12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
6 saylı Yol İstismar İdarəsinin rəisi Allahverdi Dəmirov vəzifəsini şərəflə yerinə yetirir

İlham Əliyev yeni yolun açılışında - Yeniləndi

Bəzi sayt rəhbərləri 6 saylı Yol İstismar İdarəsinin rəisi Allahverdi Dəmirov nə istəyirlər?! Yel qayadan nə aparar? İt hürər karvan keçər

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbərdir. Bu şəxs kimdir?

6 saylı Yol İstismar İdarəsinin rəisi Allahverdi Dəmirov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar". 6 saylı Yol İstismar İdarəsinə rəhbərlik edən A.Dəmirovun keçmişdən gələn "sərgüzəştləıri" davam edir başlıqlı yazı yazaraq təxribat edirlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Xeberim.info.az-ın əməkdaslarının araşdırması nəticəsində sorğu keçirdik. Bir ağızla dedilər: 6 saylı Yol İstismar İdarəsinin rəisi Allahverdi Dəmirov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

6 saylı Yol İstismar İdarəsinin rəisi Allahverdi Dəmirov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Allahverdi Dəmirov  səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 6 saylı Yol İstismar İdarəsinin rəisi Allahverdi Dəmirova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 6 saylı Yol İstismar İdarəsinin rəisi Allahverdi Dəmirovdur.


Tarix: 21-01-2022, 11:59 Oxunub: 102


Bölməyə aid digər xəbərlər