Qərbi Azərbaycana qayıdış haqq davamızın yeni səhifəsidir

Qərbi Azərbaycana qayıdış haqq davamızın yeni səhifəsidir


Tarixə nəzər salsaq görərik ki, 1747-1827 ci il tarixlərində İrəvan xanlığı Azərbaycanın mərkəzi şəhərlərindən biri idi. 1 oktyabr 1827-ci il tarixində isə Rusiya-İran müharibəsinin (1826-1828-ci illər) gedişində İrəvan şəhərinin Rusiya imperiyası tərəfindən işğalı, İrəvan xanlığının ləğvi, əyalətin yaradılması 1917-ci ilə qədər İrəvanın Rusiya imperiyasının tərkibində qalması ilə nəticələndi. Azərbaycanın əzəli torpağı olan İrəvan xanlığı 1827-ci ildə Rusiya tərəfindən işğal edildikdən sonra çarizm mərhələ-mərhələ xanlığın aborigen əhalisi olan azərbaycanlıların diskriminasiyası və xaricdən ermənilərin köçürülməsi hesabına bölgənin etnik tərkibini süni şəkildə dəyişdirməklə bu bölgənin erməniləşdirilməsini həyata keçirdi. İrəvan bölgəsində ermənilər Rusiya¬nın birbaşa köməyi ilə özlərinin ərazi bazalarını yaratdılar. 1827-ci idən 1917-ci ilədək 90 il müddətində Rusiya imperiyası da özünün antiazərbaycan və antiturkiyə siyasətinin həyala keçirilməsində ermənilərdən bir alət kimi istifadə etmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin məcburiyyət üzündən İrəvanı Ermənistana siyasi mərkəz kimi güzəştə getməsi isə gələcək faciələrin əsasını qoymuş oldu. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar.
Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq qovulub. Azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib.
1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verdi, nəticədə 250 min azərbaycanlı qaçqın düşdü. Azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası başa çatdıqdan sonra erməni millətçiləri Dağlıq Qarabağda azərbaycanlıların etnik təmizlənməsinin, soyqırımının növbəti mərhələsinə başladı və Azərbaycan Respublikasının 20 faiz torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.
Ulu Öndər Heydər Əliyev 23 fevral 1994-cü ildə Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında qeyd edirdi ki, “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik.”
200 il ərzində ermənilərin əsas işi tarixi torpaqlarımızda olan toponimləri təhrif etmək, şəhərləri və kəndləri dağıtmaq, maddi-mədəni sərvətlərimizi məhv etməkdən ibarət olmuşdur. Bu mənfur, faşist ideologiyasına mübtəla olmuş daşnakların ayağı hara dəyibsə orada qan-qada, dağıdılmış infrastruktur və yandırılmış torpaqdan başqa heç nə qalmayıb.
Və nəhayət... 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə gəbul edilmiş bütün beynəlxalq sənədlərin icrasını təmin etmiş oldu. Bu yolda şəhidlərimiz və başqa itkilərimiz də oldu. Lakin Azərbaycan haqq işindən dönmədi və bütün dünyaya, eləcə də Ermənistan və ona havadarlıq edən dövlətlərə sübut etdi ki, Azərbaycan xalqı sülhsevər xalq olmaqla yanaşı onun ləyaqətinə və torpağına təcavüz edənləri bağışlamıyacaqdır. Bütün xalq Prezident cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi, Vətən Müharibəsinə qalxdı və Zəfərə aparan yolun təməlini qoydu. Dəmir yumruq sayəsində başı əzilmiş erməni faşizmi yenidən dirçəlmək, yenidən işğal siyasətinə baş vurmaq istəyir. Ona görə də zaman-zaman baş qaldırır, lakin hər dəfə də yeni zərbəyə tuş gəlir. Cənab Prezidentin 24 dekabrda Qərbi Azərbaycana Qayıdış İctimai Birliyində ziyalılarla görüşdə dediyi kimi “Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz.”
Həmin görüşdə cənab Prezident İlham Əliyev yeni bir hərəkatın, tarixi torpaqlarımıza qayıdışın reallaşacağını qeyd edərək öz tarixi torpaqlarından didərgin düşmüş soydaşlarımıza, bütün Azərbaycan xalqına daha bir xoş ismarış verdi: "...Hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur", - deyə qərbi azərbaycanlı ziyalılarla görüşü zamanı Prezident İlham Əliyev bir daha vurğuladı: "Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq, bəlkə də, tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış konsepsiyası hazırlanmalıdır".
Yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana qayıdışı, eyni zamanda, milli qürur və ləyaqətimizin müdafiəsi deməkdir. Prezident İlham Əliyev xalqımızın Qərbi Azərbaycana qayıtmaq niyyətində qətiyyətli olduğunu, bunun üçün dövlətimizin insanlara hər cür dəstək göstərəcəyini vurğuladı. Ölkə başçısı, eyni zamanda, bildirdi ki, Azərbaycan bu prosesi sülh yolu ilə həyata keçirəcək. Bu məqsədə çatmaq üçün beynəlxalq hüququn imkanlarından da maksimum faydalanacağı qeyd edildi. Prezidentimizin qətiyyəti, xalqımızın və dövlətimizin əzmi onu göstərir ki, Azərbaycan gec-tez bu istəyinə də nail olacaq, insanlarımızın Qərbi Azərbaycana qayıdışı reallaşacaq. Bu qayıdış haqq davamızın yeni səhifəsidir və bu səhifə xalqımızın, onun müdrik rəhbərinin əzmi və qətiyyəti ilə yazılacaqdır.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

Tarix: 28-12-2022, 13:02 Oxunub: 72


Bölməyə aid digər xəbərlər