08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
10:26 / 27-07-2026
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
10:21 / 27-07-2026
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
10:01 / 27-07-2026
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
09:13 / 27-07-2026
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
09:00 / 27-07-2026
Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
12:11 / 25-07-2026
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
11:39 / 25-07-2026
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
10:17 / 25-07-2026
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
10:00 / 25-07-2026
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
09:02 / 25-07-2026
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
“İlin peşəkar gənci” adına layiq görülmüş gənclər mükafatlandırılıb -Fotolar

Sentyabrın 18-də 2022-ci il üçün “İlin peşəkar gənci” adına layiq görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.
AİA.Az xəbər verir ki, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, üzv təşkilatların sədrləri və məsul əməkdaşları, həmçinin KİV nümayəndələri iştirak ediblər.
“İlin peşəkar gənci” adına layiq görülmüş gəncləri təbrik edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev dövlətimizin gənclər siyasətindən danışıb, ölkəmizdə gənclərin inkişafı üçün yaradılmış şəraitdən bəhs edib.
Tarixən gənclərin cəmiyyətlərdə əsas hərəkətverici qüvvə olduğunu bildirən Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin gənclərə xüsusi diqqət yetirdiyini, onların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müasir elmi biliklərə yiyələnməsi, peşəkar kadr kimi yetişməsi üçün dövlət səviyyəsində hər şey etdiyini bildirib.
Qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir və gənclər ölkəmizin dinamik inkişafında müstəsna rol oynamaqdadır: “Gənclərin rifahına xidmət edən dövlət proqramlarının icrası gənclərin potensialının inkişafına, məşğulluğunun təmin olunmasına mühüm töhfələr verib. Dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında gənclərin fəaliyyəti təmin olunur, yaradıcı potensialı, bilik və bacarığı yüksək qiymətləndirilir. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən gənclərimiz böyük birlik nümayiş etdirdilər və Vətənin müdafiəsinə qalxdılar. Məhz onların vətənpərvərlik hissi, yüksək döyüş ruhu ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günə azad edildi”.
AHİK sədri vurğulayıb ki, həmkarlar ittifaqları dövlətimizin gənclər siyasətinə fəal dəstək verir: “İttifaqımızın 22,2 faizini 29 yaşadək gənclər təşkil edir. AHİK müxtəlif vaxtlarda “Gənclər siyasəti konsepsiyası”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri” və digər qərar və sənədlər qəbul edərək həyata keçirib. Hər il yay aylarında həmkarlar ittifaqlarının gənc liderlərinin forumları keçirilir, maarifləndirmə kursları təşkil olunur. Əlaçı tələbələr üçün təqaüdlər təsis edilir. İndiyədək 3000 nəfərə qədər gənc bu təqaüdə layiq görülüb. Bir neçə ali məktəbdə aztəminatlı ailələrdən olan 300-dək tələbənin nahar xərcləri, onlarla imkansız tələbənin təhsil haqlarının 30 %-i, bəzilərinin isə 100 %-i həmkarlar ittifaqı tərəfindən ödənilir. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alan 2 mindən çox kursantı diplom və qiymətli hədiyyələrlə mükafatlandırmışıq”.
Sonra 2022-ci ilin nəticələrinə görə, “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 64 nəfər istedadlı gəncə AHİK-in fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim edilib. Onların 42 nəfəri kişi, 22 nəfəri isə qadındır və ən azı 3 il və daha çox əmək stajına sahibdirlər. Həmin gənclərin arasında 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək orden və medallarla təltif edilmiş qazi və veteranlar da var.
Qeyd edək ki, gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə AHİK tərəfindən 2015-ci ildə “İlin peşəkar gənci” fəxri adı təsis edilib. İndiyədək 27 sahə həmkarlar ittifaqı təşkilatından 400 nəfərə yaxın gənc əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edərək bu fəxri ada layiq görülüb.

Bölməyə aid digər xəbərlər

Tarix: 18-09-2023, 14:08 Oxunub: 106
Bölməyə aid digər xəbərlər
7-09-2023, 14:04
AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib -Fotolar
29-07-2023, 12:23
Şuşada Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında müqavilə imzalanıb -Fotolar
28-07-2023, 13:48
Bakıda AHİK və TÜRK-İŞ-in birgə yığıncağı keçirilib -Fotolar
4-05-2023, 16:18
AHİK tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib -Fotolar
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
7-02-2023, 17:04
AHİK-in 30 illik yubileyi münasibətilə tədbir keçirilib -Fotolar
2-02-2023, 10:19
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri qüdrətli ölkənin vətəndaşı, müzəffər xalqın nümayəndələridir”
26-01-2023, 15:25
Aqiyə Naxçıvanlı: “Gəncliyin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin daima diqqət mərkəzində idi”
22-09-2022, 14:20
AHİK sədri Səttar Möhbalıyev KAMU-SEN Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb - FOTOLAR
29-07-2022, 10:36
AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib - FOTOLAR
12-05-2022, 12:55
Vətən müharibəsi qaziləri və veteranları mükafatlandırılıb - FOTOLAR
8-05-2022, 10:11
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib - FOTOLAR
6-05-2022, 19:00
AHİK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib - FOTOLAR
27-04-2022, 15:03
Səttar Möhbalıyev: “Hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir”
18-04-2022, 14:22
Azərbaycan və Qazaxıstanın təhsil üzrə həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında sənəd imzalanıb - FOTOLAR
31-01-2022, 10:50
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”
28-01-2022, 13:23
Kamaləddin Qafarov: “Azərbaycan gəncliyi öz adını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdı”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO