kimi, Paşinyan hakimiyyəti üçün rəsmi Bakının diqtə etdiyi haqlı tələbləri icra etməkdən başqa çıxış yolu yoxdur. Ancaq rəsmi İrəvanın ləng tərpənməsi Azərbaycanın səbrini tamamilə tükəndirə bilər. Ona görə də, erməni baş nazir Azərbaycan ordusunun növbəti dəfə hərəkətə gətirilməsini istəmirsə, Ermənistan silahlı birləşmələrini, eləcə də qanunsuz erməni terrorçu dəstələrini dərhal Xankəndi və ətraf bölgədən çıxartmalıdır.
Bölməyə aid digər xəbərlər

Tarix: 6-08-2022, 09:30 Oxunub: 72
Bölməyə aid digər xəbərlər
4-05-2022, 09:00
ABŞ Paşinyanı Rusiyanın əlindən alır: Ağ Ev sülhü dəstəkləyib, Kremlin planlarını pozur
2-04-2022, 10:30
Paşinyanın qorxduğu proses başladılır: Xankəndidən erməni silahlılar çıxarılacaq, Laçın dəhlizinə nəzarət olunacaq
15-03-2022, 08:35
Rusiyasız sülh modeli ön plana keçirilir: Paşinyanın Kremlə müqavimət cəsarəti varmı?
31-01-2022, 09:12
NATO-dan erməni separatizminə sarsıdıcı zərbə: Rus sülhməramlılar Xankəndidən çıxmalı olacaq
18-11-2021, 10:00
Paşinyan rəsmi Bakıya niyə sülh sazişi təklif etdi: Onun atəşkəsə qarşılıq önəmli sənədə imza atdığı iddia edilir
16-11-2021, 09:00
İlham Əliyev tələb etdi, Paşinyan qovdu: Rəsmi Bakı erməni müdafiə nazirini dəyişdirdi
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU