16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Eltun Süleymanov: “Azərbaycan-Gürcüstan əlaqələri regionda sabitliyin qarantıdır”

“Azərbaycan-Gürcüstan münasibətləri hər iki ölkə üçün daima strateji əhəmiyyət daşıyıb. Bu münasibətləri hər iki xalqın milli maraqları şərtləndirir. Sürətlə dəyişən qlobal geosiyasət şəraitində Prezident İlham Əliyevin öz yaxın qonşuları ilə münasibətdə atdığı qətiyyətli və uzaqgörən addımlar regionu müəyyən yeni səviyyəyə çıxarıb. Gürcüstanla Azərbaycan arasında möhkəm dostluq əlaqələri qədim tarixə malikdir. İki ölkə arasında münasibətlər dostluq, qardaşlıq və qarşılıqlı hörmət təməli üzərində qurulub.
Azərbaycanın həyata keçirdiyi bütün enerji və nəqliyyat kommunikasiya layihələri Gürcüstan üzərindən realizə olunaraq Qərbə istiqamətlənir. Azərbaycan şirkətləri qonşu ölkəyə ciddi sərmayə yatıran şirkətlər sırasında olmaqla həm də bu ölkədə ən böyük vergi ödəyiciləridir. Eyni zamanda Gürcüstan Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından biridir. Bundan başqa, Gürcüstana yatırılan birbaşa investisiyaların həcmini nəzərə alsaq, Azərbaycanın Gürcüstanın ən əhəmiyyətli investisiya tərəfdaşlarından olduğunu da görərik.
İndiyədək Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 mln. dollar, Azərbaycan isə Gürcüstana 3.2 mlrd. ABŞ dollarından çox investisiya yatırıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən etibarən 1-ci yerdədir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “Ölkələrimiz arasında mədəni əlaqələr də geniş inkişaf edib. Gürcüstanda ARDNŞ və Heydər Əliyev Fondu xeyriyyəçilik və sosial-mədəni layihələri həyara keçirir. 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi nəticəsində Tbilisi şəhərində M.F.Axundzadənin adını daşıyan 73 saylı, Marneuli şəhərindəki 7 saylı, Qardabani şəhərindəki 3 saylı, Dmanisi rayon mərkəzindəki 2 saylı məktəblər əsaslı şəkildə təmir olunub istifadəyə verilmiş, eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Qardabani rayonunun Qaracalar kəndində, Bolnisi rayonunun Hasanxocalı və Cəfərli kəndlərində, Dmanisi rayonunun Kirovis kəndində müasir tipli yeni məktəb binaları tikilmişdir. ARDNŞ-in Gürcüstan nümayəndəliyi tərəfindən Marneuli rayonunun Alget və Lecbəddin kənd orta məktəbləri, Qardabani rayonunda uşaq bağçası və Nəzərli kənd orta məktəbi təmir edilmiş, Marneulidə “Çay evi” inşa edilmiş, Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi və görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun ev muzeyi təmir edilmişdir.
Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata birgə bəyanatla çıxış edirlər. Hər iki dövlət başçısı münasibətlərin yüksək səviyyədə olmasından razı qaldıqlarını bildirmiŞ bundan sonra da qarşılıqlı əməkdaşlığın ölkələrimiz üçün faydalı olduğunu qeyd etmişlər.
Cənab prezident İlham Əliyev çıxışında qeyd etmişdir: “Gürcüstan ilə Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir, biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Müzakirə olunan bütün məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq.”
Qeyd edək ki, ötən ilin iyununda Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanmış Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu tədarüklərin 2027-ci ilədək 20 milyard dollaradək artırılmasını nəzərdə tutur. Bununla əlaqədar olaraq, Gürcüstan ərazisindən keçən Trans-Anadolu boru kəmərinin (TANAP) ötürücülük qabiliyyətinin artırılması birinci dərəcəli əhəmiyyət daşıyır. Azərbaycan həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixracı artırmağı planlaşdırır. Bundan başqa, hazırda fəaliyyət göstərməyən Bakı-Supsa neft kəmərinin istifadəsinə başlamaq planlaşdırılır. Beləliklə, Avropada Azərbaycanın enerji resurslarına yüksək tələbat fonunda Gürcüstanla əməkdaşlıq böyük potensiala malik ola bilər. Bu məsələyə xüsusi önəm verən cənab İlham Əliyev demişdir: “Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik, daha doğrusu, bu iş artıq başlamışdır. Keçən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya önəmli Sazişə imza atmışlar. Bu ilin fevral ayında isə Bakıda yaşıl enerji layihəsinin birinci rəhbər komitəsinin iclası keçirilmişdir. Bu, genişmiqyaslı layihədir. Əlbəttə ki, bu layihənin uğurla həyata keçirilməsi həm dörd ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaqdır, eyni zamanda, bildiyiniz kimi, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti imzalanma mərasimində də iştirak etmişdir.
Təbii ki, ikitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır. Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir. Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, növbəti mərhələdə yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımlar atılacaqdır.”
Eltun Süleymanov son olaraq qeyd etmişdir ki, Azərbaycanla Gürcüstan arasında olan sağlam münasibətlər, strateji tərəfdaşlıq hər iki ölkə üçün xüsusi önəm daşıyır. Ölkəmizin başçısı İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasət hər iki ölkədə məmnunluqla qarşılanır. Çünki bu münasibətlər xalqların taleyində önəmli rola malikdir və inanırıq ki, cənab Prezidentin həyata keçirdiyi siyasət regionumuzda sabitliyin qarantı olmaqda davam edəcəkdir.
Bölməyə aid digər xəbərlər

Tarix: 10-04-2023, 14:56 Oxunub: 116
Bölməyə aid digər xəbərlər
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
14-02-2023, 12:47
Eltun Süleymanov: "Qərb Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul edir"
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
28-10-2022, 14:02
Mehriban xanım Səfərovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
24-10-2022, 11:39
Bu, Prezidentin Gürcüstana 10-cu səfəridir
21-04-2022, 08:51
Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edir”
11-02-2022, 13:54
Prezident açılışda - YENİLƏNİB + FOTO
11-02-2022, 12:15
Prezident AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 15:54
Bir sıra vergi ödəyicilərinin icazələri məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ