12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rəcəb Tayyib Ərdoğanın Naxçıvana gəlişi dünyaya bir mesaj idi


Türkiyə Azərbaycana dost, qardaş və müttəfiq dövlətdir. Azərbaycanın uğurlar qazanmasında, haqq işinin müdafiəsində Türkiyə Cümhuriyyətinin, o cümlədən, onun dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın çox böyük xidmətləri vardır. Bunu tək Azərbaycan xalqı deyil, bütün bunu tək Azərbaycan deyil, bütün dünya görür. İki qardaş ölkənin Prezidentıərinin Naxçıvan görüşü ABŞ-ın nüfuzlu nümayəndə heyəti müdafiəsini nümayiş etdirmək üçün Ermənistana səfər etdiyi günə təsadüf edir.
Qardaş dövlət başçısı Naxçıvana səfəri zamanı bir daha bəyan edir ki, Azərbaycanın haqq işinin müdafiəsi üçün Türkiyə əlindən gələni edib və edəcək: "Naxçıvanın müdafiəsi ilə bağlı nə lazımdırsa, Türkiyə Cümhuriyyəti hər an buna hazır olduğunu göstərir. Əslində, 44 günlük müharibə Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsidir. Yəni, Türkiyə Cümhuriyyəti Azərbaycanın böyük uğur əldə etməsi və tarixi torpaqlarını qaytarması üçün bir dost kimi əlindən gələni etdi. Ən nəhayət 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə bu iki qardaş dövlət həm də müttəfiq oldu. Bu gün Ərdoğanın Naxçıvana gəlişi Azərbaycanın ən böyük sevinci olmaqla yanaşı, dünyaya bir mesaj idi. Mesaj ondan ibarət idi ki, Türkiyə ilə Azərbaycan dost, qardaş və müttəfiqdirlər. Azərbaycan öz tarixində ilk dəfə ərazi bütövlüyünü təmin edib və buna görə də bir qardaş kimi üz-üzə təbrik etmək lazım idi.
Görüş üçün seçilən yer də tarixi əhəmiyyət kəsb edirdi. Çünki ermənilərin həmişə Naxçıvana iddiaları olub. Bu iddialara cavab olaraq görüş yeri Naxçıvan seçildi. Təbii ki, bütün bunlar onu göstərir ki, gələcəkdə hər iki dövlətin uzun strateji planları məlumdur. Bu planların həyata keçirilməsi, ticarət dövriyyəsini dünyaya nümunə ola biləcək səviyyəyə çatdırmaq üçün hər iki dövlət mübarizə aparır. Türkiyə və Azərbaycan təkcə regionda deyil, həm Qafqazda, həm Mərkəzi Asiyada, həm də müsəlman dünyasında böyük nüfuz sahibidirlər. Bu dövlətlər dünyada sülhün bərqərar olması üçün əllərindən gələni edirlər. Rəcəb Tayyib Ərdoğan bir daha dilinə gətirdi ki, Zəngəzur dəhlizinin açılması dünyaya sabitlik, iqtisadi inkişaf və canlanma gətirəcək. Azərbaycan da öz üzərinə düşənləri artıqlaması ilə yerinə yetirib.
Ramis Nəsibov-Bakıxanov bələdiyyəsinin sədri

Tarix: 27-09-2023, 10:29 Oxunub: 28


Bölməyə aid digər xəbərlər