11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
Cavanşir Feyziyev: İdarəetmə sahəsində ciddi islahatlar aparılır

Milli məclisin deputatı Cavanşir Feyziyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Cavanşir Feyziyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Milli məclisin deputatı Cavanşir Feyziyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Milli məclisin deputatı Cavanşir Feyziyev - Artıq neçə müddətdir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar ölkənin ictimai-siyasi həyatında real nəticələrini göstərməkdədir. O cümlədən biz bu islahatların ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın təmin edilməsində, vətəndaşların rifah və məmnunluq səviyyəsinin yüksəlməsində, peşəkar və səmərəli dövlət qulluğu institutlarının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edən dövlət idarəetmə sistemində də uğurla həyata keçirildiyini müşahidə edirik. Eyni zamanda idarəetmədə aparılan islahatlar ölkədə korrupsiya və rüşvətxorluğa qarşı həyata keçirilən mübarizə tədbirləri fonunda dövlət strukturlarında böyük təmizləmə işləri ilə müşayiət olunur. İyulun 25-də Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına təyin olunmuş yeni İcra Hakimiyyəti başçlarını qəbul edərkən etdiyi çıxışında bu məsələlərə xüsusi olaraq toxundu və qeyd etdi ki, bu gün hakimiyyət təmizlənir və insanlar bunu görürlər. Yeni təyin olunan icra başçılarından ən böyük gözlənti etimadı doğrultmaları, vətəndaşların rəğbətini qazanmaq, ölkədə gedən islahatları dərinləşdirmək üçün səylər göstərmələridir. Həm də rayonların inkişafı ilə bağlı təşəbbüslərə də ehtiyac var. Hər yeni təyin olunan icra başçısı öz təklif və ideyalarını verərək, inkişafa töhfə vermiş olar. Məqsəd paytaxtla paralel bölgələrdə də canlanma və davamlı inkişafı təmin etməkdir. Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi həllini tapıb. Bununla belə, yeni icra başçıları yerlərdə həllini gözləyən problemlərin vaxtında çözülməsinə çalışmalı və bu istiqamətdə praktik addımlar atmalıdır. Burada təbii ki, həm mərkəzi icra orqanlarının da məsuliyyəti var, sadəcə bu orqanlara vaxtında və aidiyyatı üzrə müraciət olunmalıdır. Eyni zamanda rayonlarda işlərin daha yaxşı getməsi üçün ictimai nəzarət də vacibdir. Məhz ictimai nəzarət fəaliyyətin effektivliyinə müsbət təsir edən faktorlardan biridir.
Dövlət başçımızın icra başçıları qarşısında qoyduğu əsas vəzifələrdən biri də şəhid ailələrinə xüsusi diqqət göstərilməsi ilə bağlı oldu. Bu həssas təbəqəyə dövlət tərəfindən mənzillər, fərdi evlər verilir, minlərlə minik avtomobilləri təqdim olunur. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. “Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır” – deyə, Prezident İlham Əliyev məmurlara bir daha vəzifələrini xatırlatdı. Hesab edirəm ki, bu xatırlatma bu sahədə mövcud olan bəzi neqativ halların qarşısını alacaq. Prezident İlham Əliyev yeni təyin olunmuş İcra Hakimiyyəti başçlarını qəbul edərkən etdiyi çıxışında bütün bu məsələlərə xüsusi olaraq toxundu və qeyd etdi ki, yeni iş yerlərinin açılması son dərəcə əhəmiyyətli məsələdir. Həqiqətən də müstəqillik illərində ölkə əhalisinin sayının 3 milyon nəfər artdığını nəzərə alsaq, insanların rifah halının yüksəlməsi üçün əmək məşğulluğunun zəruri amil olduğunu görərik. Bu baxımdan təbii ki, ölkədə sahibkarlığın inkişafı böyük önəm kəsb edir. Bu gün Azərbaycanda özəl sektorun inkişafına göstərilən dövlət qayğısı, xüsusilə istehsal müəssisələrinin yaradılması yönümündə sahibkarlara dəstək öz nəticələrini verməkdədir. Dövlətin ödənişli sosial iş yerlərinin açılması istiqamətində atdığı addımlar da böyük önəm kəsb edir. Aydındır ki, rayon və bölgələrdə həyata keçirilən dövlət proqramlarının effektiv icrasının təmin olunmasında rayon icra hakimiyyəti strukturlarının xüsusi rolu var. O rayonlardakı bu strukturlara rəhbərlik edən şəxslər öz işlərinə peşkarlıq və məsuliyyətlə yanaşırlar, fəaliyyətlərində xalqın və dövlətin mənafelərini əsas götürürlər, həmin rayonlarda inkişaf gedir. Təəssüflər olsun ki, bəzi hallarda bunun əksi də olur. Lakin bu gün bütün neqativ hallara qarşı dövlətimiz tərəfindən ciddi və qəti tədbirlər görülməkdədir. Öz çıxışında dövlət başçımızın da qeyd etdiyi kimi, işində yol verdiyi qanun pozuntuları səbəbilə artıq bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir. Bu, bir daha Azərbaycanda qanunun aliliyi prinsipinə ciddi əməl olunduğunu göstərir. Ölkə Prezidenti yeni təyinat alan məmurlara hər zaman konkret tapşırıq və tövsiyələrini verir. Bu tövsiyələrdə ən vacib məsələ kimi, vətəndaşlara qayğı, insanların mövcud problemlərinin həlli, rifah halının daim yüksəlməsi istiqamətində zəruri addımların atılması kimi məsələlər hər zaman önə çəkilir, xüsusi vurğulanır. İcra başçılarının insanlarla sıx təmasda olması problemlərlə yerində tanış olmağa və onları vaxtında həll etməyə imkan verir. Bütün məmurlar qarşısında qoyulan əsas vəzifə budur. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, “hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir”. Yəni yüksək vəzifə yüksək imtiyaz yox, məsuliyyət olmalıdır. Bu prinsipləri pozanlara qarşı görülən sərt tədbirlərdən isə hər kəs nəticə çıxarmalıdır. Çünki burada söhbət ölkənin ümumi inkişafına kölgə salmaqdan gedir ki, bu da birmənalı şəkildə yolverilməzdir.
Bölməyə aid digər xəbərlər

Tarix: 2-08-2022, 11:58 Oxunub: 123
Bölməyə aid digər xəbərlər
29-07-2022, 10:24
Bəxtiyar Əliyev: Ölkəmizin hərtərəfli inkişafına xidmət edən siyasət
27-07-2022, 10:21
Röyal Sarıməmmədov:Azərbaycanın tərəqqisinə, təhlükəsizliyinə və gələcəyinə xidmət edəcək strategiya
25-07-2022, 14:21
Çingiz İsgəndərov: Heç kim qanundan üstün ola bilməz
5-07-2022, 07:00
Şər və Böhtan yazanlara Tutarlı cavab - Şaiq Qəmbərli
26-04-2022, 07:00
Şəki rayon Kiçik Dəhnə kənd 2 saylı tam orta məktəbin direktoru Elvin Mustafayevin uğurlu nəticələri davam edir
29-03-2022, 09:30
Nəzakət Məcidzadə başqalarına örnək ola biləcəyi Azərbaycanın ən dəyərli və nümunəvi bağça müdirlərindən biridir
28-01-2022, 12:25
Zülfəli Muradov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
21-01-2022, 11:59
6 saylı Yol İstismar İdarəsinin rəisi Allahverdi Dəmirov vəzifəsini şərəflə yerinə yetirir
16-01-2022, 14:41
Tahir Rzayev ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır
9-01-2022, 15:09
Adil Şamilov rəhbərliyin sadiq adamlarındandır
29-10-2021, 13:49
Kərim Tahirov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO