12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Eltun Süleymanov: “Regionların inkişafı istiqamətində bundan sonra da ardıcıl və səmərəli tədbirlər sistemi həyata keçiriləcəkdir”

Eltun Süleymanov: “Regionların inkişafı istiqamətində bundan sonra da ardıcıl və səmərəli tədbirlər sistemi həyata keçiriləcəkdir”


“Prezident İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri bir daha göstərdi ki, aktuallığına, əhəmiyyətinə və miqyasına görə hər zaman xüsusi diqqət mərkəzində dir. Cənab Prezidentin iqtisadi siyasətində regionlarda sahibkarlığın inkişafını sürətləndirmək və oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etməklə iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaq prioritet olaraq qalır. Bölgələrdə yaşayan vətəndaşların zəruri arzu və istəkləri, eləcə də onları illərdən bəri narahat edən, qayğılandıran sosial problemlərin həlli sahəsində həyata keçirilən islahatlar bu qəbildəndir.
Cənab prezidentin həyata keçiridiyi tədbirlərin əsasında regionların tarazlı inkişafı ilə yanaşı, həm də yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələləri durur.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “həyata keçirilən ardıcıl və şaxələndirilmiş tədbirlər, Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsi ölkənin yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Dövlətimizin başçısı da məhz 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sırasında üçüncü hədəf kimi, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğunu və bu hədəfin vacib elementi kimi paytaxt və regionların tarazlı inkişafını müəyyən etmişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında əksini tapmış vacib istiqamət yenə də insan amilinə xidmət etməklə yeni sosial-infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi, yeni yolların çəkilişi və əsaslı bərpasını nəzərdə tutmuşdur. Son beş ildə proqramda nəzərdə tutulmuş bu tədbirlər insan amilinin yüksəlişinə, mədəni-intellektual potensialın güclənməsinə, mənəvi-əxlaqi dəyərlərin daha möhkəm əsasda intişar tapmasına zəmin yaratmışdır.
44 günlük Vətən müharibəsində qazanılan qələbədən dərhal sonra Qarabağ və Şərqi zəngəzurda başlanan abadlıq və quruculuq işləri, turizm imkanlarının genişlədirilməsi, bölgə əhalisinin tezliklə qayıdışına xidmət etdi. İlk növbədə ərazinin yenidən məskunlaşdırılması büdcə dürüstləşdirilmələrində nəzərə alındı. Bu proses indi də davam edir və işğaldan azad edilmiş ərazilərimizə əhalinin qayıdışı prosesi hətta bizi istəməyənlər tərəfindən belə heyrətlə qarşılanır.”
Eyni zamanda paralel olaraq digər regionlarda aparılan işlər də yuxarıda qeyd etdiyim prioritetlərin qüvvədə qalmasının nümunəsidir.”

Eltun Süleymanov son olaraq qeyd edib ki, “dövlətimizin başçısı Qazax rayonuna səfəri çərçivəsində su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi, avtomobil yolları və mebel fabrikinin, Şəmkirdə məktəb-liseyin, Samuxda Mərkəzi Xəstəxana və uşaq musiqi məktəbinin yeni binalarının, Bərdədə Qarabağ Regional DOST Mərkəzi və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışlarını etməsi sübuta yetirdi ki, bizim üçün prinsipial məsələ olan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, digər regionlar da Azərbaycan Prezidentinin diqqət mərkəzindədir.
Prezident İlham Əliyevin Qərb bölgəsinə səfəri həm də göstərmiş oldu ki, əldə olunan uğurlarla kifayətlənməyən hökumət regionların inkişafı istiqamətində bundan sonra da ardıcıl və səmərəli tədbirlər sistemi həyata keçirmək əzmindədir.”

Tarix: 9-08-2023, 11:13 Oxunub: 21


Bölməyə aid digər xəbərlər