08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
10:26 / 27-07-2026
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
10:21 / 27-07-2026
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
10:01 / 27-07-2026
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
09:13 / 27-07-2026
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
09:00 / 27-07-2026
Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
12:11 / 25-07-2026
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
11:39 / 25-07-2026
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
10:17 / 25-07-2026
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
10:00 / 25-07-2026
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
09:02 / 25-07-2026
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Səttar Möhbalıyev: “Hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir”

Aprelin 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılmasımərasimi keçirilib.
Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş 2022-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü - “Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi altında baş tutan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK)vitse-prezidenti Vüqar Zeynalov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov, ƏƏSMN-in Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, “Mətanət A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov, AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən S.Möhbalıyev ötən il ölkəmizin artan iqtisadi göstəriciləri, əldə olunmuş nailiyyətlər, Şərqi Zəngəzurda və Qarabağda aparılan sürətli abadlıq-quruculuq işlərindən, həmin ərazilərin iqtisadi potensialından və biznes imkanlarından söz açıb.
AHİK-lə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında əmək, əmək münasibətləri, əmək hüququ, əməyin təhlükəsizliyi və mühafizəsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığın daim genişlənməsi ilə müşahidə olunan fəal əlaqələrin yaradıldığını qeyd edən S.Möhbalıyev respublikamızda BƏT-in 58 Konvensiyasının ratifikasiyasının olunduğunu, konvensiyaların tələblərinin respublikamızın Əmək, Mülki, Cinayət Prosessual, İnzibati Xətalar Məcəllələrində öz əksini tapdığını deyib: “BƏT-nin məlumatına görə, hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir. Bunun nəticəsində 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur, 2,34 milyon nəfər həlak olur. Hər gün istehsalatda baş verən bədbəxt hadisələr və xəstələnmələr nəticəsində 6400 adam həlak olur. Müxtəlif xəstəliklərdən ölənlərin sayı 2017-ci ildə 1,7-2,0 milyon nəfər olub. MDB üzrə statistik məlumatlara əsasən, hər il region ölkələrində istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 2 min insan həlak olur. Dünya iqtisadiyyatı 2,8 trilyon ABŞ dolları dəyərində və ya dünyada istehsal olunan Ümum Daxili Məhsulun 4%-i həcmində itkiyə məruz qalır”.
“Beynəlxalq Əmək Təşkilatı 2022-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Gününü – “Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi ilə qeyd etməyi tövsiyə edib. 2022-ci ilin əsas mövzusu sosial dialoqun əhəmiyyəti və iş yerində müsbət təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına bütün maraqlı tərəflərin cəlb edilməsidir. Həmkarlar ittifaqının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə müəssisələrdə nəzarət-profilaktika işi aparıb, iş yerlərində əmək şəraitinin yaxşılaşdırması istiqamətində ciddi fəaliyyət göstəriblər. 2021-ci il ərzində onlar 175 müəssisə və təşkilatda ictimai müayinə işi aparıb, 692 pozuntu aşkar edib, onların 90 %-nin aradan qaldırılmasına nail olublar. Nəticədə 169 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 507 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Həmkarlar ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisələrdə 2021-ci il ərzində xəsarət alanların sayı 27,2 % artaraq 99 əvəzinə 126 nəfər, bədbəxt hadisədən ölənlərin sayı 26 % azalaraq 23 əvəzinə 17 nəfər olub. Həmkarlar ittifaqının fəaliyyət göstərdiyi müəssisələrdə xəsarət alanların sayının artması əsasən işəgötürənlərin və iş icraçılarının işçiləri təlimatlandırmaması, biliklərinin yoxlanmaması, praktiki fəaliyyətlərində öz vəzifə funksiyalarını yerinə yetirməmələri və beləliklə də, bədbəxt hadisələrə yol açmaları bilavasitə norma və qaydalara əməl etməmələri ilə birbaşa əlaqəlidir”, - AHİK sədri bildirib.
Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə yeni 12 əməyin mühafizəsi kabineti və 346 güşə yaradılmasını, bununla da kabinetlərin sayının 81-ə, guşələrin sayının isə 738-ə çatdığını deyən S.Möhbalıyev AHİK-in təşəbbüsü ilə 2009-cu ildən başlayaraq hər il “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə keçirildiyini bildirib: “Ötən dövr ərzində bu tədbirə 16 498 müəssisə və təşkilat qatılıb, onlardan 481-i bu yüksək ada layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb: “2021-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmək üçün 1960-dan artıq müəssisə, təşkilat, sex və sahədən 167 müəssisənin sənədi daxil olub. Müsabiqə Komissiyasının iclasında daxil olmuş sənədlərin hamısı müzakirə edilib yekdil qərarla 48 müəssisə, təşkilat, sex və sahənin yüksək göstəriciləri müəyyən edilib, İcraiyyə Komitəsinin müzakirəsinə təqdim edilib və onlarda müsabiqənin qalibi elan olunub. Müsabiqənin keçirildiyi dövrdə ilk həmkarlar ittifaqı komitələrinin 143, əməyin mühafizəsi komissiyalarının 115 iclasında əməyin mühafizəsi və təhlükəsizliyi müzakirə mövzusu olub. Bu dövrdə işəgötürənlərlə işçilər arasında yaranmış 26 mübahisəli məsələ həll edilib və həmin məsələlərin yuxarı həmkarlar ittifaqı qurumlarında və ya məhkəmələrdə araşdırılmasına ehtiyac qalmayıb”.
Çıxışının sonunda S.Möhbalıyev müsabiqənin qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə tədbir iştirakçıları adından və öz adından təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar diləyib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında əmək münasibətlərindən, əməyin mühafizəsindən, leqallaşdırılmasından, sağlam və təhlükəsiz əmək şəraitindən, işəgötürənlərin və işçilərin hüquqlarından, qanunvericilik bazasından və bu sahədə qarşıda duran vəzifələrdən danışıb.
Daha sonra çıxış edənlər - Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK)vitse-prezidenti Vüqar Zeynalov, “Mətanət A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov əməyin mühafizəsi sahəsində ölkəmizdə görülən işlərdən, bu istiqamətdə sahibkarların üzərinə düşən vəzifələrdən, qurumların bu sahəyə nəzarət mexanizmlərindən bəhs ediblər.
Tədbirin sonunda müsabiqənin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasını və 22 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.

Bölməyə aid digər xəbərlər

Tarix: 27-04-2022, 15:03 Oxunub: 144
Bölməyə aid digər xəbərlər
25-04-2022, 19:30
AHİK sədri Səttar Möhbalıyev Sahibkarlar Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
18-04-2022, 14:22
Azərbaycan və Qazaxıstanın təhsil üzrə həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında sənəd imzalanıb - FOTOLAR
6-04-2022, 09:03
2022-ci ildə 578 nəfər həmkarlar ittifaqı üzvükurslara cəlb olunacaq
30-03-2022, 16:33
AHİK-də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR
28-03-2022, 13:57
Ötən il qeyri-dövlət sektorunda 7 sahə üzrə 56 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb
31-01-2022, 10:50
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”
14-01-2022, 00:30
Türkiyənin həmkarlar təşkilatı şəhid ailələrinə maddi dəstək üçün AHİK-in hesabına vəsait köçürüb
29-12-2021, 10:30
Səttar Möhbalıyev: “Dünya azərbaycanlılarının fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
18-09-2020, 16:11
"İlin əvvəlindən banklara 1 milyard manat likvidlik dəstəyi verilib"
4-08-2020, 20:35
Büdcəyə dəyişiklik layihəsi plenar iclasa tövsiyə olundu
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 21:13
Dövlət-biznes əməkdaşlığı çərçivəsində daha bir aksiyaya başlandı - FOTO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO