Ermənilərin anlamalı olduğu məsələ

Ermənilərin anlamalı olduğu məsələ


Böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması oldu. Bu qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində, Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır.
Lakin qeyd etmək lazımdır ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır.
Əslində isə Ermənistanın və havadarlarının hərəkətləri suveren ölkənin daxili işlərinə kobud müdaxilədir. Beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşaiyət olunan erməni həyasızlığı bir sıra təşkilatları da bu qanunsuzluq bataqlığına sürükləmiş, erməni lobbisinin təsir dairəsinə salmışdır. Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınlarında silah sursat daşınması bunun ən bariz nümunəsi hesab oluna bilər. “Humanitar yük” adı altında separatçılara silah daşınmasının məsuliyyətini boynundan atmağa çalışan BQXK belə pis vəziyyətdə qalmışıdr.
Hər cür təzyiqlərə qarşı Azərbaycan rəhbərliyinin siyasi iradəsinin qətiyyəti bu cür ikili standartların dəf edilməsinin nümunəsi kimi diqqəti cəlb etmişdir.
Prezident İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib... Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir... Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır.
O da məlumdur ki, 30 il ərizndə Azərbaycana və onun vətəndaşlarına qarşı hərbi cinayətlər törətmiş erməni separatçıları hələ də Qarabağ ərazisində gizlənir, məsuliyyətdən yayınmağa çalışırlar. Laçın Sərhəd Nəzarət Buraxılış Məntəqəsinin yaradılması bu fəaliyyətin qarşısına sədd çəkmiş oldu. Nəticədə Vaqif Xaçaturyan kimi əliqanlı cəllad nəhayət yaxalanaraq ədalətə təslim edildi. Bundan qorxuya düşən digər hərbi cinayətkarlar indi də “humanitar böhran” deyib haray salmağa, Azərbaycanı etnik təmizləmə siyasəti aparmaqda günahlandırmağa cəhd edirlər.30 il ərizndə ermənilərin həyata keçirdikləri qeyir-insani hərəkətləri, qətliamları “unudan” bir sıra dövlətlər və təşkilatlar da ermənilərə züy tutmaqda davam edirlər.
Ancaq, necə deyərlər, haqq nazilər, ancaq üzülməz. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib etməsi bir daha bu məsələdı haqlı olduğumuzu sübut elədi.
Görünən odur ki, hadisələrin gedişatı və erməni siyasətinin xisləti onu aşkar edir ki, Xankəndidə vəziyyətin pisləşməsi rəsmi İrəvanın marağındadır. Tarix boyunca “miskin millət” obrazını təbliğ edən rəsmi İrəvanın manipulyasiyaları həqiqətin təhrif olunması və süni qalmaqallar üzərindən qurulmuşdu. Odur ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi ətrafında aparılan oyunları bilavasitə Azərbaycana qarşı yönəlmiş informasiya müharibəsinin təzahürü kimi qəbul olunmalıdır.
Ermənilər və onların havadarları bir məsələdə ciddi yanılırlar. Onlar unudurlar ki, Azərbaycan öz siyasi iradəsini sona qədər yeridəcəkdir. Unudurlar ki, Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyildir. İndi onun qüdrətli ordusu, Müzəffər Ali Baş Komandanı İlham Əliyev kimi rəhbəri vardır. 44 günlük müharibəsini zəfərlə başa çatdıran Azərbaycan xalqı öz rəhbərinin siyasətini dəstəkləyir və torpağının bir qarıışını belə güzəştə getmək fikrində deyildir. Ermənilər bu həqiqəti nə qədər tez anlasalar onların da regionun da təhlükəsizliyi bir o qədər tez təmin oluna bilər.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

Tarix: 30-08-2023, 08:37 Oxunub: 43


Bölməyə aid digər xəbərlər