14:00 / 28-07-2026
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
Mehman Soltanov: Gənclərimiz Vətən müharibəsinin ağır sınağından əsl qəhrəman kimi çıxdılar

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov - Hər hansı bir ailə, hər hansı bir valideyn öz gələcəyini övladlarına bağladığı kimi, hər bir xalq da özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ailənin əsas arzusu, əsas amalı olduğu kimi ölkənin, dövlətin də ən başlıca məqsədidir. Çünki gələcək, müqəddərat indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin göstəricisidir, əmsalıdır. Bu gün iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, dilimizi, adət-ənənələrimizi qoruyub yaşadır. O öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.
Amma təlim-tərbiyə ailə dəyərlərinə daxil olmaqla bərabər, eyni zamanda dövlət siyasətinin də düzgün formalaşdırılmasını zəruri edir. Çünki, bu keyfiyyətlərə malik olan gəncliyin yetişdirilməsi, eyni zamanda ictimai fikrin də düzgün istiqamətləndirilməsindən asılıdır. Daha da irəli getsək - hətta ailənin özünün də mənimsədiyi tərbiyə üsulları bilavasitə cəmiyyətin daşıyıcısı olduğu dəyərləri inikas etdirir. İctimai fikrə təsir edən vasitələr əsasən dövlətin imkanları ilə mütənasib olduğu üçün, “dövlət” bu dəyərləri qoruyan, zənginləşdirən və irəli aparan arbitr rolunda iştirak edir. Nəzərə alsaq ki, “dövlət” termini də abstrakt, mücərrəd bir məfhum deyil, dövləti idarə edən insanların iradəsinin inikasıdır, o zaman dövlət siyasətində şəxsiyyətlərin rolunu da inkar etmək olmaz.
Hər bir xalqın tarixində bu missiyanın – yəni dövlət siyasətinin, ictimai tərbiyənin həyata keçirilməsini təmin edən şəxsiyyətlər olub və var. Azərbaycan xalqı bütövlükdə bu günü və sabahı üçün Milli Liderimiz Heydər Əliyevə minnətdar olduğu kimi, dövlətimizin gənclər siyasətinin də təşəkkülündə - sağlam, vətənpərvər, intellektual gəncliyin formalaşmasında bu böyük şəxsiyyətə borcludur. Heydər Əliyevin müstəqillik illərində həyata keçirdiyi gənclər siyasəti, ta sovet dövründə formalaşdırdığı və gələcəyin müstəqil dövlətinin qurucuları kimi gördüyü vətənpərvər gəncliyin məqsədyönlü tərbiyəsinin davamı olmuşdur. Milli lider, müasir düşüncəli, savadlı, dünyagörüşlü gənclik yaratmağa çalışırdı və bütün bunlara nail olmaq üçün onları müxtəlif ölkələrə təhsil almağa göndərirdi. Ötən əsrin 70-80-ci illərində minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə təhsil almağa göndərilməsi hər şeydən əvvəl, Azərbaycan gənclərinin qapalılıqdan çıxarılması, ixtisaslı mütəxəssislər kimi yetişdirilməsi və nəhayətdə də öz vətənlərinin iqtisadi inkişafında söz sahibi olması kimi uzağa hesablanmış addımlardan biri olub. 1994- cü ildə məxsusi olaraq Gənclər və İdman Nazirliyi adlı bir qurumun yaradılması da bir tərəfdən müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi daşıyırdısa, digər tərəfdən də dövlətin gənclər siyasətinin daha effektiv həyata keçirilməsinə hesablanmış addım idi.
1996-ci il fevralın 2-sində keçirilən Gənclər Forumu da bu məqsədə xidmət edən bir təşəbbüs idi və həmin ildən etibarən keçirilmiş forumların hamısı gənc nəslin hərtərəfli inkişafına - eyni zamanda, gənclərin qarşısında duran vəzifələrin müəyyənləşməsinə yönəlmiş addımlar idi. İlk forumdan etibarən Milli Liderimiz tərəfindən gənclərimizin qarşısına qoyulan əsas vəzifə - “Hər bir Azərbaycan gəncinin hər şeydən çox müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməli olduğu” vəzifəsidir. Ona görə də, həm Vətən Müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq, rəşadət və vətənsevərlik nümunəsi, həm idman müsabiqələrində əldə edilmiş uğurlar, gənclərimizin ictimai, iqtisadi, siyasi və mədəni həyatda əldə etdiyi nailiyyətlər Ulu Öndərin iradəsinin və onun siyasi varisi – Prezident İlham Əliyevin fəaliyyətinin bəhrəsi sayıla bilər.
Artıq 26 ildir ki, Azərbaycan Gənclərinin ilk forumunun keçirildiyi gün – “Gənclər Günü” olaraq bayram kimi qeyd edilir. Bu gün həmin gənclik, növbəti bir missiyanı – milli sərvətlərimizin talanmasının, təbiətimizin ekoloji tarazlığının pozulmasının qarşısının alınması üçün sinəsini irəli verib. İki aya yaxındır ki, soyuq, çətinlik, qar-çovğun, məhrumiyyət bilmədən əzmlə, dəyanətlə və səbrlə ədalətin təcəllisi uğrunda mübarizə aparır. Əminik, əminik ki, belə gələcəyi, belə gəncliyi olan bir millət qarşısına qoyduğu bütün çətin vəzifələrin öhdəsindən gələcək və sevinirik ki, müstəqil dövlətimizin taleyi əmin əllərə təslim ediləcək.
Bölməyə aid digər xəbərlər

Tarix: 6-02-2023, 10:05 Oxunub: 39
Bölməyə aid digər xəbərlər
26-01-2023, 15:25
Aqiyə Naxçıvanlı: “Gəncliyin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin daima diqqət mərkəzində idi”
11-12-2022, 19:06
Eltun Süleymanov: "Heydər Əliyevin adı və əməlləri Azərbaycan gəncliyi üçün ideya mənbəyi, mübarizə strategiyasıdır"
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
7-09-2022, 16:00
“Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - Van Dammın oğlu - FOTO
25-04-2022, 09:29
Mehman Soltanov: Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi tarixi bir hadisədir
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
3-02-2022, 09:00
Kamaləddin Qafarov: “Prezident İlham Əliyev ölkə gənclərini həmişə sabahın qurucuları kimi dəyərləndirib”
28-01-2022, 13:23
Kamaləddin Qafarov: “Azərbaycan gəncliyi öz adını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdı”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi