17:17 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
16:00 / 25-11-2024
"Qarabağ" ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb
15:30 / 25-11-2024
Banka borcu olanları SEVİNDİRƏCƏK XƏBƏR
14:22 / 25-11-2024
Bakıda və bölgələrdə leysan olacaq - XƏBƏRDARLIQ
13:58 / 25-11-2024
Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
12:42 / 25-11-2024
Nazirdən iş yerləri ilə bağlı xoş xəbər
12:02 / 25-11-2024
İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
11:37 / 25-11-2024
Əli Əsədov qərar imzaladı
11:33 / 25-11-2024
XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
11:14 / 25-11-2024
Baş nazir Milli Məclisdə çıxış edəcək
09:57 / 25-11-2024
Balıqların qiyməti bahalaşdı - Ən çox bu balıqlar alınır
09:54 / 25-11-2024
Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
09:02 / 25-11-2024
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
09:00 / 25-11-2024
Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
08:58 / 25-11-2024
Rusiya planına Ankara əngəli: "Türklər ərazilərimizi işğaldan qurtardılar"
08:53 / 25-11-2024
Ukraynalı komandirdən Rusiyaya sərt sözlər - "Yer üzündən silinməlidir..."
08:49 / 25-11-2024
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
08:44 / 25-11-2024
Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
08:40 / 25-11-2024
İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
08:36 / 25-11-2024
Bu gün Kəlbəcər Şəhəri Günüdür
16:00 / 23-11-2024
Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
15:30 / 23-11-2024
Bazar gününün havası açıqlandı
13:16 / 23-11-2024
Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
12:19 / 23-11-2024
Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
11:55 / 23-11-2024
70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
11:50 / 23-11-2024
Daha bir ölkə Netanyahunu həbs edəcək
Qara Abdullayev: Şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı dövlətin prioritetidir
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı dövlətin prioritetidir. Hər zaman şəhid ailələrinə, qazilərimizə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev onların hərtərəfli təminatı üçün bir sıra fərman və sərəncamlar imzalayıb.
Bir çox şəxlər də var ki, bu işi özünə Vətən borcu kimi bilir və Şəhid ailələrinə, qazilərə, həmçinin müharibə veteranlarına əlindən gələn köməklikləri edirlər. Onlardan biri də Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayevdir.
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qara Abdullayevin diqqətindədir.
“Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir.
Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayev - Ermənilərin havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirməsi faktdır. 1988-ci ildən keçmiş Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni şovinistlərinin “böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm ideyasını reallaşdırmaq cəhdi azərbaycanlılar yaşayan kənd, qəsəbə və rayonların viran qoyulması, çoxlu sayda günahsız insanların ölümü, ömürlük şikəst edilməsi, bir milyondan artıq soydaşımızın öz tarixi və əzəli torpaqlarından didərgin salınması ilə nəticələndi. XX əsrin ən dəhşətli faciələrindən hesab edilən Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin vandal aktlarındandır. XX əsrin sonunda ermənilərin törətdikləri bu faciə bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan ərazisində sükut dəqiqəsi elan edilib. Bu mühüm addım faciənin beynəlxalq ictimaiyyətə çatdırılmasında öz əhəmiyyətli rolunu oynayır.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.
Xocalı soyqırımından 31 il keçməsinə baxmayaraq, Azərbaycan xalqının Xocalı yarası sağalmayıb və heç vaxt sağalmayacaq. Erməni faşistləri və onların havadarları aylarla mühasirədə saxladıqları Xocalı şəhərini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yerlə-yeksan etdilər. Şəhərin dinc əhalisinə amansızlıqla divan tutuldu. 613 nəfər öldürüldü, 1275 nəfər əsir və girov götürüldü. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar idi. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edildi.
Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq.
Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
Bütün dövrlərdə səsləndirilən çağırışlarımız sırasında tariximizin öyrənilməsi, faciələrimizin unudulmaması əsas yer tutur. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, bu faciə bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Azərbaycan informasiya cəbhəsində mübarizəsini bu gün də uğurla davam etdirir. Erməni vəhşilikləri ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırılır. Bu günlərdə keçirilən 59-cu Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi tarix dərsi də deyilənlərin təsdiqidir. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır.
Bölməyə aid digər xəbərlər

Tarix: 28-02-2023, 11:42 Oxunub: 27
Bölməyə aid digər xəbərlər
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
27-09-2022, 09:08
Səttar Möhbalıyev: “Xalqımız şəhid olmuş oğul və qızlarının əziz xatirəsini daim uca tutub”
5-09-2022, 09:40
Rüstəm Nağıyev: “Goranboy rayonunda indiyə qədər heç zaman sahibkarlığın inkişafı üçün bu gün olduğu qədər əlverişli şərait mövcud olmayıb”
2-09-2022, 11:20
Eltun Süleymanov: “Nəsimi RİH-nin fəaliyyətində əsas diqqət mərkəzində olan məsələ şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır” - FOTOLAR
3-08-2022, 14:33
“Prezident İlham Əliyevin qayğıkeşlik nümunəsi”
25-07-2022, 13:21
Prezident bu gün təyin olunan yeni icra başçılarını qəbul edib
5-09-2021, 12:04
Əli Hüseynov: Yüksək standartlara cavab verən müasir xəstəxanada peşəkar həkimlər və tibb işçiləri usanmadan xalqa xidmət edirlər
31-08-2021, 11:44
Phd Dilqəm Məhərrəmov: Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da böyük təkan verir
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 21:04
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı ildən-ilə gücləndirilir