Suraxanı Rayon MKTB-nin 68 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Mehbalı Cəfərov işində yorulmaz rəhbər, nümunəvi vəzifə sahibidi.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi vəzifə sahibidi. 
Bu şəxs kimdir? Bu şəxs, sadə vətəndaşların sirdaşı, dostu sadə azərbaycanlı Suraxanı Rayon MKTB-nin 68 saylı mənzil-kommunal istismar sahəsinin rəisi rəisi Mehbalı müəllimdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Mehbalı müəllim. 
Mehbalı  müəllim hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir. Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Mehbalı müəllimin həyat səlnaməsinə nəzər salanda görürük ki , o , hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O, hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.
 Mehbalı müəllim işlədiyi Suraxanı Rayon MKTB-nin 68 saylı mənzil-kommunal istismar sahəsində qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılması Mehbalı müəllimin zəhməti sayəsində başa gəlib.
 Bizdə bu çətin və şərəfli işində Mehbalı müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.


Tarix: 18-09-2020, 16:27 Oxunub: 319


Bölməyə aid digər xəbərlər