11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Aqiyə Naxçıvanlı: "Azərbaycan Cənubi Qafqazda sülühn və sabitliyin qorunması üçün ən böyük səlahiyyətlərə sahibdir"

“Ölkə Prezidenti cənab İlham Əliyev Milli Mətbuatımızın 148-ci ildönümünün qeyd olunduğu gün təkcə mətbuat və KİV sahəsində çalışan insanlara deyil, bütün xalqa, hər birimizə növbəti dəfə qürur hissi yaşamaq imkanı verdi. İyulun 21-də Qlobal Media Forumunun Şuşa şəhərində keçirilməsi birbaşa dövlət başçısının Milli Mətbuatımıza verdiyi önəmin, göstərdiyi diqqət və qayğının təzahürüdür. Forumda etdiyi çıxışında dövlət başçısı Şuşa Qlobal Media Forumunun bizim ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbir olduğunu qeyd etdi. Eyni zamanda Şuşa ölkənin həm strateji, həm siyasi və həm də mənəvi cəhətdən xüsusi önəm kəsb edən mühüm bir şəhəri, Azərbaycanın rəsmi Mədəniyyət Paytaxtı və ən əsası, bizim qələbəmizin rəmzidir. May ayının 10-da Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məhz Şuşa şəhərindən xalqa müraciət etməsi də bütün Qafqazın incisinə verilən yüksək dəyərin göstəricisidir. Şanlı Azərbaycan Ordusu 2020-ci il 8 noyabr tarixində alınmaz qala hesab edilən Şuşa şəhərini erməni işğalçılarından azad etməklə Vətən müharibəsində tarixi Qələbəmizi təmin etdi. Şuşanın alınması ilə Azərbaycan xalqının torpaqlarımızı azad etmək uğrunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsində faktiki olaraq son nöqtə qoyuldu.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Həmçinin deputat 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Müttəfiqlik münasibətləri haqqında bəyanatın imzalanması mərasiminin Şuşada keçirilməsinin də daha bir mühüm tarixi hadisə olduğunu vurğulayaraq bunları deyib: “Şuşa Bəyannaməsi imzalandığı qədim şəhərimizin beynəlxalq nüfuzunu bir qədər də yüksəltdi. Həmçinin Qarabağın ən strateji əhəmiyyətli məkanı olan Şuşada imzalanan bəyanat Türkiyə və Azərbaycan arasında olan sarsılmaz və əbədi qardaşlığı bütün dünyaya bildirən bir mesaj oldu. Bu tarixi sənədin imzalanması ilə iki qardaş ölkə, iki qardaş xalq arasında tarixi münasibətlərin yeni mərhələsinin əsası qoyuldu. Bununla belə, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin getdikcə dərinləşməsinə bilavasitə Azərbaycan və Türkiyə Prezidentlərinin arasında olan şəxsi dostluq əlaqələrinin misilsiz töhfələr veridiyi də bu gün heç kim üçün sirr deyil. Öz çıxışında möhtərəm dövlət başçımız da bildirdi ki, bu dostluq artıq təkcə regionda deyil, bütün dünyada məlum olan və eyni zamanda da regional inkişaf və sabitlik baxımından çox mühüm bir faktordur. Türkiyə və Azərbaycanın dövlət başçılarının apardıqları birgə fəaliyyət bölgədə sülhün və sabitliyin təmin olunması baxımından çox böyük önəm daşıyır.”
Daha sonra A.Naxçıvanlı Prezident İlham Əliyevin çıxışında Ermənistanla münasibətlər və sülh sazişinin imzalanması ilə bağlı təqdim olunan açıqlamaların əhəmiyyətini xüsusi qeyd edib: “Azərbaycan istər işğal illərində, istər 44 günlük Vətən Müharibəsinin gedişində, istərsə də postmünaqişə dövründə hər zaman beynəlxalq hüququn gözlənilməsini, onun müddəalarına əməl olunmasını təşviq edib. Bu gün də qalib Azərbaycan Cənubi Qafqazda regional sabitliyə və inkişafa nail olmaq üçün Ermənistanla münasibətlərin yaxşılaşdırılmasının zəruriliyini bəyan edir. Aydındır ki, bu sabitliyə də, bu inkişafa da hazırda Ermənistanın Azərbaycandan da, digər region ölkələrindən də daha çox ehtiyacı var. Bəlkə də məhz elə bunun nəticəsidir ki, cənab Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ müharibəsindən sonra keçən, təxminən üç ilə yaxın müddət ərzində məhz son dövrlərdə Ermənistan tərəfindən Qarabağın Azərbaycanın bir hissəsi olmasına dair birbaşa bəyanatlar səsləndirilir. Əlbəttə ki, belə bəyanatların artıq kağız üzərində imzalanaraq təsdiqlənməsinin vaxtıdır. İkinci bir tərəfdən də bu gün Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi həm də Avropa İttifaqının maraqlarına cavab verir. Daha dəqiq desək özünün enerji təhlükəsiliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyətli rolunu düzgün qiymətləndirən Aİ sülh sazişinin məhz ölkəmizin irəli sürdüyü prinsiplər əsasında, beynəlxalq hüquqa uyğun qaydada hazırlanmasının haqlı tələb olduğunu təsdiq edir. Bu gün bir sıra beynəlxalq təşkilatlar da məhz bu səbəbdən Azərbaycan və Ermənistana qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Bütün bunlar göstərir ki, Cənubi Qafqazda sülh və əminamanlıq artıq qlobal əhəmiyyətli bir məsələ olduğu kimi, bu kriterilərin qorunması da ilk növbədə məhz Azərbaycanın nəzarətindədir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 22-07-2023, 13:53 Oxunub: 43
Bölməyə aid digər xəbərlər
29-05-2023, 10:43
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin xalqa bəxş etdiyi Zəfər bizim əbədi qürur mənbəyimizdir”
11-05-2023, 15:53
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
26-01-2023, 15:25
Aqiyə Naxçıvanlı: “Gəncliyin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin daima diqqət mərkəzində idi”
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO