12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Eltun Süleymanov: “Ölkə başçısının ardıcıl səfərləri, mahir siyasi idarəetməsi, diplomatik bacarığı nəticəsində bu gün Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də dünyada nüfuz sahibidir

Azərbaycanla Bosniya və Herseqovina arasında əlaqələr uzun illər əvvələ - hələ keçmiş Sovet İttifaqının və Yuqoslaviyanın mövcud olduğu vaxtlara təsadüf edir. Belə ki, o vaxt -1972-ci ildə Bakı və Sarayevo arasında qardaşlaşma sazişi imzalanıb və o zamandan bəri bu iki şəhər qardaş şəhərlər hesab olunur. Bu, ölkələrimiz arasındakı əlaqələrin hansı köklərə malik olduğunu göstərir.
Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərdə bir-birini dəstəkləyib və bu, bu gün də davam edir. Dövlətimizin başçısı İlham Əliyevin də bununla bağlı dediyi kimi: “Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm, iki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləmişdir, bizim haqq işimizi dəstəkləmişdir. Bu, dostluq və qardaşlıq mövqeyidir, buna görə biz Sizə minnətdarıq”. Əlbəttə ki, Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı onun maraqlarını birmənalı şəkildə dəstəkləyib.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, ölkə başçısının son dövrlərdə həyata keçirdiyi xarici siyasət ölkəmizin Avropaya inteqrasiya olunmasında, xüsusən Avropanın enerji təıhlükəsizliyi sahəsində mühüm əhəmiyyətə malikdir. Avropa ölkələri ilə müttəfiqlik münasibətlərinin qurulması, qarşılıqlı iqtisadi əməkdaşlıq indiki geosiyasi vəziyyətdə çox mühümdür. Prezident İlham Əliyevin bu səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsinin başladığını təsdiqləyir. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar, keçirilən görüş və müzakirələrin əhatəliliyi hər iki ölkə üçün yeni imkanlar açır. Azərbaycan ilə Bosniya və Herseqovinanın arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək əməkdaşlığımızın inkişaf istiqamətlərini göstərir. İqtisadi sahədə daha məqsədyönlü layihələrin həyata keçirilməsi, işlərin görülməsi üçün Birgə İqtisadi Komissiyanın, eyni zamanda, konkret layihələr üzrə işçi qrupunun yaradılması qərarı qısa müddət ərzində bu istiqamətdə praktiki addımların atılmasına hesablanıb.
Eltun Süleymanov daha sonra qeyd edib ki, bu səfər həm də energetika sahəsində çox geniş imkanlar yaradır. Cənub Qaz Dəhlizinin şaxələndirilməsi ilə bağlı planlar hər iki ölkənin, xüsusilə Bosniya və Herseqovinanın maraqlarına uyğundur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu xüsusda əməkdaşlığın vacibliyini qeyd etmişdir: “Eyni zamanda, energetika sahəsində çox geniş imkanlar vardır. Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir. Bu kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir. Yaxşı olar ki, biz təbii qaz sahəsində də əməkdaşlığa başlayaq. Müvafiq göstərişlər artıq verilmişdir.
Bununla bərabər, hidroenergetika, eyni zamanda, bərpaolunan digər enerji növləri üzrə birgə araşdırmalar aparılacaq. Əminəm ki, bu istiqamətdə də ciddi addımların atılması mümkün olacaq. Azərbaycan xarici ölkələrə milyardlarla dollar həcmində sərmayə qoyubdur və əlbəttə ki, Bosniya və Herseqovina ilə bu sahədə əməkdaşlıq bizim üçün çox maraqlıdır.”
Mədəni sahədə əməkdaşlığın vacibliyini qeyd edən cənab Prezident bu sahədə gələcək fəaliyyətin uzlaşdırılmasını və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır: “Biz bu gün söhbət zamanı, həmçinin mədəniyyətlərarası dialoqun dərinləşməsi ilə bağlı fikir mübadiləsi apardıq, bizim təcrübəmizi bölüşdük. Hesab edirəm ki, bu istiqamətdə də birgə fəaliyyətin böyük önəmi ola bilər. Həm Bosniya və Herseqovina, həm Azərbaycan çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrimizdə bir çox etnik qruplar yaşayır və bu etnik qrupların sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəraitində yaşaması sabitlik üçün əsas şərtdir. Burada da fikir mübadiləsi, təcrübə mübadiləsi, birgə fəaliyyət, o cümlədən elm, təhsil sahələrində, qeyri-hökumət təşkilatları çərçivəsində birgə əməkdaşlıq üçün çox gözəl imkanlar vardır.”
Eltun Süleymanov sonda vurğulayıb ki, ölkə başçısının ardıcıl səfərləri, mahir siyasi idarəetməsi, diplomatik bacarığı nəticəsində bu gün Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də dünyada nüfuz sahibidir.
Bölməyə aid digər xəbərlər

Tarix: 17-04-2023, 09:02 Oxunub: 68
Bölməyə aid digər xəbərlər
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
25-11-2022, 10:54
Eltun Süleymanov: Azərbaycan-Serbiya əməkdaşlığı dostluğa və sttarteji əməkdaşlığa yeni töhfədir
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO