10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Səttar Möhbalıyev: “Xalqımız şəhid olmuş oğul və qızlarının əziz xatirəsini daim uca tutub”

“Azad və müstəqil yaşamaq, ərazi bötövlüyünü təcavüzkarlardan qorumaq, işğalçılarla sona qədər mübarizə aparmaq kimi xarakteri ilə Azərbaycan xalqı dünya tarixində dərin iz buraxıb. Bu yolda şəhid olmuş oğul və qızlarını heç vaxt unutmamış, əziz xatirələrini uca tutmuş, adlarını daim yaşadaraq gələcək nəsillərə əzmkarlıq, mübarizlik, mətnlik məktəbi ötürmüşdür. Ənənəsinə sadiq qalan müdrik xalqımız 2020-ci ildə daha bir qəhrəmanlıqlarla dolu dastan yazdı. Vətən müharibəsi tariximizin ən şərəfli səhifəsidir. Cəmi 44 günə 30 illik işğala son qoyuldu, torpaqlarımız təcavüzkarlardan təmizləndi, ölkəmizin bütün ərazisində dövlətimizin suveren hüquqları bərpa edildi. Bü gün üçrəngli bayrağımız Şərqi Zəngəzurda və Qarabağda əzəmətlə dalğalanır və hər birimiz bu mənzərəni fəxarətlə seyr edirik”.
Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Dövlətimizin başçısı cənab İlham Əliyevin mahir diplomatik bacarığı, ali rəhbər keyfiyyətləri, güclü sərkərdəlik məharəti, xalqımızın mətnliyi və sarsılmaz birliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində Zəfər çaldıq, düşmənə sarsıdıcı zərbə vuruldu, işğalçı ordu məhv edildi. Müharibə başlayan ilk gündən Vətən övladları dəstə-dəstə hərbi kamissarlıqlara üz tutaraq könüllü şəkildə cəbhəyə getmək üçün müraciətlər edirdilər. Xalqımızın hər bir üzvü nəyin bahasına olursa-olsun yalnız qələbəyə köklənmişdi. Əsgər və zabitlərimiz döyüşə böyük ruh yüksəkliyi ilə gedirdilər. Onların döyüş meydanında göstərdiyi şücaət bütün dünyada gündəm oldu, Ordumuzun döyüş bacarığı, hərbi taktikası təhlil edilir və heyrətlə qarşlanırdı. Yenilməz Ordumuz döyüş meydanında taktiki baxımdan olsa belə, bir dəfə də geri addım atmadı, qarşısıalnmaz şəkildə yalnız irəli hərəkət edirdi. Xəsarət almış əsgərlərimiz döyüş meydanını tərk etmək istəmirdi, yaralı halda belə döyüşü davam etdirirdilər. Bunu məhv edilmiş Ermənistan ordusunun canını qaçmaqla qurtarmış fərari əsgərləri də dəfələrlə etiraf ediblər. Biz müharibədə iştirak etmiş, Vətən uğrunda şəhid və qazi olmuş oğul və qızlarımıza hər zaman borcluyuq. Onlar bizim torpaq həsrətindən əyilmiş qamətimizi dikəltdilər, müzəffər etdiər, tariximizdə yeni bir qəhrəmanlıq səhifəsinin banisi oldular. Şəhidlərimizin xidmətləri dövlətimizin tarixində əvəsizdir. Bizim müqəddəs borcumuzdur ki, daim onları yad edək, ehtiram göstərək, xatirələrini əziz tutaq”, - AHİK sədri bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, biz həm də şəhidlərimizin, qazilərimizin, veteranlarımızın valideynlərini, ailə üzvlərini unuda bilmərik: “Onlar böyük şövqlə övladlarını döyüşə yola salırdılar. Şəhid anaları, ataları, onların həyat yoldaşları, övladları başını dik tutaraq əsl vətənpərvərlik ruhu nümayiş etdirdilər. Şəhidlərin dəfnində valideynləri “Təki Vətən sağ olsun” deyərək üçrəngli, ay ulduzlu bayrağımızı öpüb bağırlarına basırdılar. Bax budur Vətən sevgisi. Bu, onu göstərir ki, Azərbaycan xalqı üçün ən ali dəyər Vətəndir. Xalqımızın müdrikliyi, yenilməzliyi də məhz bundadır”.
S.Möhbalıyev qeyd edib ki, dövlətimiz hər zaman veteranların, qazilərin, şəhid ailələrinin yanında olub, onlara hər cür dəstəyi göstərir: “Bu istiqamətdə ölkəmizdə həmrəylik yaşanır. Əminliklə deyə bilərik ki, dünyada Azərbaycan qədər şəhid ailələrinə, müharibə iştirakçılarına ən ali qiyməti verən, onlara diqqət və qayğı göstərən dövlət yoxdur. Ölkəmizdə elə bir tədbir yoxdur ki, orada şəhidlərimiz yad edilməsin, xidmətlərindən bəhs olunmasın. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib, həmçinin müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilib və bu missiya davam etdirilir”.
Konfederasiya sədri bildirib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdiyi dəstək xüsusi olaraq vurğulanmalıdır: “Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən bütün bayramlarda, digər əlamətdar günlərdə onlara baş çəkilir, qayğıları ilə maraqlanılır, sovqatlar paylanılır. Həmçinin qazilərimizin müalicələri təşkil edilir, onlara maddi dəstək göstərlir”.
“Yeri gəlmişkən əlavə edim ki, AHİK və onun üzv təşkilatları hər zaman dövlətimizin və Ordumuzun yanında olub, Ali Baş Komandanın bütün addımlarını dəstəkləyərək şanlı Ordumuza maddi və mənəvi yardım göstəriblər. Şəhid ailələri və qazilər, həmçinin veteranlar daim diqqətimizdədir. Mütəmadi olaraq həmkarlar ittifaqları tərəfindən onlar ziyarət olunur, qayğıları ilə maraqlanılır, lazimi köməklik göstərilir. Nəzərinizə çatdırım ki, AHİK və üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə ümumilikdə 10 milyon 50 min 484 manat vəsait xərclənib. Bu nəcib ənənəni biz bundan sonra da davam etdirəcəyik. Bir sözlə, AHİK Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə durmadan əməl edərək üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək”, - AHİK sədri əlavə edib.
Bölməyə aid digər xəbərlər

Tarix: 27-09-2022, 09:08 Oxunub: 78
Bölməyə aid digər xəbərlər
22-09-2022, 14:20
AHİK sədri Səttar Möhbalıyev KAMU-SEN Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb - FOTOLAR
14-09-2022, 12:30
Azərbaycan həmkarlar ittifaqları Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları ilə bağlı beynəlxalq həmkarlar ittifaqı təşkilatlarına müraciət edib
5-09-2022, 14:17
AHİK Şuşada “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib – YENİLƏNİB
30-08-2022, 09:53
Aqiyə Naxçıvanlı: Ulu Öndərin Naxçıvanda qaldırdığı üçrəngli bayrağımız bu gün artıq Qarabağda dalğalanır
29-07-2022, 10:36
AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib - FOTOLAR
24-05-2022, 18:32
AHİK sədri Səttar Möhbalıyev türkiyəli həmkarı ilə görüşüb - FOTOLAR
19-05-2022, 14:48
AHİK-in təşkilatçılığı ilə məcburi əməklə bağlı beynəlxalq seminar keçirilib - FOTOLAR
6-05-2022, 19:00
AHİK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib - FOTOLAR
27-04-2022, 15:03
Səttar Möhbalıyev: “Hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir”
18-04-2022, 14:22
Azərbaycan və Qazaxıstanın təhsil üzrə həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında sənəd imzalanıb - FOTOLAR
30-03-2022, 16:33
AHİK-də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR
20-03-2022, 14:26
Səttar Möhbalıyev: “Şərqi Zəngəzurda və Qarabağda idman infrastrukturunun yaradılması ölkə idmanının inkişafına yeni güc qatacaq”
31-01-2022, 10:50
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO